AZ   |   EN

Azərbaycan Respublikasının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-ya üzv qəbul olmasından 30 il ötür. Azərbaycan Respublikası UNESCO-ya 1992-ci il iyunun 3-də üzv qəbul olunmuşdur. Azərbaycanın UNESCO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993-cü ilin ikinci yarısından, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanmışdır.

UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır.

Azərbaycan – UNESCO əlaqələrinin 30 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında “Azərbaycan - UNESCO əlaqələri” adlı elektron layihə yenilənmişdir. İnternet istifadəçilərinə təqdim edilən bu layihə 2 versiyada – Azərbaycan və ingilis dillərindədir. İstifadəçilər layihədə UNESCO haqqında və Azərbaycan – UNESCO əlaqələrinə dair ətraflı məlumat alacaqlar. Layihə vasitəsilə istifadəçilərə bu mövzuda 100-dək kitabın elektron variantını özündə əks etdirən elektron kitabxana da təqdim edilir. Elektron layihəni Prezident Kitabxanasının Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi hazırlamışdır.

İstifadə olunmuş ədəbiyyat.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.