AZ   |   EN

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında əməkdaşlıq haqqında Qarşılıqlı Anlaşma Memorandumu”nu imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında əməkdaşlıq haqqında Qarşılıqlı Anlaşma Memorandumu”nu imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının təhsil naziri Misir Cümayıl oğlu Mərdanova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının təhsil naziri Misir Cumayıl oğlu Mərdanova verilməsi barədə YUNESKO-ya müvafiq bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 avqust 2005-ci il
№ 968
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.