AZ   |   EN

Azərbaycan Respublikasının YUNESKO yanında  (Fransa Respublikasının Paris şəhərində) daimi nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının YUNESKO yanında (Fransa Respublikasının Paris şəhərində) daimi nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının YUNESKO yanında (Fransa Respublikasının Paris şəhərində) daimi nümayəndəliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini bir ay müddətində həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının YUNESKO yanında (Fransa Respublikasının Paris şəhərində) daimi nümayəndəliyinin strukturunu və ştat cədvəlini bir ay müddətində təsdiq etsin.

3.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2005-ci il
N 1074

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.