AZ   |   EN

Azərbaycan və YUNESKO arasında Çərçivə Sazişi

2013-cü il iyulun 18-də YUNESKO-nun Baş direktoru İrina Bokova və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev tərəfindən və Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyevanın iştirakı ilə YUNESKO və Azərbaycan arasında elm, təhsil, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair Çərçivə Sazişi imzalanmışdır.

Bərabərlik və qarşılıqlı fayda əsasında təsbit olunan Çərçivə Sazişi Azərbaycan və YUNESKO arasında elm, təhsil, mədəniyyət, kommunikasiya və informasiya sahələrində əməkdaşlığı gücləndirmək məqsədini daşıyır.

Sazişə əsasən, YUNESKO Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşına çevrilmişdir.

Bununla əlaqədar, yuxarıda qeyd edilən sahələr üzrə birgə seçilmiş və YUNESKO tərəfindən həyata keçiriləcək layihələri maliyyələşdirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində Azərbaycan-YUNESKO Etimad Fondu (Fund in Trust) yaradılmışdır.

Çərçivə Sazişinə uyğun olaraq, Azərbaycan Respublikası həmçinin YUNESKO-nun Gənc Peşəkar Əməkdaş Proqramına da qoşulmuşdur. Bu haqda müvafiq Saziş Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov və YUNESKO Baş Direktoru İrina Bokova arasında 2014-cü ilin yanvarın 20-də imzalanmışdır. 

İndiyədək aşağıda göstərilən layihələrin Etimad Fondu vasitəsilə maliyyələşdirilməsi təsdiq olunmuşdur:

1.Qızların təhsili üzrə 3 layihə
 
- Gender üzrə ilkin müəllim təhsili və təlim vasitəsilə təhsildə gender bərabərliyinin təşviqi (Uqanda) daha ətraflı 

- Qeyri-qanuni məskunlaşmalar-Kiberiyada yeniyetmə qızlar arasında Səhiyyə üzrə Savadlıq və Davranışın Dəyişmə praktikaları (Nayrobi, Keniya)daha ətraflı 

2 .Ngorongoro (Tanzaniya) heyvandarlıq icmalarındakı qızların təhsil proqramı vasitəsilə hüquqlarının artırılması daha ətraflı

İbn Sina (Avisenna) - Mərkəzi Asiyada Virtual Şəhərcik (Azərbaycan, Özbəkistan, Qırğızıstan) - Elm və texnologiya sahələrində müəllimlər üçün geniş miqyaslı proqram

Layihənin məqsədi. Proqram iştirakçı ölkələrdə ümumi təhsil sistemində keyfiyyətin təkmilləşdirilməsi və təhsil sisteminin müxtəlif səviyyələrində təhsildə informasiya və kommunikasiya texnologiyaları və virtual konsepsiyalar vasitəsilə təhsil resurslarının bölüşməsi üçün sistemin yaradılması məqsədini daşıyır.

Gözlənilən nəticələr. 

•Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələrində elm və texnologiya sahələrində regional elektron tədris şəbəkəsinin yaradılması;

•İbn Sina elektron tədris mərkəzlərinin yaradılması;

•Şəbəkə üzrə məsul təlimçilər və texniki işçilərinin təlimi;

•Elektron tədris üzrə onlayn kursların yaradılması üzrə müəllimlər üçün təlimin yaradılması;

•Tədrisdə (qarışıq və məsafə tədrisi) yeni metod, material və fəaliyyətlər yaradılacaq

3. Hər kəs üçün Təhsil üzrə bacarıqların inkişafı: Texniki və Peşə Təhsili və Təlim alt sektoruna Liberiyada dəstək (CapEFA proqramı çərçivəsində)

Layihənin məqsədi. Texniki peşə təhsili və təlim üzrə konsepsiyaların inkişafı və həyata keçirilməsi üçün milli bacarıqlar gücləndiriləcək və dövlət rəsmilərinin cəlb olunması artırılacaq.

Gözlənilən nəticələr

•Texniki Peşə Təhsili və Təlim üzrə siyasətin inkişafı və strateji planlaşdırma gücləndiriləcək; 

•Texniki Peşə Təhsili və Təlim üzrə sistemin planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi təkmilləşdiriləcək;

•İş bazarının analizi üçün analitik alətlərin istifadəsi inkişaf edəcək

4. “Davamlı İnkişaf üzrə qeyri maddi mədəni İrsin qorunması üzrə Banqladeş və Qvatemalada bacarıqların gücləndirilməsi” adlı layihəyə və 2013-cü il Konvensiyanın Katibliyinin insan resurslarının gücləndirilməsinə Azərbaycan Respublikasının töhfəsi

Layihənin məqsədi. Banqladeş və Qvatemalada qeyri maddi mədəni irsin qorunmasında yardım göstəriləcək. 

Gözlənilən nəticələr.

Dövlət qurumlarında və icmalarda bacarıqlar gücləndiriləcək

Azərbaycan Respublikası həmçinin Qeyri Maddi Mədəni İrsin qorunması üzrə Konvensiyanın Katibliyinin insan resurslarının gücləndirilməsi məqsədilə sözügedən Konvensiyanın fondunun alt fonduna maddi töhfə ayırıb.

5. Dialoq, Müxtəliflik və İnkişaf üzrə İpək Yolu Onlayn Platforması

Layihənin məqsədi.  İpək yolu boyunca müxtəlif icmalardan insanlar arası əlaqələrin qurulması.

Gözlənilən nəticələr. Ənənəvi sənətkarlıq, ipək əyirmək, Novruz kimi sosial ənənələr və atçılıq kimi idman tədbirləri, İpək yolu boyunca olan davamlı əlaqələr əsasında yaranmışlar. Layihə qeyd edilən ənənələrin gələnlər üçün vacibliyinə diqqəti artıracaq və bu mədəniyyətlər və adətlərin bir birinə əlaqəli olmasını göstərəcək
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.