AZ   |   EN

Görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubiley proqramı çərçivəsində Azərbaycan - UNESCO əlaqələri

Azərbaycan hələ XX əsrin 60-cı illərindən Sovet İttifaqının tərkibində olarkən UNЕSCО-nun fəaliyyətində aktiv iştirak etmişdir. UNЕSCО tərəfindən 1967-ci ildə “Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundovun komediyaları, “Dünya xalqlarının musiqisi” seriyasından Azərbaycan muğamlarından ibarət iki val və iki audio-kasset buraxılmışdır. UNЕSCО-nun Parisdəki mənzil qərargahında “Azərbaycan xalçaları”(1981), “Azərbaycan əlyazmaları”(1985), Londonda isə UNЕSCО-nun himayəsi altında “Bakının memarlığı”(1985) sərgiləri keçirilmişdir. 1984-cü ilin noyabr ayında UNЕSCО-nun mənzil qərargahında Azərbaycan Dövlət Rəqs ansamblının çıxışı olmuşdur.

UNЕSCО Sovet İttifaqı zamanı Bakıda iki beynəlxalq tədbirin - “Dil və şəhər” (1981) və “Şərq xalça sənəti” (1983) konfranslarının keçirilməsi üçün Azərbaycana maliyyə yardımı göstərmişdir. 1983-cü ildə Azərbaycan hökuməti xalçaçı-rəssam Lətif Kərimovun toxuduğu, üzərində Memar Əcəmi Naxçıvaninin təsviri olan xalçanı Bakıya səfər etmiş UNЕSCО-nun Baş Direktoru Amadu Mahtar M'Bou vasitəsilə təşkilata hədiyyə etmişdir.

Sovet İttifaqı dövründə Azərbaycanın UNЕSCО ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, UNЕSCО-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir. Təkcə bir faktı göstərmək kifayətdir ki, 1983-cü ildə Bakıda təşkil edilmiş “Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı o vaxt Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olan Heydər Əliyev UNЕSCО-nun Baş Direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla görüşmüş və bu dostluq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin UNЕSCО ilə münasibətlərinə öz müsbət təsirini göstərmiş və beləliklə, Azərbaycanın təşkilatdakı uğurlarının təməli qoyulmuşdur.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində UNЕSCО-ya üzv qəbul edilmişdir. Azərbaycanın UNЕSCО ilə münasibətlərinin inkişafında vacib məqamlardan biri kimi 1993-cü ilin dekabr ayında ulu öndər Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Belə ki, səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev UNЕSCО-nun Baş Direktoru Federiko Mayorla görüşmüşdür. Görüş çərçivəsində Azərbaycan-UNЕSCО əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparılmış, bu məqsədlə, Azərbaycanda UNЕSCО üzrə Milli Komissiyanın yaradılması məsələsi gündəmə gəlmişdir. Azərbaycan Respublikası Prezidenti, ulu öndər Heydər Əliyevin 21 fevral 1994-cü il Sərəncamına əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yanında UNЕSCО üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmış, respublikanın müvafiq nazirliklərindən, ziyalı və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın tərkibi və Daimi Katibliyi formalaşdırılmış, Xarici İşlər naziri Komissiyanın Sədri təyin olmuşdur.

1993-cü ilin oktyabr ayında UNESCO Baş Konfransının 27-ci sessiyasında Azərbaycan müstəqil dövlət kimi ilk dəfə iştirak etmiş və Azərbaycan haqqında qısa tarixi arayış verilmişdir. Sessiya zamanı Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi (1996) UNESCO-nun dahi şəxsiyyətlərin doğum günlərinin qeyd edilməsi siyahısına daxil edilmişdir. 

Azərbaycan- UNЕSCО əlaqələrinin inkişafında ən yaddaqalan və vacib məqamlardan biri 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik, 2000-ci ildə isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin Azərbaycanda geniş şəkildə keçirilməsi ilə yanaşı, Parisdə UNЕSCО-nun Baş qərargahında da təntənə ilə qeyd edilməsi olmuşdur.

Mədəniyyət və humanitar sahələrdə Milli Komissiyanın fəaliyyəti müxtəlif səpkili layihə, seminar və beynəlxalq tədbirlərlə yadda qalmaqdadır. Onlardan biri kimi hər il ölkəmizdən UNЕSCО-nun Yubileylər Proqramı çərçivəsində tanınmış şəxsiyyətlərin və əhəmiyyətli hadisələrin qeyd edilməsini göstərmək olar. UNЕSCО üzrə Azərbaycan Respublikasının Milli Komissiyası təsis edildiyi vaxtdan günümüzə qədər Azərbaycana aid onlarca yubiley tədbiri beynəlxalq səviyyədə qeyd edilmişdir.Onlar arasında böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 500 illik (1996); türk dünyasının ortaq ədəbi abidəsi Kitabi Dədə Qorqud Dastanının 1300 illik (2000); böyük alim N.Tusinin anadan olmasının 800 illik (2001); şərqşünas alim Mirzə Kazımbəyin 200 illik (2002) və s. yubiley tədbirlərinin adını çəkmək olar. 

9 sentyabr 2004-cü ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban xanım Əliyevaya Xoşməramlı səfir adı verildikdən sonra Azərbaycan mədəniyyətinin daha geniş təbliğ olunması və onun rəhbərliyi ilə görülən bütün işlər dünya mədəniyyətinə, mədəniyyətlərarası dialoqa töhfə olmaqla yanaşı, Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu daha da artırmışdır. Son illərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisidir. 

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNESCO çərçivəsində qeyd olunan yubileylərdən görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin (13 sentyabr 2005-ci il) və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin (10 noyabr 2008-ci il) 100 illiyinə UNESCO-nun Baş qərargahında təşkil edilmiş təntənəli mərasimlərdə iştirak etmişdir.

2007-ci il 19 fevral tarixində UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramı çərçivəsində Parisdə, YUNESKO-nun Baş qərargahında xalça ustası, xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” mövzusunda IV Beynəlxalq simpozium keçirilmiş, “Azərbaycan xalçası” sərgisi təşkil edilmişdir.

2009-cu il 17 noyabr –“UNESCO-da Azərbaycan Günü” çərçivəsində UNESCO-nun mənzil qərargahında Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının digər hökumət orqanları tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, UNESCO-nun Baş qərargahında “Azərbaycan qadını: dünən, bugün və sabah” mövzusunda konfrans, Akademik Musa Əliyevin 100 illik illik yubileyinə həsr olunmuş elmi-simpozium və məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr edilmiş sərginin açılış mərasimi keçirilmişdir.

2011-ci ildə UNESCO-nun xarici əlaqələr sektorunun nümayəndələri ilə keçirilmiş görüşlər nəticəsində UNESCO-nun 2012-2013-cü illərdə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsi siyahısına Ü.Hacibəylinin “Arşın Mal Alan” musiqili komediyasının 100 illiyi, Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi və Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə bağlı yubileylər daxil edilmişdir.

22 oktyabr 2013-cü ildə UNESCO-nun Baş qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilmişdir.

Eyni zamanda, 2014-cü ildə orta əsrlərin tanınmış alimi və mütəfəkkiri Əhməd Əl-Bərdəçinin vəfatının 1100 illik, böyük yazıçı və dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi, İran və Türkiyə ilə birgə Əbdülqadir Marağayinin “Ma-qasid əl-Əlhan” əsərinin 600 illik yubileylərinin UNЕSCО səviyyəsində qeyd edilməşdir.

2015-ci ilin noyabr ayında keçirilmiş UNESCO-nun Baş konfransının 38-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş 3 yubiley tədbirinin 2016-2017-ci illərdə qeyd olunmasına dair qərar qəbul edilmişdir:

2017-ci ilin 30 oktyabr-14 noyabr tarixlərində keçirilmiş YUNESKO Baş konfransının 39-cu sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş 2 yubiley tədbirinin - Qara Qarayevin 100 illik yubileyi və  Bakı Dövlət Universitetinin 100 illik yubileyi 2018 - 2019-cu illərdə qeyd olunmasına dair müsbət qərar qəbul edilmişdir:

YUNESKO çərçivəsində keçirilmiş tədbirlər:

1994 - Orxon-Yenisey abidələrinin oxunmasının 100 illik yubileyi;

1996 - Füzulinin anadan olmasının 500 illik yubileyi ilə əlaqədar tədbirlər;

1997 - texniki peşə təhsilinin problemlərinə dair;

1999 - tərcüməçilik problemlərinə dair;

2000 - Kitabi Dədə Qorqudun 1300 illik yubileyi ilə əlaqədar;

2001 - Qafqaz dövlətlərinin Pedaqoji ali məktəblərinin ikinci regional toplantısı;

2001 - N.Tusinin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar;

2001 - Mədəni irsin qorunmasına dair normativ aktlara həsr olunmuş beynəlxalq seminar;

2001 - “Rəqəmli ipək yolu” regional seminar;

2002 - XX əsrin ən mühüm hadisələri haqqında;

2002 - Mirzə Kazımbəyin 200 illik yubileyinə dair;

2003 - GUAM ölkələri arasında mədəni dəhlizə dair;

2003 - YUNESKO Türk Dövlətlərinin Kosmik Nəsil Forumu;

2003 - Professional fəaliyyətdə informasiya və kommunikasiya texnologiyalarının istifadə edilməsində professional təcrübənin artırılmasına dair seminar;

2004-cü il

Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiyanın 50 illiyinə dair;

YUNESKO Assosiativ Məktəblər Şəbəkəsi (ASPnet) üzrə milli əlaqələndiricilər və bu şəbəkəyə daxil olmuş məktəblərin müəllimləri üçün “Keyfiyyətli təhsil təcrübədə” mövzusunda regional seminar;

2005-ci il

Аzərbаycаn təhsil sistemində islаhаtlаr” mövzusunda kоnfrаns, YUNЕSKО-nun Bаş Qərаrgаhı, Paris;

2005-ci il 5-6 mаy tаriхlərində YUNESKO-nun dəstəyi və Mədəniyyət Nаzirliyinin təşəbbüsü ilə Bаkıdа GUАM ölkələrinin mədəni siyasət üzrə Аvrоpа-Qаfqаz-Аsiyа Оbsеrvаtоriyаsının yаrаdılmаsı məqsədilə kоnfrаns keçirilmişdir;

2005 - 1-3 iyun, Bаkı, 8-ci Bеynəlхаlq Еnеrji, Еkоlоgiyа, İqtisаdiyyаt Kоnqrеsi;

2005-ci il 23-26 avqust tarixlərində YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura Azərbaycanda rəsmi səfərdə olmuşdur;

2005-ci il 24 avqust tarixində Bakı şəhərində “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаns keçirilmişdir. Kоnfrаnsın sоnundа YUNЕSKО ilə Аzərbаycаn аrаsındа təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumu imzаlаnmışdır. Mеmоrаndumdа təhsildə bərаbər imkаnlаrın yаrаdılmаsı, infоrmаsiyа və kоmmunikаsiyа tехnоlоgiyаlаrının tətbiqi, təhsilin bütün pillələri üzrə kurrikulumun yеniləşdirilməsi və müəllimlərin iхtisаsаrtırmа sistеminin təkmilləşdirilməsi vаsitəsilə kеyfiyyətin аrtırılmаsı, bеynəlхаlq əməkdаşlıq şəbəkəsinini təşkili və digər əsаs priоritеtlər əks оlunur;

2005-ci ildə Аzərbаycаnın görkəmli alimi аkаdеmik Yusif Məmmədəliyevin аnаdаn оlmаsının 100 illik yubileyinin YUNESKO çərçivəsində qeyd olunması ilə əlaqədar Bakıda və YUNЕSKО-nun Bаş Qərаrgаhında (Paris) bir sıra tədbirlər həyata keçirilmişdir;

2006-cı il

2006-cı il 16 yanvar tarixində Bakı şəhərində “İnformasiya Texnologiyalarının kitabxana işində tətbiqi və avtomatlaşdırma” mövzusunda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən beynəlxalq seminar keçirilmişdir;

2006-cı il 25-27 yanvar tarixlərində Bakı şəhərində Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən “Muzey menecmenti: Azərbaycan muzeyləri iqtisadi və sosial dəyişikliklərlə üz-üzə” adlı beynəlxalq konfrans təşkil olunmuşdur;

2006-cı il 15-16 mart tarixlərində YUNESKO-nun Baş Direktoru və onun müavinlərinin iştirakı ilə Təşkilatın Baş Qərargahında Xoşməramlı Səfirlərinin İllik Görüşündə YUNESKO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir;

2006-cı il 5-11 mart tarixlərində Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə iki Norveç ekspertinin Azərbaycana səfəri təşkil edilmişdir. Səfərin nəticəsində ekspertlər tərəfindən YUNESKO-nun tələblərinə uyğun olan Tədbirlər Planını hazırlanmışdır;

2006-cı il 19 may tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən Azərbaycan Respublikası hökuməti ilə YUNESKO arasında “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri olan Azərbaycan muğamının qorunması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi layihəsi üzrə Saziş” imzalanmışdır;

2006-cı il 12-13 iyun tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən YUNESKO-nun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda inkluziv təhsilinin inkişafı” layihənin yekununa həsr edilmiş beynəlxalq konfrans təşkil olunmuşdur. Bir il müddəti olan layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün (əqli və fiziki cəhətdən qüsurlu uşaqlar) uşaq bağçalarında və ümumtəhsil məktəblərində tərbiyə və təhsil almaq imkanlarının yaradılması olmuşdur. Layihənin nəticəsi kimi 22 xüsusi qayğıya ehtiyacı olan uşaq Bakı şəhəri 80 saylı uşaq bağçası və 43 saylı məktəb liseyinə, eyni zamanda Sumqayıt şəhəri 66 saylı uşaq bağçası və 4 saylı məktəbdə tərbiyə və təhsil almağa cəlb olunmuşdur;

2006-cı il 19 oktyabr tarixində YUNESKO-nun Baş Qərargahında YUNESKO-nun 60 illik yubileyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan – sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adı altında Azərbaycan Günü keçirilmişdir;

2006-cı il 18-21 dekabr tarixlərində Bakı şəhərində Azərbaycan və YUNESKO arasında 2005-ci ildə imzalanmış təhsil sahəsində əməkdaşlıq üzrə Memorandum çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən YUNESKO-nun maliyyə dəstəyi ilə “Azərbaycanda peşə təhsilinin inkişafı” mövzusunda beynəlxalq seminar və “Azərbaycanın ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi” mövzusunda milli seminar təşkil edilmişdir.

2007-ci il

2007-ci il 19 fevral tarixində YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramı çərçivəsində Parisdə, YUNESKO-nun Baş Qərargahında xalça ustası, xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” mövzusunda IV Beynəlxalq simpozium keçirilmiş, “Azərbaycan xalçası” sərgisi təşkil edilmişdir;

2007-ci il 21 fevral tarixində Azərbaycan Atatürk Mərkəzində Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası, Azərbaycan Atatürk Mərkəzi və BMT-nin İctimai İnformasiya Departamentinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili günü münasibətilə dəyirmi masa keçirilmişdir;

2007-ci il 27 aprel tarixində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyeva və Azərbaycanda səfərdə olan İSESKO-nun Baş Direktoru Əbdüləziz bin Osman əl-Tüveycri tərəfindən Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. 5 il müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən Protokol elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur;

2007-ci il 18 iyun tarixində Heydər Əliyev Fondunda YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında “Azərbaycanda peşə təhsilinin inkişafı” layihəsinin icra planına dair Saziş imzalanmışdır;

2007-ci il 18-19 iyun tarixlərində YUNESKO-nun maliyyə dəstəyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində “İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ombudsmanların imkanlarının inkişaf etdirilməsi” mövzusunda Ombudsmanların V Bakı Beynəlxalq konfransı keçirilmişdir;

2007-ci il 21 noyabr tarixində Biznes Mərkəzində VII beynəlxalq audiovizual festivalı zamanı "Muğamın ekranlaşdırılması" beynəlxalq layihənin çərçivəsində "Süni bənövşələr" və muğam ustası Fərqanə Qasımovanın həyat və yaradıcılığına həsr olunmuş "Düşüncələrlə keçən günlər" adlı filmlərin ilk baxışı keçirilmişdir;

2007-ci il 19 dekabr tarixində YUNESKO-nun Moskva Ofisi ilə imzalanmış müqaviləyə əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “GUAM ölkələrinin mədəniyyət siyasəti üzrə İnformasiya Observatoriyası” İnternet saytı yaradılmışdır;

2007-ci ildə YUNESKO-nun Moskva Bürosu və Milli Komissiya arasında bağlanılmış müqaviləyə əsasən “Azərbaycanda gənclərin vəziyyəti haqqında analitik hesabat” işıq üzü görmüşdür;

2007-ci ildə YUNESKO-nun maliyyə dəstəyi ilə “Azərbaycanın ənənəvi musiqi Atlası” internet saytı yaradılmışdır;

2008-ci il

2008-ci il 14-16 may tarixlərində Bakıda “Gülüstan” sarayında Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfrans keçirilmişdir. YUNESKO-nun, Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin təşkilatçıları olduğu konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri xamım Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmişdir. Konfransda YUNESKO-nun baş direktoru Koiçiro Matsuura, YUNESKO-nun bir neçə xoşməramlı səfirləri, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak etmişlər;

2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirlər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci xanımların Bəyanatı qəbul olunmuşdur;

2008-ci il 23 noyabr tarixində AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda YUNESKO-nun təsis etdiyi Ümumdünya “Fəlsəfə Günü”nə həsr olunmuş respublika elmi-nəzəri konfransı keçirilmişdir;

2008-ci il 28 noyabr tarixində isə AMEA Rəyasət Heyətində YUNESKO-nun himayəsi altında, “Dünya fəlsəfəsi” tədbirləri çərçivəsində “Dünya fəlsəfəsi kontekstində İslam bölgəsi fəlsəfəsinin tədqiqi və tədrisi problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir;

2008-ci il 28-29 noyabr tarixlərində YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının Daimi Katibliyi, YUNESKO-nun Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutu və AMEA-nın təşəbbüsü ilə “Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi” adlı beynəlxalq konfrans keçirilmişdir;

2008-ci il dekabr ayının 27-də Bakıda - dənizkənarı Milli parkda YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunan Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir;

2009-cu il

2009-cu il 18-25 mart - Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Muğam Festivalı təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Bakıda rəsmi səfərdə olan (19-21 mart, 2009) YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura və dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər. Festival çərçivəsində elmi simpoziumlar, muğam ifaçılarının beynəlxalq müsabiqəsi və müxtəlif konsertlər təşkil edilmişdir;

2009-cu il 19 mart - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuuranı qəbul etmişdir. Azərbaycanda mədəniyyətlə bağlı həyata keçirilən layihələr barədə məlumat verən dövlət başçısı bu baxımdan Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır. YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfər etməsindən məmnunluğunu bildirmişdir.

2009-cu il 19 mart - Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyeva YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura ilə görüş keçirmişdir. Qeyri-maddi mədəni irsin qorunması sahəsində məqsədlərə nail olmaq məqsədilə Heydər Əliyev Fondu və Mehriban Əliyeva arasında Əməkdaşlıq haqqında Saziş imzalanmışdır. İmzalama mərasimdən sonra Baş Direktor xanım Mehriban Əliyevaya gümüş xatirə medalı təqdim etmişdir;

2009-cu il 19 mart - YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının təşkil etdiyi “Dəyirmi Masa”da iştirak etmiş, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının Sədri, Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov və Milli Komissiyasının digər üzvləri ilə görüşü keçirilmişdir;

2009-cu il 20 mart - Bakı şəhərində Müasir İncəsənət Muzeyinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və YUNESKO-nun Baş Direktoru K.Matsuura YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa etmişlər;

2009-cu il 20 mart - Novruz Bayramı münasibətilə Bakıda, İçəri Şəhərin qoşa qala qapıları qarşısında böyük mərasim təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura mərasimdə iştirak etmişlər;

2009-cu il 20-22 aprel – Bakı şəhərində Azərbaycanın muzey mütəxəssisləri üçün YUNESKO/İCOM “Muzey İdarəçiliyi-XXI əsr” Muzey Məşğələ Paketi əsasında Müasir Muzey İdarəçiliyi ilə bağlı Milli Məşğələ keçirilmişdir;

2009-cu il 14 may - Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı Səfirlərinin YUNESKO-nun Parisdəki mənzil qərargahında baş tutan illik görüşündə iştirak etmişdir. Görüş zamanı Heydər Əliyev Fondu tərəfindən təqdim olunan YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuuranın Azərbaycandakı görüşləri və fəaliyyəti haqqında film nümayiş olunmuşdur;

2009-cu il 21 may - YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, Muzey Mərkəzi və YUNESK-nun Moskva Bürosunun dəstəyi ilə Dialoq və tərəqqi naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü münasibəti və “Muzeydə bahar” aksiyası çərçivəsində Muzeydə Caz Gecələri keçirilmişdir. Mərasim zamanı YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin I katibi Gunay Əfəndiyeva Dialoq və tərəqqi naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü münasibəti ilə YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuuranın məktubunu oxumuşdur;

2009-cu il 17-19 iyun – Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Aparatının təşəbbüsü ilə “ Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri” mövzusunda Ombudsmanların VII Bakı Beynəlxalq Konfransı keçirilmişdir;

2009-cu il 12-18 iyul – YUNESKO-nun 3 ekspertindən ibarət nümayəndə heyəti (Piter Tindemans, Eduardo Martinez və Vəfa Mustafayev) Bakıya Elm, Texnologiya və İnnovasiya Strategiyasının hazırlanması, habelə bu sahələrdə irəliləyişlərin əldə edilməsində yardım göstərmək məqsədilə səfər etdilər;

2009-cu il 19 iyun – Nazirlər Kabinetinin yanında İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə İçəri Şəhərin Konservasiyasına dair “Master Plan”na həsr edilmiş təqdimat mərasimi keçirilmişdir. “Master Plan” İçəri Şəhərin təhlükədə olan Ümümdünya İrsi Siyahısından çıxarılmasına dair ən vacib sənədlərdəndir. 2009-cu ilin 22 iyun tarixində Sevilya şəhərində keçirilmiş YUNESKO-nun Dünya İrs Komitəsinin 33-cü sessiyası zamanı qəbul olunmuş qərara əsasən, İçəri Şəhər Qoruğu YUNESKO-nun təhlükədə olan Ümümdünya İrsi Siyahısından çıxarılmışdır;

2009-cu il 25 sentyabr –YUNESKO-nun Moskva Bürosunun dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzinin “Rus Muzeyi: virtual filial” layihəsi çərçivəsində yaradılmış vebsaytın təqdimat mərasimi keçirilmişdir. “Rus Muzeyi: virtual filial” İnformasiya –Tədris Mərkəzi, onun fəaliyyəti, Muzey Mərkəzinin tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq proqramlarda iştirakı barədə məlumatları, həmçinin müxtəlif sərgiləri özündə əks etdirir;

2009-cu il 17 noyabr – “YUNESKO-da Azərbaycan Günü” çərçivəsində YUNESKO-nun mənzil qərargahında Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının digər hökumət orqanları tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, YUNESKO-nun Baş Qərargahında “Azərbaycan qadını: dünən, bugün və sabah” mövzusunda konfrans, Akademik Musa Əliyevin 100 illik illik yubileyinə həsr olunmuş elmi-simpozium və məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr edilmiş sərginin açılış mərasimi keçirilmişdir;

2009-cu il 14 noyabr - YUNESKO-nın Moskva Ofisi, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və AzərTac- ın təşkilatçılığı ilə “ Müasir iqlim dəyişmələri və Azərbaycan” mövzusunda seminar keçirilmişdir. Seminarın əsas məqsədi KİV nümayəndələri və onların vasitəsilə əhalinin qlobal iqlim dəyişikliklərinin əsas səbəbləri və onun Azərbaycandakı regional təsirləri ilə tanış etmək olmuşdur;

2009-cu il 3 dekabr - YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının nümayəndələri, hökumət rəsmiləri, AMEA, kütləvi informasiya vasitələrinin iştirakı ilə Bakıda, Muzey Mərkəzində Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Aşıq sənəti və Novruz Bayramının namizədlik fayllarının və aşıq sənətinə həsr olunmuş kitabça və kompakt disklərin təqdimatı keçirilmişdir. Diqqətəlayiq haldır ki, 2009-cu ilin 28 sentyabr-2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitənin 4-cü sessiyasının qərarına əsasən, Azərbaycan Aşıq Sənəti və Novruz Bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir;

2010-cu il

2010-cu il 20-28 fevral –YUNESKO-nun Texnoparklar üzrə eksperti cənab Malkolm Perri Bakıya səfər etmişdir. AMEA-nın bir sıra institutları ilə yanaşı, ekspert Sumqayıt Texnoloji Parkında da olmuşdur. Səfərin sonunda M. Perri YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasında görüş keçirmiş və STP tikinti sahəsindəki işləri yüksək qiymətləndirdiyini ifadə etmişdir;

2010-cu il 29 mart - Daimi Nümayəndəliyin təşəbbüsü ilə TÜRKSOY ilə əməkdaşlıqda Novruz konserti keçirilmişdir. Əflatun Nemətzadənin rejissorluğu ilə hazırlanmış konsert-tamaşada TÜRKSOY-un 4 üzv dövlətinin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə) və iki müşahidəçi dövlətin subyektlərinin (Rusiya – Tatarıstan, Başqırdıstan, Tuva; Moldova - Qaqauz) milli ansamblları iştirak etmişlər;

2010-cu il 28 aprel - Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova ilə görüşmüşdür. Görüş zamanı xanım Mehriban Əliyeva və xanım İrina Bokova təhsil və mədəniyyət sahələrində YUNESKO-nun layihə və fəaliyyətini genişləndirmək yollarını müzakirə etmişlər. Xanım İrina Bokova xanım Mehriban Əliyevanın YUNESKO-nun Xoşməramlı Səfiri kimi fəaliyyəti ilə bağlı məmnunluğunu bildirmiş və gələcək əməkdaşlığa maraqlı olduğunu bildirdi, habelə yaxın gələcəkdə Azərbaycana səfər etmək niyyətini ifadə etmişdir;

2010-cu il 20 may –“Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü”nə həsr olunmuş YUNESKO-nun “Mədəni Özünüifadə Müxtəlifliyin Qorunması və Təşviqi haqqında Konvensiya”nın Təqdimat Mərasimi keçirilmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycan bu Konvensiyaya 2009-cu ildə qoşulmuşdur və 2010-cu il iyun ayının 15-dən etibarən tamhüquqlu üzvdür. YUNESKO-nun Baş Direktoru Xanım İrina Bokova “Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü” münasibətilə məktubu bu mərasimdə oxunmuşdu;

2010-cu il 31 may YUNESKO-da İslam Konfransı Təşkilatının günü çərçivəsində “Mədəniyyətlərin yaxınlaşmasında islamın rolu” mövzusunda dəyirmi masa, mədəniyyət sərgisi və ziyafət təşkil edilmişdir. Ölkəmizin sərgidə milli incəsənət əşyaları və musiqi alətləri ilə yanaşı, xalçalar və Azərbaycan və onun zəngin mədəniyyəti, o cümlədən ölkəmizin Şərqlə Qərb arasında oynadığımız körpü rolu haqqında kitab və broşurlar nümayiş etdirilmiş, bəzi təbliğat materialları paylanılmışdır. Sərgidən sonra keçirilmiş ziyafətdə isə, ölkəmizin masası milli şirniyyatlarla (şəkərbura, paxlava və s.) təmsil olunmuşdur;

2010-cu il 1-10 iyun - YUNESKO-nun Moskva Ofisi və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşkilatçılığı ilə YUNESKO-nun Ölkənin Proqramlaşdırılması Sənədi (UCPD) çərçivəsində Şəki şəhərinin davamlı inkişafı üçün mədəni ehtiyatların səfərbər olunması üzrə sektorlararası layihəsi həyata keçirilmişdir. Bununla əlaqədar, Şəkiyə ilkin fakt-araşdırıcı missiya göndərilmiş, missiya beynəlxalq baş məsləhətçi Patrisio Jeretik tərəfindən həyata keçirilmişdir. Missiya regionda təbii irsin müxtəlifliyinin qorunması məqsədilə mədəni siyasətin dəstəklənməsi, habelə mədəni və ekoloji turizm, təhsil, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi məqsədi daşıyır;

2010-cu il 17-19 iyun – Azərbaycan “İnsan Hüquqları və Ətraf Mühit: İqlim Dəyişikliklərinin Qanuni və Etik aspektləri”nə dair Konfransa ev sahibliyi etmişdir. Konfrans Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən YUNESKO-nun Moskva Ofisinin dəstəyi ilə təşkil edilmişdir;

2010-cu il 22-24 iyun –YUNESKO-nun Baş Qərargahında Qeyri –maddi Mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının növbəti 3-cü sessiyası keçirilmişdir. Sessiyanın sonuncu günündə Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökümətlərarası Komitəyə keçirilən seçkilərdə Azərbaycan bu quruma üzv qəbul edilmişdir;

2010-cu il 28 iyul-2 avqust - YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəvətilə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən Baş Direktor Müasir İncəsənət muzeyi ilə tanış olmuş, Muğam Mərkəzində olmuş, Xalça Muzeyinin binasının eskizi ilə maraqlanmış, YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhərdə olmuşdur;

2010-cu il 29 iyul - YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova YUNESKO üzrə AR Milli Komissiyasının üzvləri ilə görüşmüşdür;

2010-cu il 30 iyul - YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Qəbələdə İkinci Muğam Festivalının rəsmi açılışında iştirak etmişdir. Prezident cənab İlham Əliyev, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da mərasimdə iştirak etmişlər;

2010-cu il 01 avqust - YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Azərbaycana səfəri çərçivəsində Şəki şəhərində olmuşdur. Baş Direktor Şəki xanlarının sarayında, Kiş kəndində yerləşən qədim alban məbədində, bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində, “Yuxarı Karvansara” mehmanxana kompleksində olmuşdur;

2010-cu il 27-29 sentyabr - Moskvada keçirilmiş Erkən Uşaq Qayğısı və Təhsili üzrə Ümumdünya Konfransın açılış mərasimində AR Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri M.Əliyeva iştirak etmişdir;

2010-cu il 18 noyabr - YUNESKO-nun dəstəyi və Rusiya Federasiyasının YUNESKO yanında Daimi Nümayəndəliyin təşəbbüsü ilə AR-in nanoelm üzrə ekspertlər qrupunun rəhbəri professor Eldar Şaxbazova “Nanotexnologiya və nanoelmin inkişafına töhfə” üzrə YUNESKO-nun müvafiq medal və diplomla təltif edilməsində iştirak edilmişdir;

2010-cu il 14 dekabr - AR Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri M.Əliyeva YUNESKO-nun 65 illik yubileyinin qeyd edilməsi çərçivəsində keçirilmiş təntənəli mərasimdə iştirak etmişdir;

2011-ci il

YUNESKO-nun xarici əlaqələr sektorunun nümayəndələri ilə keçirilmiş görüşlər nəticəsində YUNESKO-nun 2012-2013-cü illərdə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsi siyahısına Ü.Hacibəylinin “Arşın Mal Alan” musiqili komediyasının 100 illiyi, Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi və Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə bağlı yubileylər daxil edilmişdir;

2011-ci il 21 mart - AR Daimi nümayəndəliyin təşəbbüsü və rəhbərliyi altında beş ölkənin (Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Pakistan) iştirakı ilə Novruza aid folklor mahnı və rəqslərdən ibarət konsert təşkil edilmişdir. AR Baş Nazirinin müavini E.Əfəndiyev tədbirdə iştirak məqsədilə Parisə səfər etmişdir;

2011-ci il 19 aprel -  YUNESKO-nun Baş Direktoru İ.Bokovanın və AR Birinci xanımı Mehriban Əliyevanın himayəsi və iştirakları ilə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə "Jeunes talents d'Azerbaïdjan" (Azərbaycanın gənc istedadları) adlı gənc istedadların milli və müasir konsert proqramının və konsertdən sonra ziyafət təşkil edilmişdir;

2011-ci il 19-29 aprel - YUNESKO-nun Baş Direktoru İ.Bokovanın və AR Birinci xanımı Mehriban Əliyevanın himayəsi və iştirakları ilə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə "Tapis d'Azerbaïdjan d'hier et d'aujourd'hui" (Azərbaycan xalçası dünən və bu gün) adlı xalça sərgisinin təşkil edilməsi təmin edilmişdir;

2011-ci il 30 may - 03 iyun - YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası, Baş Direktoru təmsil edən Sosial və Humanitar Elmləri üzrə müavini xanım Pilar Alvarez-Lasonun iştirakı ilə, Bakıda keçirilmişdir;

2011-ci il 09 iyun - AR-in YUNESKO yaninda Daimi Nümayəndəsi, Səfir E.Hüseynova YUNESKO-nun “Cercle des delegues permanents” (Daimi nümayəndələr Klubu) -nun Prezidenti vəzifəsinə seçilmişdir;

2011-ci il 01 iyul - AR-in YUNESKO yaninda Daimi Nümayəndəsi, Səfir E.Huseynova altıaylıq müddətinə (01.01.2012 –dək) II –ci Elektoral qrupunun Sədri vəzifəsinə seçilmişdir;

2011-ci il 10-11 sentyabr - YUNESKO Baş Direktorunun Kommunikasiya və İnformasiya üzrə müavini Jānis Kārkliņšin Bakıda keçirilmiş Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində Bakıya səfər etmişdir;

2011-ci il 12 sentyabr - YUNESKO-da Xoşməramlı Səfirlərin illik iclasında AR Birinci Xanımı Mehriban Əliyeva iştirak etmişdir;

2011-ci il 25 oktyabr - 10 noyabr - Azərbaycan YUNESKO Baş Konfransının 36-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə aşağıdakı orqanlara dördillik müddətə yekdilliklə seçilmişdir:

Beynəlxalq Hidroloji Proqram üzrə Hökumətlərarası Şura (İHP) – 2011-2015

Kommunikasiyanın inkişafı üzrə Beynəlxalq Proqram üzrə Hökumətlərarası Şura (İPDC) – 2011-2015

Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitə (CİGEPS) – 2011-2015

Qeyri-qanuni mənimsənilən mədəni mülkiyyətin restitusiyası və mənsub ölkəyə qaytarılmasının təşviq edilməsi üzrə Hökumətlərarası Komitə (İCPRCP) – 2011-2015

Baş Konfrans zamanı ölkəmiz Konfransın Vitse-prezidenti, Etimadnamələr (Credentials Committee) Komitəsində Sədr müavini, Administrasiya Komissiyasında Sədr müavini və Namizədlik Komitəsində (Nomination Commitee) məruzəçi vəzifələrinə seçilmişdir;

2011-ci il 26 oktyabr - YUNESKO-nun Baş Konfransının 36-cı sessiyası çərçivəsində Sülh mədəniyyətinin yaradılması və davamlı inkişafa YUNESKO necə töhfə verir” mövzusu altında keçirilmiş Liderlər Forumunda AR Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın iştirak etmişdir;

2011-ci il 27 oktyabr - YUNESKO-nun Baş Konfransının 36-cı sessiyası çərçivəsində AR Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 50 min ABŞ dolları Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərinin bərpa edilməsinə həsr edilmiş YUNESKO və Azərbaycan arasında, Baş Direktorun strateji planlaşdırma üzrə müavini Hans Dorvil və YUNESKO yanında Daimi Nümayəndə, Səfir Eleonora Hüseynova tərəfindən, Saziş imzalanmışdır;

2011-ci il, 02 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə YUNESKO-nun iqamətgahında AR Daimi Nümayəndəliyin təşəbbüsü və Fransa Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində və AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyi ilə Fransız və azərbaycanlı əlil uşaqların rəsm əsərlərindən ibarət "Le monde merveilleux des couleurs " sərgisindən və Daun sindromlu gənclərdən ibarət Fransanın “Teranga” və Azərbaycanın “Dəcəllər” rəqs və musiqi ansambllarının "Et que la musique soit!" konsert təşkil edilmişdir;

2011-ci il 12-13 dekabr - YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Konvensiyanın və 2-ci protokoluna qoşulan ölkələrin dördüncü iclası çərçivəsində Komitəyə yeni altı üzvün seçkiləri keçirilmişdir və Azərbaycan bu Komitəyə yekdilliklə  üzv seçilmişdir;

2012-ci il

2012-ci il aprel - Azərbaycan Respublikasının Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə, beynəlxalq humanitar fəaliyyəti çərçivəsində, Heydər Əliyev Fondu tərəfindən Porto-Novo ş. (Benin) yerləşən Afrika İrsi Məktəbinin (EPA) inkişafı üçün Məktəbin Fonduna 50 min avro məbləğində töhfə verilmişdir;

2012-ci il 25-29 aprel - Heykəllər və Abidələrə dair Beynəlxalq Şuranın (İCOMOS) Nəzəriyyə Komitəsinin illik konfransı AR Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə Bakı şəhərində keçirilmişdir;

2012-ci il 27 aprel - YUNESKO-da Beynəlxalq Caz Günü münasibətilə bayram tədbirlərində, ölkəmiz tədbirin ən mühüm sponsorlarından biri olaraq, keçirilmiş Beynəlxalq Caz Günündə fəal iştirak etmişdir. Tədbirin bütün təbliğat materiallarında AR Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun loqoları yerləşdirilmişdir. Caz gününün improvizasiyalara həsr olunmuş hissəsində musiqişünas Turan Məmmədəliyevanın “Azərbaycanda caz” adlı təqdimatı keçirilmiş və bundan sonra, pianoçu Salman Qəmbərovun rəhbərlik etdiyi Bakoustik Jazz Qrupunun canlı ifası ilə 1930-cu ildə çəkilmiş “Lətif” adlı səssiz filmin səsləndirilməsi təşkil edilmişdir. İstedadlı gənc musiqiçimiz İsfar Sarabski prestijli axşam konsertində dünyada tanınmış caz ustaları (Herbi Henkok, Barbara Hendriks, Markus Miller, Corc Benson və d.) ilə birgə çıxış etmişdir;

2012-ci il 04-08 iyun - YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması haqqında 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası keçirilmişdir. Sessiyanın Prezidenti vəzifəsinə Səfir E.Hüseynovanın namizədliyi irəli sürülmüş və Səfir E.Hüseynova sessiyanın açılışında yekdilliklə iki il müddətinə Baş Assambleyanın Prezidenti seçilmişdir;

2012-ci il 04-07 oktyabr - Nümayəndəliyin təşəbbüsü ilə YUNESKO-nun Daimi Nümayəndələrdən ibarət Klubunun (Cercle des Delegues) üzvləri, YUNESKO yanında akkreditə olunmuş 14 ölkənin Daimi Nümayəndəsi, eləcə də təşkilatda müxtəlif qrupların rəhbərləri və aparıcı ölkələrin Səfirləri AR Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədilə ölkəmizə səfər etmişlər. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Birinci Xanımı, Xarici İşlər, Mədəniyyət və Turizm Nzirləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi M.Cabbarov ilə görüşlər  keçirmişlər;

2012-ci il 24 oktyabr - Azərbaycan Respublikasının Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə, Heydər Əliyev Fondu tərəfindən YUNESKO-nun  “Yerli səviyyədə davamlı inkişaf naminə yaradıcı iqtisadiyyat” mövzulu 2012-ci il üzrə illik hesabatının hazırlanması və nəşr edilməsi üçün YUNESKO-ya 50 min ABŞ dolları məbləğində maliyyə dəstək verilmişdir;

2012-ci il 29-31 oktyabr - AR Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş tədbirlər Bakı və Gəncə şəhərlərində təşkil edilmişdir. YUNESKO-nun Baş Direktoru İ. Bokova tərəfindən dahi şair Nizami Gəncəvinin dünya ədəbiyyatındakı mahiyyətini və onun əsərlərinin YUNESKO-nun təşviq etdiyi mədəniyyətlərarası dialoqa töhfə verdiyini nəzərə alaraq, YUNESKO bu yubileyin qeyd edilməsindən kənarda qalmamaq üçün xüsusi bəyanat təqdim edilmişdir;

2012-ci il 21 noyabr - Azərbaycan Respublikasının Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məşhur tenor Placido Domingo YUNESKO-nun Xoşməramlı Səfiri təyin edilməsi ilə YUNESKO-da, “Təhsil hamı üçün” Beynəlxalq Forumunda iştirak edən bir çox ölkələrin Nazirlərinin iştirakı ilə, mühüm xeyriyyə tədbirinin keçirilməsinə 30 min avro məbləğində sponsorluq edilmişdir;

2012-ci il 22-23 noyabr - AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş və YUNESKO ilə ölkəmizin əməkdaşlığının 20 illik yubileyinə həsr olunmuş "YUNESKO və Azərbaycan mədəni əməkdarlıq: 20 il" adlı Konfrans Bakıda keçirilmişdir;

2012-ci il 03-07 dekabr - YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti yeddinci sessiyası keçirilmişdir. Ölkəmizi bu tədbirdə AR Mədəniyyət və Turizm Nazirinin müavini S.Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Komitənin sessiyasında təqdim etdiyimiz “Tarın hazırlanma və ifaçılıq sənəti” adlı nominasiya Reprezentativ siyahıya daxil edilməsi təsdiq edilmiş, ölkəmiz Qurumun sədri seçilmiş  və Komitənin növbəti səkkizinci sessiyasının Bakıda keçirilməsi qərara alınmışdır;

2012-ci il 20-21 dekabr - Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin növbəti yeddinci sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Komitənin Sədr müavini seçilmişdir. Bununla yanaşı, ölkəmiz tərəfindən gündəliyin səkkizinci bəndi altında işğal edilmiş ərazidə mədəni mülkiyyətin qorunması məsələsi ilə bağlı sənəd Komitə tərəfindən qəbul edilmişdir. Qərara əsasən Katiblik Komitənin gələn ilki sessiyasında təqdim edilməsi üçün işğal edilmiş ərazidə mədəni mülkiyyətin qorunması ilə bağlı Haaqa Konvensiyası və onun ikinci protokolunda əks olunan müvafiq müddəalarının həyata keçirilməsi və mexanizmlərlə  bağlı ətraflı sənəd hazırlamalıdır.

2013-cü il

22 oktyabr 2013-cü ildə UNESCO-nun Baş qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilmişdir.

2013-cü ilin mayın 2-də Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi bu ilin UNESCO çərçivəsində ildönümü qeyd olunacaq tədbirlərin siyahısına əlavə edilmişdir.

2013-cü ilin mayın 19-da Orta əsirlər Azərbaycan şerinin görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi UNESCO-nun Baş qərargahında qeyd edilib. Tədbirdə UNESCO ilə əlaqələrimizin inkişafında Heydər Əliyev Fondunun prezidenti, eyni zəmanda UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm rol oynadığı vurğulanmışdır.

2014-cü il

2014-cü ildə Böyük yazıçı və dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi böyük təntənə ilə UNESCO-da qeyd olunması ədibin yaradıcılığına dünya miqyasında göstərilən marağın bariz nümunəsidir. 

2014-cü ildə Azərbaycan, İran, Türkiyə və Tacikistanla birgə Əbdülqədir Maraağayinin “Ma-qasid əl-Əlhan” əsrinin 600 illiyi UNESCO Baş Konfrans tərəfindən beynəlxalq səviyyəsində qeyd olunmasına qərar verilib.

2015-ci il

2015-ci ildə orta əsrlərin tanınmış alimi və mütəfəkkiri Əhməd Əl-Bərdəçinin vəfatının 1100 illik yubileyi noyabrın 20-də keçirilən UNESKO Baş Konfransın 37-ci sessiyası çərçivəsində qurum tərəfindən bu il qeyd ediləcək yubileylər siyahısına daxil edilmişdir.

“Kitabi Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyi qeyd ediləcəkdir. (Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın UNESCO üzrə milli komissiyaları və daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə keçirilib).

2017-ci il

2017-ci ilin mayın 18-də Parisdə UNESCO-nun Baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizin UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir də keçirilib.

2017-ci il yanvar ayının 12-də böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. UNESCO tərəfindən bu il Azərbaycan klassik ədəbiyyatının iki görkəmli nümayəndəsi İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edilir.

2017-ci ilin sentyabrın 20-də Cənubi Qafqaz regionunda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi UNESCO-nun yubileylər proqramına daxil edilmişdir. 24 noyabrda UNESCO-nun Parisdəki Baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə birgə təşkil etdiyi sərginin açılış mərasimi olub. 25 noyabrda isə UNESCO-nun Baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Gürcüstan və Almaniya nümayəndələrinin iştirakı ilə almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə böyük konsert proqramı keçirilib.

2018-ci il

2017-ci ilin 30 oktyabr-14 noyabr tarixlərində keçirilmiş YUNESKO Baş konfransının 39-cu sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş 2 yubiley tədbirinin 2018 - 2019-cu illərdə qeyd olunmasına dair müsbət qərar qəbul edilmişdir:
1. Qara Qarayevin 100 illik yubileyi (1918 - 2018);
2. Bakı Dövlət Universitetinin 100 illik yubileyi (1919 - 2019).

2018-ci ilin fevral ayının 6-da Fransanın “Mezzo” klassik musiqi televiziya kanalında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə həsr edilmiş film yayımlanıb. Film Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə çəkilib.

2018-ci ilin fevral ayının 15-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2018-ci ilin “Qara Qarayev ili” elan olunması münasibətilə Ankara şəhərində möhtəşəm konsert olub.

2018-ci ilin aprel ayının 3-də Bolqarıstanın Ruse şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ruse İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə “Mart musiqi günləri” beynəlxalq festivalı çərçivəsində dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi keçirilib.

2018-ci ilin may ayının 15-də görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun və bu qurum yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun Parisdəki mənzil qərargahında təntənə ilə qeyd edilib.

2018-ci ilin iyunun 6-da Parisdə UNESCO-nun Baş qərargahında Azərbaycan muğam ifaçılığının qurumun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qəbul və konsert keçirilib.

2018-ci ilin iyun ayının 7-də Parisdə, UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiya”nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 7-ci sessiyası keçirilib. Sessiya çərçivəsində, habelə UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Forumu baş tutub. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyindən UNESCO QHT Forumunda Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd edilib.

2018-ci ilin iyunun 21-də Parisdə, UNESCO-nun Baş qərargahında “İnformasiya hamı üçün” proqramı (İFAP) üzrə Hökumətlərarası Şuranın 10-cu sessiyası keçirilib. Sessiya çərçivəsində Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti tərəfindən İFAP proqramının prioritet sahələrinə uyğun olaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlər, uğurlu təcrübələr və mövcud vəziyyətin inkişafı ilə bağlı aparılan işlər barədə geniş təqdimat keçirilib.

2018-ci ilin sentyabrın 13-də Parisdə, UNESCO-nun mənzil-qərargahında UNESCO Tərəfdaşlar Forumu keçirilib. Tədbirdə UNESCO Milli Komissiyaları, qeyri-hökumət təşkilatları, inkişaf agentlikləri və özəl sektor nümayəndələri iştirak edib. Forumda Azərbaycan QHT-lərini “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi təmsil edib.

2019-cu il

2019-cu il martın 20-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan və Hindistanın bu qurumun yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü ilə Novruz bayramı təntənəli şəkildə qeyd olunub.

2019-cu il martın 21-də Parisdə, Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Xalq artisti Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub.

2019-cu il martın 28-də Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESCO-da görüşləri çərçivəsində Azərbaycan Hökuməti ilə təşkilat arasında bu ilin 30 iyun - 10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.

2019-cu il martın 29-da UNESCO baş qərargahında Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib. UNESCO-nun rəsmisi, təşkilatın Mədəniyyətlərarası dialoq və tərəfdaşlıq departamentinin rəhbəri Maqnus Maqnusson təmsil etdiyi qurumun bu prosesin həyata keçirilməsində fəal iştirak etdiyini, bu prosesin əsas tərəfdaşlarından biri olduğunu və budəfəki forum çərçivəsində UNESCO tərəfindən 5 tədbirin təşkil ediləcəyini qeyd edib.

2019-cu ilin may ayının 20-də AMEA-nın Əlyazmalar institutunun 2015-ci ildən nəşr etdiyi “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının beynəlxalq elmi bazalarda indeksləşdirilməsi baş tutub. Hər iki jurnal UNESCO-nun kommunikasiya və informasiya sektorunun “ROAD” açıq istifadəli elmi jurnallar reyestrinə daxil edilib.

2019-cu ilin iyun ayının 11-də Parisdə, UNESCO-nun Baş qərərgahında Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini ilə görüşüb. Görüşdə UNESCO-nun 2019-cu il “Yubileylər” proqramına daxil edilən Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qurumun Baş qərargahında beynəlxalq səviyyədə qeyd olunacağı barədə müzkirələr aparılıb.

2019-cu ilin iyun ayının 13-də Parisdə, UNESCO-nun Baş qərargahında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə qeyd olunub. Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini əks etdirən tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş olunub. Tədbirin mədəniyyət proqramı çərçivəsində konsert təşkil edilib.

2019-cu ilin iyun ayında işıq üzü görmüş UNESCO-nun “Dünya irsi” jurnalının “Dünya irsi Azərbaycanda” adlı 92 nömrəli xüsusi buraxılışı ölkəmizə həsr olunub. Jurnalın bu nömrəsi Bakıda təşkil ediləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası ərəfəsində ölkəmizin qurumun irsi siyahısına daxil edilmiş 13 nominasiyadan, eləcə də ölkəmizin görməli yerlərindən bəhs olunur. Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin, eləcə də Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin müraciətləri yer alıb. Onlar Azərbaycanın coğrafiyasından, multikultural ölkə olmasından, UNESCO ilə sıx əlaqələrindən bəhs ediblər. 

2019-cu ilin iyun ayının 30-dan iyul ayının 10-dək Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilmişdir. Bu beynəlxalq tədbirdə dünyanın 180-dən artıq ölkəsindən 2500-ə yaxın nümayəndə iştirak etdi. Komitənin Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçirildi. Eyni zamanda, UNESKO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti müzakirə olundu. Elə iyulun 7-də sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bununla da Dünya İrs Siyahısına daxil edilən maddi irs nümunələrimizin sayı üçə çatdı. Fəxrlə deyə bilərik ki, hazırda Azərbaycanın 3 maddi və 13 qeyri-maddi mədəni irs nümunəsi UNESKO-nun müvafiq siyahılarında yer alır. On gün davam edən Bakı sessiyasında 29 nominasiya (24-ü mədəni, 4-ü təbii və 1-i qarışıq) UNESKO-nun siyahısına daxil edildi, 45 qərar qəbul olundu, bir fayl geri götürüldü. Bununla da UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatdı. Sonda 2020-ci ildə Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına Çin Xalq Respublikasının sədrlik edəcəyi və sessiyanın Fuçjou şəhərində keçiriləcəyi qərara alındı.

2019-cu il sentyabrın 9-da BDU-nun və Azərbaycanın Avstriyadakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyi Vyana şəhərində qeyd olunacaq. UNESCO-nun 2019-cu il iyunun 12-də verdiyi qərara əsasən Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı ölkədə və xaricdə çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.

2019-cu ilin oktyabrın 17-də Parisdə UNESKO-nun Baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib.

2020-ci il

2020-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 və böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyləri Beynəlxalq Türk Akademiyasının yubiley proqramları siyahısına salınıb. Hər iki ədibin yubileyi həm Parisdə UNESCO-nun Baş qərargahında, həm də türkdilli dövlətlərdə beynəlxalq səviyyədə qeyd olunacaq.

2020-ci ilin yanvarın 30-da Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə UNESKO-nun Baş qərargahında Fondun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgisinin açılışı olub.

2020-ci ilin martın 20-də UNESCO-nun Baş direktoru Odre Azule 21 mart – Beynəlxalq Novruz Günü münasibətilə ictimaiyyətə müraciət edib.

2020-ci ilin aprelin 2-də UNESCO-nun Baş qərargahında bu qurumun Təbiət Elmləri Sektorunun təşkilatçılığı ilə 120-dən çox üzv ölkənin 200-dən artıq səhiyyə, elm və təhsil nazirinin iştirakı ilə koronovirusa (COVID-19) həsr edilmiş “Açıq elm” beynəlxalq elmi əməkdaşlıq üzrə virtual görüş keçirilib. İlk dəfə belə format və miqyasda keçirilən onlayn dialoqda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova təmsil edib.

2020-ci ilin aprelin 29-da UNESCO-ya üzv ölkələrin Milli Komissiyalarının birinci onlayn görüşü keçirilib. 250-dən çox nümayəndənin iştirak etdiyi görüşdə 45 Milli Komissiyanın təmsilçisi çıxış edib. Görüşün məqsədi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində UNESCO tərəfindən həyata keçirilən tədbirlər və Milli Komissiyalarla əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov görüşdə çıxış edib.

2020-ci ilin iyunun 13-də Pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb.

2020-ci ilin 16 iyunda UNESCO-nun İpək Yolu Beynəlxalq Şəbəkəsinin onlayn iclası keçirilib. Sessiyada ölkəmizi İpək Yolu Online Platform proqramının Azərbaycan üzrə əlaqələndiricisi, akademik Şahin Mustafayev təmsil edib.

2020-ci ilin 19 noyabrda Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev qurumun Baş direktoru Odre Azule ilə görüşüb. Ggörüşdə A.Qocayev UNESCO-nun Baş direktoruna Ermənistanın Azərbaycana qarşı növbəti silahlı hücumu nəticəsində sentyabrın 27-də Ordumuzun mülki əhalini və obyektləri qorumaq məqsədilə əks-hücum əməliyyatına başlaması, qısa müddətdə Qarabağın bir hissəsini işğalçılardan azad edilməsi haqqında məlumat verib. Bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyanın prezidentləri və Ermənistan Respublikasının Baş naziri arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, Ermənistan dekabrın 1-dək Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana təhvil verəcək, məcburi köçkünlər doğma evlərinə qayıdacaqlar.

2020-ci ilin dekabrın 21-də Türkmənistanın Müstəqillik günü münasibətilə paytaxt Aşqabad şəhərində keçirilən bayram tədbirlərində TÜRKSOY-un sənətçilərinin tərkibində Azərbaycandan Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi, müğənni Namiq Aslanov da iştirak edib və uğurlu çıxışı ilə yadda qalıb. Bayram tədbirlərində uğurlu iştirakına, eləcə də türkdilli xalqların mədəni irsinin qorunub saxlanması və yaşadılmasındakı xidmətinə görə Namiq Aslanov UNESCO və Türkmənistan Mədəniyyət Nazirliyi tərəfindən mükafata layiq görülüb.

2021-ci il

2021-ci il yanvarın 2-də Dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESCO-nun rəsmi saytında şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim edilib və pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib.

2021-ci il yanvarın 7-də Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev etimadnaməsini qurumun Baş direktoru Odre Azuleyə təqdim edib. Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev təşkilatın Parisdəki baş qərargahında UNESCO-nun Baş direktoru Odre Azule ilə görüşüb. UNESCO-nun Baş direktoru Azərbaycanın təşkilat yanındakı daimi nümayəndəsinin etimadnaməsini qəbul edib.

2021-ci il yanvarın 11-də Folklor İnstitutunun nəzdində “Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO “Aşıq Şəmşir kafedrası” yaradılıb. Kafedranın açılması üçün 2018-ci il aprelin 30-da UNESCO-ya rəsmi müraciət edilib. Müraciət sənədlərində kafedranın quruluş məqsədləri və fəaliyyət planı ilə yanaşı, Folklor İnstitutunun fəaliyyəti və Aşıq Şəmşir irsi haqqında məlumat verilib, kafedranın açılmasına yerli və beynəlxalq qurumlardan, o cümlədən UNESCO üzrə Azərbaycan Milli Komissiyasından, Türkiyənin Yunus Əmrə İnstitutundan, Azərbaycan, Türkiyə və Gürcüstanın ali təhsil ocaqlarından və ictimai təşkilatlarından alınmış dəstək məktubları əlavə olunub. UNESCO-nun Baş katibliyi Folklor İnstitutu nəzdində “Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO “Aşıq Şəmşir kafedrası”nın açılmasına dair müraciət sənədlərinə müsbət rəy verərək, 2020-ci il dekabrın 22-də kafedranın təsis edilməsinə dair qərar qəbul edib.

2021-ci il fevralın 2-də Azərbaycan Respublikası və İran İslam Respublikasının birgə hazırladığı “Hirkan meşələri” adlı transmilli nominasiya sənədi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Ümumdünya İrs Mərkəzinə təqdim edilib.

2021-ci il fevralın 5-də Azərbaycanın və Türkiyənin UNESCO üzrə Milli komissiyaları arasında birgə əməkdaşlıq istiqamətlərinin müzakirəsi üzrə onlayn formatda məsləhətləşmələr keçirilib. Ölkəmizin təşəbbüsü ilə baş tutan ilk görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycan və Türkiyə Milli Komissiyalarının əməkdaşları iştirak ediblər.

2021-ci ilin fevralın 12-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva UNESCO üzrə Türkiyə Milli Komissiyası tərəfindən təşkil edilən UNESCO-da Beynəlxalq Türk Dili Gününün elan edilməsi ilə bağlı məsləhət toplantısında iştirak edib. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri ilə yanaşı, digər türk əməkdaşlıq təşkilatlarının, o cümlədən Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un, Beynəlxalq Türk Akademiyasının rəhbər və nümayəndələri, UNESCO - nun Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan üzrə milli komissiyalarının baş katib və təmsilçiləri, eləcə də alimlər və rəsmi şəxslər iştirak ediblər.

2021-ci ilin martın 5-də ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi Şuşadan qeyri-qanuni çıxarılmış Azərbaycan xalçaları və onların Ermənistanın paytaxtında milli muzey institutunda sərgilənməsinə dair Mədəniyyət Nazirliyinin bəyanatını aidiyyəti üzrə təqdim edib və Ermənistanın qeyri-qanuni fəaliyyətinə münasibət bildirərək quruma çağırış edib. Qeyd edilib ki, UNESCO üzv dövlətlərdən birinin digər dövlətin mədəni sərvətlərini qəsdən məhv etməsinə və qanunsuz dövriyyəsinə yönəlmiş sistemli siyasətinə dözməməli və beynəlxalq norma, prinsip və dəyərləri qorumaq üçün prinsipial və ardıcıl yanaşma göstərməlidir.

2021-ci ilin aprelin 16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “İnklüziv teatr layihəsi” BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) tərəfindən “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” çərçivəsində qəbul edilib. UNESCO-nun baş katibliyi bu layihənin həyata keçirilməsinə nəzarəti təmin etmək üçün beynəlxalq qurumun Azərbaycandakı nümayəndəliyinə öz tövsiyələrini verib.

2021-ci ilin mayın 18-də təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO tərəfindən təşkil olunan UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında iştirak edib. “Dayanıqlı İnkişaf naminə təhsil” mövzusuna həsr olunan virtual tədbirdə UNESCO-nun Baş direktoru Odri Azule, BMT Baş katibinin müavini Amina Mohammed, bir sıra ölkələrin təhsil üzrə rəhbər şəxsləri iştirak ediblər.

2021-ci ilin iyunun 23-də Azərbaycan Respublikası Mədəniyyət nazirliyi  “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya ilə bağlı UNESCO-ya müraciət ünvanlamışdır.

2021-ci ilin iyulun 6-da Azərbaycan Texniki Universitetinin UNESCO-nun “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün iştirak proqramı”na təqdim etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsili alan qızların iştirakının artırılması” layihəsi qalib olub.

2021-ci ilin oktyabrın 5-də Parisdə UNESCO-nun mənzil qərargahında qurumdakı Azərbaycan Daimi Nümayəndəliyi, UNESCO Baş Direktorluğu və Azərbaycan Respublikasının UNESCO yanında Milli Komissiyasının birgə təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Nizami Gəncəvi ili” çərçivəsində Aəzrbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

2021-ci il noyabrın 17-də Azərbaycan UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.

2021-ci il dekabrın 28-də Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H.Z.Tağıyevin anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.

2022-ci il

2022-ci il fevralın 22-də Banqladeşin Fransadakı səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü virtual tədbirlə qeyd edilib. Ölkəmizin qurum yanındakı Daimi Nümayəndəliyi tədbirdə “Şuşa İli” çərçivəsində Azərbaycan dili ilə bağlı videotəqdimatla iştirak edib. Ana Dili Günü virtual tədbirində Azərbaycan da daxil olmaqla, UNESCO-ya üzv 24 ölkə iştirak edib. UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Cianni çıxış edərək, ana dili haqqında, təhsil və bu gün COVID-19 pandemiyasının təhsilə mənfi təsirlərindən söz açıb. Sonra ölkələrin Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb.

2022-ci il matrın 1-də UNESCO-nun maliyyə dəstəyi İlə Azərbaycan Texniki Universitetinin (AzTU) “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində təlimlərə start verilib.

2022-ci il martın 19-da Azərbaycanın UNESCO yanındakı Daimi Nümayəndəliyinin təşəbbüsü ilə Əfqanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Hindistan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın UNESCO yanında Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı və dəstəyi ilə qurumun mənzil- qərargahında bu ölkələrin milli adət-ənənələrini ehtiva edən Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

2022-ci il mayın 24-də Azərbaycanın UNESCO üzrə Milli Komissiyası və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü, ölkəmizin quruma üzv olmasının 30 illiyi və “Şuşa İli” çərçivəsində Parisdə “Qarabağ” muğam qrupunun konserti keçirilib.

2022-ci il iyulun 6-da Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb.

2022-ci il sentyabrın 27-də ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə təlim proqramı başlayıb. Təlim İnstitutun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilir və Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri və nümayəndələri üçün nəzərdə tutulub.

2022-ci il oktyabrın 11-də UNESCO İcraiyyə Şurasının 215-ci sessiyasında Azərbaycanın milli bəyanatı təqdim edilib. Bəyanatda Azərbaycanın Ermənistanın ərazisində olan mədəni irsinin cari vəziyyətini qiymətləndirmək məqsədilə UNESCO missiyasının göndərilməsinə dair vətəndaş cəmiyyətlərinin, eləcə də QHT-lərin dəfələrlə müraciət etdiyi də xatırladılıb.

2022-ci il oktyabrın 21-də “Şuşa İli” çərçivəsində UNESCO-nun mənzil-qərargahında “Mədəni irsin aşkarlanması və qorunub saxlanılması sahəsində regional əməkdaşlıq” adlı konfrans keçirilib. Konfransda Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitab da təqdim edilib. Müxtəlif ölkələrdə, eləcə də beynəlxalq təşkilatlarda bu kitab vasitəsilə Qarabağ xanlığının tarixi və mədəni kimliyi tanıdılır.

2022-ci ildə görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim Fikrət Əmirovun anadan olmasının 100 illiyi tamam olur. Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley noyabrın 9-dan 24-dək Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində beynəlxalq miqyasda qeyd ediləcək.

2022-ci ilin noyabrın 4-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycanın Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub. Yubileylər proqramı çərçivəsində dünya şöhrətli Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.

2023-cü il

2023-cü ilin füvralın 22-də Parisdə UNESCO və Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Ana Dili Günü qeyd olunub. Tədbirdə Azərbaycan da daxil olmaqla 22 ölkənin Daimi nümayəndəliyi iştirak edib.

2023-cü ilin martın 11-də UNESCO-nun rəsmi tviter səhifəsində böyük mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı paylaşım edilib.

2023-cü ilin martın 22-də UNESCO yanında frankofon səfirlər qrupu qurumun mənzil-qərargahında Beynəlxalq Frankofoniya Günü ilə əlaqədar birgə tədbir keçiriblər. Frankofoniya tədbirində UNESCO-ya üzv olan 42 ölkə iştirak edib. Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi həmin tədbirə müşahidəçi qismində qatılıb.

2023-cü ilin aprelin 6-da UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində İpək yolu irsini əks etdirən sərgi açılıb. Sərginin açılış mərasimində UNESCO baş direktorunun müavini Qabriela Ramos, Çin və Azərbaycanın UNESCO yanında daimi nümayəndələri çıxış edərək, İpək yolunun əhəmiyyətindən, “İpək yolu” proqramı çərçivəsində həyata keçirilmiş layihələrdən bəhs ediblər.

2023-cü ilin aprelin 7-da UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində konsert təşkil edilib. Konsertdən öncə çıxış edən UNESCO Baş direktorunun müavini Qabriela Ramos “İpək Yolu” üzərində yerləşən ölkələrin zəngin mədəni irsindən söz açıb. Sonra təşkilatçı ölkələrin səfirləri mədəni irsdən danışıblar. Konsertdə ölkələr musiqi, adət-ənənə, rəqs kimi milli-mədəni irs nümunələrini təqdim ediblər.

2023-cü ilin aprelin 28-də Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi tərəfindən UNESCO-nun mənzil-qərargahında Azərbaycan-UNESCO tərəfdaşlığının 40 illiyi və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbir UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı, Heydər Əliyev Fondunun və UNESCO üzrə Milli Komissiyamızın dəstəyi ilə “Azərbaycan-UNESCO: 40 illik tərəfdaşlıq” mövzusunda konfransla başlayıb.

2023-cü ilin sentyabrın 28-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi və UNESCO yanında Daimi Nümayəndəliyimizin təşkilatçılığı ilə qurumun mənzil-qərargahında tarixi şəxsiyyət, mesenat Hacı Zeynalabdin Tağıyevin (1823–1924) anadan olmasın 200 illiyinə həsr edilmiş fotosərginin açılışı olub.  Azərbaycan Respublikasının UNESCO-nun “Görkəmli şəxslərin və əlamətdar hadisələrin Yubileylər Proqramı” çərçivəsində H.Z.Tağıyevin anadan olmasının 200 illiyi münasibətilə təşkil olunmuş fotosərgidə azərbaycanlı mesenatın həyat və fəaliyyətini, eləcə də Milli Tarix Muzeyinin eksponatlarını əks etdirən fotolar nümayiş olunub.

2024-cü il

2024-2025-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyəti, memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin andan olmasının 900 illiyi və “Divani-lüğəti-türk”ün isə 950-illiyi qeyd ediləcək. Hər iki tədbir UNESCO-nun Baş konfransının 42-ci sessiyasında müvafiq qərarla yubileylər siyahısına daxil edilib. UNESCO 1956-cı ildən etibarən görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərini qeyd edir. İndiyədək Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, Seyid Yəhya Bakuvi, Yusif Məmmədəliyev, Mir Cəlal Paşayev, Musa Əliyev, Səttar Bəhlulzadə kimi dahi şəxsiyyətlərin, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının, “Leyli və Məcnun”, “Arşın mal alan” operalarının yubileyləri UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilib.

2024-cü ilin fevralın 21-də Banqladeşin Fransadakı səfirliyinin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə Parisdə UNESCO-nın Baş Qərargahında Beynəlxalq Ana Dili Günü münasibətilə beynəlxalq tədbir keçirilib. Ana Dili Günü münasibətilə təşkil olunmuş sərgidə Azərbaycan Daimi Nümayəndəliyinin sərgisi xüsusilə diqqəti cəlb edib. Sərgidə Azərbaycan dilində müxtəlif rəngli kitablar, açıqcalar, milli suvenirlər nümayiş olunub.

2024-cü ilin martın 20-də UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ siyahısına çoxmillətli nominasiya kimi (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) daxil edilmiş “Novruz” bayramı qurumun mənzil-qərargahında təntənə ilə qeyd edilib. Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, İran, İraq, Hindistan, Özbəkistan, Pakistan, Türkiyə, Türkmənistan və Tacikistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib. Bayram tədbirinin təşkilat komitəsinin rəhbəri qismində Qazaxıstanın UNESCO yanındakı daimi nümayəndəsi Askar Abdraxmanov çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb.

 

 

 

 

 

 

 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.