AZ   |   EN

Xoşməramlı səfir Mehriban xanım Əliyevanın fəaliyyəti

Azərbaycan-UNESCO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyeva 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərmişdir. O, Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və təbliğindəki xidmətlərinə görə UNESCO tərəfindən 2004-cü ilin avqust ayında UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülmüşdür. Hazırda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Ölkəmizdə maddi və qeyri-maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.

Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban xanım Əliyeva 2008-ci ildə UNESCO-nun keçmiş Baş direktoru Koişiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə isə Baş direktor İrina Bokova tərəfindən UNESCO-nun “Qızıl Motsart” medalı  ilə təltif edilmişdir.

XRONİKA:

13 avqust 2004-cü il

UNESCO-nun Baş direktoru Koişiro Matsuura Azərbaycanın birinci xanımı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban xanım Əliyevaya UNESCO-nun Xoşməramlı səfiri fəxri adı verilməsi ilə əlaqədar məktub ünvanlamışdır.

09 sentyabr 2004-cü il

Parisdə, UNESCO-nun Baş qərargahında Mehriban xanım Əliyevaya Xoşməramlı səfir adı verilməsi ilə bağlı mərasim təşkil olunmuşdur.

07 oktyabr 2004-cü il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva İçərişəhər, Qız qalası və Şirvanşahlar sarayı abidələri ilə bağlı “Dəyirmi masada” iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyətini qəbul etmişdir.

15 dekabr 2004-cü il

Tatarıstan paytaxtı Kazan şəhərində keçirilmiş Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair UNESCO-nun regional seminarında Azərbaycanın birinci xanımı, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva iştirak və çıxış etmişdir.

03 mart 2005-ci il

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə Xoşməramlı səfirlərin illik iclasında iştirak etmişdir.

UNESCO-nun baş direktoru Koişiro Matsuura Parisdə xoşməramlı səfirlərin illik iclasında iştirak edən UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanı qəbul etmişdir.

13 may 2005-ci il

UNESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun ölkəmizdə səfərdə olan ekspertləri Kristof Kasobonu və Dendev Badarçı qəbul etmişdir.

24 avqust 2005-ci il

“Gülüstan” sarayında təşkil olunmuş “UNESCO-Azərbaycan: gələcəyə körpü” mövzusunda keçirilən konfransı UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva açmışdır.

Bakıda səfərdə olan YUNESKO-nun Baş direktoru Koişiro Matsuura İçərişəhərlə tanış olmuşdur. Koişiro Matsuura və nümayəndə heyətini Şirvanşahlar sarayı qarşısında UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva qarşılamışdır.

Suraxanı rayonunda yerləşən “Atəşgah” məbədində UNESCO-nun Baş direktoru Koişiro Matsuura, onun xanımı, eləcədə UNESCO-nun xoşməramlı səfirlərinin şərəfinə təşkil olunmuş konsertdə iştirak etmişdir. 

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Qobustan Dövlət Tarix Muzeyində UNESCO-nun Baş direktoru Koişiro Matsuura, onun xanımı və UNESCO-nun nümayəndə heyətini qarşılamışdır.

13 sentyabr 2005-ci il

Parisdə UNESCO-nun Baş qərargahında görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva tədbirdə iştirak etmişdir.

16 sentyabr 2005-ci il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə UNESCO-nun Baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNESCO-nun 60 illik yubileyi ilə bağlı Parisdə keçirilən tədbirdə iştirak etmişdir.

5-11 mart 2006-cı il 

Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə iki Norveç ekspertinin Azərbaycana səfəri təşkil edilmişdir. Səfərin nəticəsində ekspertlər tərəfindən UNESCO-nun tələblərinə uyğun olan Tədbirlər Planı hazırlanmışdır.

15 mart 2006-cı il

YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə xoşməramlı səfirlərin illik iclasında iştirak etmişdir. Mehriban xanım Əliyeva iclasda çıxış etmişdir.

26 iyun 2006-cı il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə “Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında” Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının ilk iclasında iştirak etmişdir. Mehriban xanım Əliyevanın iclasdakı çıxışı alqışlarla qarşılanmışdır. 

21 oktyabr 2006-cı il

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun 60 illiyinə həsr olunmuş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda" adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirdə iştirak etmişdir.

12 mart 2007-ci il

Qətərdə UNESCO və Qətərin Təhsil Fondu tərəfindən təşkil olunluş “Ərəb dövlətlərində savadlılıq: tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi mövzusunda regional konfransda UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdir.

03 aprel 2007-ci il

UNESCO-nun Baş qərargahında keçirilən xoşməramlı səfirlərin illik hesabatı ilə bağlı tədbirdə UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdir. Tədbirdə Mehriban xanım Əliyeva çıxış etmişdir.

Parisdə, UNESCO-nun Baş qərargahında İordaniya kraliçası, UNESCO-nun Xoşməramlı səfiri Raniyə əl-Abdullah ilə görüşmüşdür.

18 iyun 2007-ci il

UNESCO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında Azərbaycanda peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair saziş imzalanmışdır.

Sazişi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, təhsil naziri Misir Mərdanov və UNESCO-nun Moskva ofisinin baş direktoru Dendev Badarç imzalamışlar.

2 noyabr 2007-ci il

Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfrans keçirilmişdir. Tədbir UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın himayəsi ilə təşkil edilmişdir. 

Konfransın sonunda “Nəsillərarası Alyans” adlı Bakı Bəyannaməsi qəbul edilmişdir.

14 may 2008-ci il

YUNESKO-nun Xoşmıramlı səfiri Mehriban xanım Əliyeva Bakıda “Gülüstan” sarayında “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tədbiqinə dəstək” mövzusunda UNESCO-nun regional konfransında iştirak etmişdir. 
Mehriban xanım Əliyeva konfransda çıxış etmişdir.

Bakıda UNESCO-nun himayəsi ilə təhsil problemlərinə dair keçirilən konfrans çərçivəsində İordaniya şahzadəsi, UNESCO-nun Xoşməramlı səfiri xanım Ferial ilə görüşmüşdür.

Ölkəmizdə səfərdə olan İslandiyanın sabiq prezidenti, UNESCO-nun Xoşməramlı səfiri xanım Viqdos Finnboqadottir ilə görüşmüşdür.

20 may 2008-ci il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfirlərinin illik hesabat toplantısında iştirak etmişdir. Mehriban xanım Əliyeva toplantıda çıxış etmişdir

Heydər Əliyev Fondunun dəstəyi ilə UNESCO-nun Baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir.

10 iyun 2008-ci il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakıda “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq forumda iştirak etmişdir.

11 iyun 2008-ci il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum Bakı bəyannaməsinin qəbul edilməsi ilə başa çatmışdır.

24 sentyabr 2008-ci il

Bakıda keçirilən Dünya Gənclərinin IV Məşğulluq Sammitində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Yunanıstanın Uşaq və Ailə Fondu Qeyri-Hökumət Təşkilatının prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Marianna Vardinnoyanis ilə görüşmüşdür.

10 noyabr 2008-ci il

UNESCO-nun Baş qərargahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. UNESCO səviyyəsində keçirilən yubiley mərasimində UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.

19 mart 2009-cu il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva “Muğam aləmi” Beynəlxalq festivalında iştirak etmək üçün Bakıya səfər etmiş UNESCO-nun Baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür. 

Səfər çərçivəsində Heydər Əliyev Fondu və UNESCO arasında qeyri-maddi mədəni irsin qorunması üzrə strateji hədəflərə nail olmaq məqsədi ilə əməkdaşlıq sazişi imzalanmışdır. Sazişi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və UNESCO-nun Baş direktoru Koişiro Matsuura imzalamışlar.

"Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində UNESCO-nun Baş direktoru Koişiro Matsuura ilə birgə Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramını izləmişdir.

20 mart 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, UNESCO-nun Baş Direktoru cənab Koişiro Matsuura, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı şəhərində Müasir İncəsənət Muzeyinin açılış mərasimidə iştirak etmişlər. 

Novruz Bayramı münasibətilə Bakıda, İçəri Şəhərin qoşa qala qapıları qarşısında böyük mərasim təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və UNESCO-nun Baş Direktoru cənab Koişiro Matsuura mərasimdə iştirak etmişlər.

14 may 2009-cu il

YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısında iştirak etmişdir.

28 aprel 2010-cu il

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun Baş qərargahında bu qurumun yeni seçilmiş Baş direktoru İrina Bokova ilə görüşmüşdür.

29 iyul 2010-cu il

Ölkəmizə səfərə gələn UNESCO-nun Baş direktoru xanım İrina Bokovayla Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşlar.

30 iyul 2010-cu il

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Qəbələdə keçirilən ikinci Beynəlxalq musiqi festivalının açılışında çıxış etmişdir. 

UNESCO-nun Baş direktoru İrina Bokova UNESCO-nun “Qızıl Motsart” medalını Mehriban xanım Əliyevaya təqdim etmişdir.

27 sentyabr 2010-cu il

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Moskvada kiçik yaşlı uşaqların tərbiyəsi və təhsil məsələlərinə həsr edilmiş “Millətlərin sərvətinin yaranması” mövzusunda Ümumdünya konfransının açılış mərasimində iştirak etmişdir. Mehriban xanım Əliyeva konfransda təbrik çıxışı etmişdir.

14 dekabr 2010-cu il

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun Baş qərargahında təşkilatın yaradılmasının 65 illiyi ilə bağlı keçirilmiş yubiley mərasimində iştirak etmişdir.

19 aprel 2011-ci il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə UNESCO-nun Baş direktoru İrina Bokova ilə görüşmüşdür.

YUNESKO-nun Baş qərargahında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva və təşkilatın Baş direktoru İrina Bokova konserti izləyənlər arasında olmuşlar. 

Konsertdən sonra Mehriban Əliyevanın adından ziyafət verilmişdir. Eyni zamanda, 2011-ci il aprelin 19-dan 29-dək UNESCO-nun Baş qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilmişdir. Sərginin açılışında UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva və UNESCO-nun Baş direktoru İrina Bokova iştirak etmişlər.

12 sentyabr 2011-ci il

UNESCO-da xoşməramlı səfirlərin illik iclasında UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir. İclasda Mehriban xanım Əliyeva çıxış etmişdir.

UNESCO-nun Baş qərargahında UNESCO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri təqdim olunmuşdur.

10 oktyabr 2011-ci il

Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə UNESCO-nun keçmiş Baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər.

26 oktyabr 2011-ci il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan " UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?" mövzusunda Liderlər Forumunda iştirak etmişdir. Forumda Mehriban xanım Əliyeva çıxış etmişdir.

27 oktyabr 2011-ci il

UNESCO-nun Baş Konfransının 36-cı sessiyası çərçivəsində Azərbaycan ilə UNESCO arasında Haitidə zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi ilə bağlı saziş imzalanmışdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  mədəni obyektlərin bərpası üçün 50 min ABŞ dolları məbləğində yardım göstərilmişdir. Yardım Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərin bərpasına sərf edilmişdir.

12 aprel 2012-ci il 

Azərbaycan Respublikasının Birinci xanımı, UNESCO-nun Xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə, beynəlxalq humanitar fəaliyyəti çərçivəsində, Heydər Əliyev Fondu tərəfindən Porto-Novo ş. (Benin) yerləşən Afrika İrsi Məktəbinin (EPA) inkişafı üçün Məktəbin Fonduna 50 min avro məbləğində yardım olunmuşdur.

04 oktyabr 2012-ci il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakı Beynəlxalq Humanitar Forumda iştirak edən UNESCO-nun Baş Konfransının prezidenti Katalin Boqyayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

16 oktyabr 2012-ci il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin illik hesabat toplantısında iştirak etmişdir.

24 oktyabr 2012-ci il 

Azərbaycan Respublikasının Birinci xanımı, UNESCO-nun Xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə, Heydər Əliyev Fondu tərəfindən UNESCO-nun  “Yerli səviyyədə davamlı inkişaf naminə yaradıcı iqtisadiyyat” mövzulu 2012-ci il üzrə illik hesabatının hazırlanması və nəşr edilməsi üçün YUNESKO-ya 50 min ABŞ dolları məbləğində maliyyə dəstəyi verilmişdir.

21 noyabr 2012-ci il 

Azərbaycan Respublikasının Birinci xanımı, UNESCO-nun Xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məşhur tenor Placido Domingo UNESCO-nun Xoşməramlı səfiri təyin edilməsi ilə UNESCO-da, “Təhsil hamı üçün” Beynəlxalq Forumunda iştirak edən bir çox ölkələrin nazirlərinin iştirakı ilə, mühüm xeyriyyə tədbirinin keçirilməsinə 30 min avro məbləğində sponsorluq edilmişdir.

18 iyul 2013-cü il

UNESCO-nun Baş qərargahında Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illik yubileyi ilə əlaqədar, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə təntənəli tədbirlər keçirilmişdir. 

Tədbirdə UNESCO-nun Baş direktoru İrina Bokova və UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva çıxış etmişlər. Tədbir iştirakçılarına Azərbaycanda daş sənətinin tarixini əks etdirən kitablar paylanmışdır. 

“Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır. Sazişə əsasən Azərbaycan təşkilat üçün 5 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərmişdir.

22 oktyabr 2013-cü il

UNESCO-nun Baş qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilmişdir. 

Eyni zamanda, 2013-cü il oktyabrın 22-də UNESCO-nun Baş qərargahında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərginin açılışı olmuşdur. 

29 may 2014-cü il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" mövzusunda Beynəlxalq Bakı Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşmüşdür.

2 iyun 2014-cü il

YUNESKO-nun Baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi təşkil olunmuşdur.

15-18 senyabr 2014-cü il

UNESCO-nun Baş qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi keçirilmiş, Qobustanın UNESCO -da tanıtımı çərçivəsində Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olmuşdur.

6-13 may 2015-ci il

Heydər Əliyev Fondunun dəstəyi ilə UNESCO-da təşkil olunan “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış Azərbaycanın çövkən oyununa həsr edilən sərgi təşkil olunmuş, fransız yazıçısı Jan-Lui Quronun “Qarabağ atları” kitabının təqdimatı keçirilmişdir. Eyni zamanda “Azərbaycan: ənənədən müasirliyə” adlı sərgisi açılmış və “Yeni caz nəsli” qrupunun konserti təşkil olunmuşdur.

17 may 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun Baş direktoru İrina Bokovanı qəbul etmişlər.

17 may 2015-ci il

UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh ağacı”nın açılış mərasimində iştirak etmişdir.

18 may 2015-ci il

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda təşkil olunmuş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak etmişlər. Forum çərçivəsində UNESCO-nun Baş durektoru İrina Bokova Azərbaycanın Kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi Mehriban xanım Əliyevaya təqdim etmişdir.

17 noyabr 2015-ci il

YUNESKO-nun Nizamnaməsinin qəbulunun 70 illiyi münasibətilə Parisdə, təşkilatın Baş qərargahında YUNESKO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak etmişlər. 

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun Baş direktoru İrina Bokova ilə görüşmüşlər.

10 mart 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumun açılış mərasimində iştirak ediblər. 

UNESCO-nun Baş direktoru İrina Bokovanın Forum iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

29 sentyabr 2016-cı il

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Bakı V Beynəlxalq Humanitar Forum çərçivəsində UNESCO-nun Baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşmüşdür.

16 mart 2017-ci il

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun Xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb.

5 may 2017-ci il

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub.
“Dəyirmi masa”da Mehriban xanım Əliyeva və UNESCO-nun Baş direktoru xanım İrina Bokova çıxış etmişlər. 

Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun Baş direktoru xanım İrina Bokova ilə görüşüb.

15 mart 2018-ci il

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri xanım Marianna Vardinoyannis ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib. Təqdimat mərasimində Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.

18 may 2018-ci il
Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə, UNESCO-nun Baş qərargahında 1999-2009-cu illərdə təşkilatın Baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfransda çıxış edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə, UNESCO-nun Baş qərargahında təşkilatın Baş direktoru Odre Azule ilə görüşüb.

30 iyun 2019-cu il

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda səfərdə olan UNESCO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb.

Bakıda, Heydər Əliyev Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

7 iyul 2019-cu il

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə rəsmi “Instagram” səhifəsindən Azərbaycan xalqını təbrik edib.

31 oktyabr 2019-cu il

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı şəhərinin Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar rəsmi “Instagram” səhifəsində Azərbaycan xalqını təbrik edib.

15 noyabr 2022-ci il

Birinci vitse-prezident Mehriban Əliyeva xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlayıb.

 


 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.