AZ   |   EN

Şuşa Tarix-Memarlıq Qoruğu

Azərbaycanın qədim məkanı Qarabağ torpağında yerləşən Şuşa şəhərinin əsası 1750-ci illərin əvvəllləri  I ci Qarabağ xanı Pənahəli xan Sarıcalı Cavanşir tərəfindən qoyulmuş və Qarabağ xanlığının mərkəzi olmuşdur. Möhkəm qala olan Şuşa xanının adı ilə Pənahabad adlandırılıb. Şuşa şəhəri həmin dövrlərdən başlayaraq hərbi, siyasi, iqtisadi, mədəni cəhətdən Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Şuşa şəhərinin bütün məkan adları azərbaycanlıların adı ilə bağlıdır və əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olmuşdur.

Şuşa şəhərinin üç qapısi vardı: Gəncə qapısı – şimalda, İrəvan qapısı – qərbdə və Ağoğlan qapısı (kəndlərlə əlaqə üçün yararlı olub), üç tərəfdən əlçatmaz uçurumlu qayalarla əhatə edilmişdir.

Şimal qapısının yaxınlığında abidələr kompleksindən ibarət içqala inşa edilmişdir, təəssüf ki həmin abidələr siyasi proseslər nəticəsində məhv edilmişdir.

Şuşa şəhərinin dəniz səviyyəsindən 1300-1600 m yüksəklikdə yerləşməsi şəhərin müdafiə baxımından əlverişli olmasına şərait yaradır və şəhər bu baxımdan qala kimi şöhrət qazanmışdır. Qalanın ətrafında əhəmiyyətli yerlərdə müdafiə qəsrləri tikilmişdir.

Şuşa şəhərinin ətrafında salınan məhəllərinin (Urudlar, Seyidli, Culfalar, Quyuluq, Mamayı, Merdinli, Hamamqabağı və s.) hər birinin məscidi, mədrəsəsi, hamamı, dükanı və bulağı var idi. 

Şuşa qalası 1756-1823-cü illər Qarabağ xanlığının paytaxtı olmuşdur. Xanlığının pul vahidi xanın adı ilə “pənahabadi” gümüş sikkələr idi. Xalq arasında olan deyimə görə Şuşanın havasının saf və şəfalı olduğundan Şuşa (şüşə) adlandırmışlar.

Şuşa səhəri 1977-ci ildə Azərbaycan Respublikasının tarix-memarlıq qoruğu elan edilmişdir.

Şuşada 17 məhəllə salınmışdı ki, söylənildiyi kimi hər bir məhəllənin öz məscidi, bulağı, hamamı var idi, həmçinin Şuşa şəhəri meydanında meydan bulağı. Şuşa şəhəri ümumiyyətlə bulaqlarla zəngin idi (İsa bulağı, Saxsı bulaq, Şor bulaq, Səkili bulağı, Şəmilin bulağı və s.) 

Şuşa şəhərində tarixi əhəmiyyət kəsb edən bir çox abidələr inşa olunmuşdur. Həmin abidələrin çoxu Məsçidlərdən ibarətdir:

XIX əsrdə memar Kərbalayi Səfi xan Qarabaği tərəfindən tikilmiş Yuxarı Gövhər məscidi, Aşağı Gövhər məscidi;

Malıbəyli Məscidi;

Qaybalı Məscidi;

Şırlan məscidi;

Alban kilsəsi; 

Rus kilsəsi;

Karvansaray (4);

Malikanələr: Qulam Şahın malikanəsi; Əsəd bəyin malikanəsi; Mamay bəyin malikanəsi;

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bu abidələrlə yanaşı ğörkəmli şəxslərin mülkləri, bağlar, qəsrlər, muzeylər, körpülər, büstlər, heykəllər və digər mədəniyyət abidələri erməni işğalçılarının əsarətinə keçmişdir. 

Dövlətimzın böyük səyi nəticəsində bu tarixi abidə 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.