AZ   |   EN

Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi

Molla Nəsrəddin (azərb-ərəb. ملانصرالدین‎) və ya Xoca Nəsrəddin (osm. 1284-1200, لدین خواجه, Akşehir, Konya ) - Rum sultanlığı dövründə Xorto və Ağşəhər yaxınlıqlarında yaşamış əfsanəvi şəxs.

Xoca Nəsrəddin bir çox ölkələrdə insanlar tərəfindən çox sevilir. Hətta bu səbəblə, hər kəs onu öz xalqınz aid edib. Ancaq avropalı və rus tədqiqatçılar onun türk mənşəli olduğunu təsdiq ediblər.

Bir çox mənbələrdə onun 1208-ci ildə, bəzi mənbələrdə isə 1308-ci ildə anadan olduğu iddia edilməkdədir. Dəqiq tarix isə bilinmir. O, Sivrihisarın Xorto şəhərində doğulsa da, Konya sultanlığının quberniyası sayılan Ağşəhərdə yaşayıb. İlk təhsilini kənd müəllimi olan atasından almışdır. Təhsil aldığı Konya mədrəsəsində də öz hazırcavablığı ilə seçilmişdir.

Molla Nəsrəddinin atası Abdulla əfəndi imam olub. Nəsrəddin mədrəsədə oxuyarkən atası vəfat edir. Atasının vəfatından sonra onunçün kənddə qalmaq çətin olur.

1237-ci ildə Xoca Nəsrəddin Ağşəhərə gəlir və bölgə qazısı kimi işləməyə başlayır. Bu vəzifədə işləyərrkən də ona “Nəsrəddin Xoca” deyə müraciət edirdilər. Həmin adla da tarixə düşüb.

Onun lətifələri, işlətdiyi sözlər Anadoludan tutmuş, Çinin ərazilərində yaşayan türklərə kimi dillər əzbəridir. Eləcə də ölkəmizdə də çox sevilir, günümüzdə də onun məsəllərindən istifadə olunur.

Molla Nəsrəddinlə bağlı söylənilən lətifələrə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən “Saltuknamə” əsərində rast gəlinib. Fateh Sultan Mehmetin oğlu  Sultan Cemin şahzadəliyi dövründə Molla Nəsrəddinlə bağlı lətifələrin qələmə alınması və kitaba köçürülməsi barədə göstəriş verilib. Göstərişin yerinə yetirilməsi o dövrün məşhur alimi Əbülxeyir Rumiyə tapşırılır. Uzun illər boyunca (7 il) xalq arasında Molla Nəsrəddinlə bağlı lətifələr toplanılır və həmin lətifələr 1480-cı ildə kitab halında çap edilir. Onunla bağlı əsərlərdən biri “Həzə Tərgemei Nasraddin Əfəndi Rahme” adını daşıyır. Həmin əsər hal- hazırda London muzeyində saxlanılır.

Molla Nəsrəddin Ağşəhərli bir xanımla evlənir. Deyilənə görə, həmin xanımdan iki qızı olur. Adları Fatma Xatun və Dürri Mələk olur. Molla Nəsrəddin 1284-cü ildə (bəzi mənbələrdə 1384-cü il) yaşadığı Ağşəhərdə vəfat edir. Onun qəbri üzərində 6 sütun üzərində möhtəşəm bir qübbəsi olan türbə inşa edilmişdir.   

Nəsrəddin Xoca adı, ağlı və lətifələri ilə dünya şöhrətli bir xalq filosofudur. Həyatda, təbiətdə və cəmiyyətdə insanı karikaturaya salan, kəskin baxışları və ağıllı deyimləri ilə hocanın zəkasının təkcə bir xalqı deyil, bütün insanlığı qane edəcək dəyərə malik olması, bu türk zəkasının digər xalqlar arasında da tanınması və sevilməsidir. Türk xalq zəkası isə bu zarafatlarda özünəməxsus yumor tapıb, onları sevib, yayıb, inteqrasiya edib, çoxaldırdı. O qədər ki, Nəsrəddin Xoanı bir əsr yaşı olmasına baxmayaraq, xalq ənənəsi ölümündən 116 il sonra belə onu Anadoluya gələn Tamerlanla müqayisə edirdi. Türk dünyasında “Molla Nəsrəddinçi” kimi tanınan Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi bir çox Azərbaycan yazıçı və şairləri onun ağzından ürək sözlərini lətifə ilə söyləmiş və yazmışdılar.

Türk xalqlarının bir çoxu onun adı ilə yumor jurnalları və qəzetlər çıxarırdı. Azərbaycanın görkəmli teatr yazıçısı Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi “Molla Nəsrəddin” (1906-1920), “Hoca Nəsrəddin” (1908), “Nəsrəddin Hoca” (1914-1920, 1929), “Yeni Nəsrəddin Hoca” (1936), “Yeni Hoca Nəsrəddin” (1940) jurnalları bunlardan bir neçəsidir.

Avropadan Afrika ölkələrindən başlayaraq Amerikadan tutmuş Yaponiyaya qədər bir çox ölkədə, xüsusilə türk dövlət və cəmiyyətlərinə Nəsrəddin Hoca və onun lətifələri haqqında ciddi araşdırmalar aparılıb. Bunların arasında Pierre Millenin “Nəsrəddin et oğlu Epouse” (Paris-1918) romanı və Jan Pol Qarnierin “Nasreddin Hoca et ses Histoires Turġues” (Paris-1958) romanı nümunəvi tədqiqatlardır.

Molla Nəsrəddin müxtəlıf türk ellərində müxtəlif adlarla məşhur olmuşdur. Türkiyedə hələ qədim dövrlərdən başlayaraq elm və maarif adamına hörmət əlaməti olaraq ona "Xoca" deyərək müraciət etdirdilər. Bu ənənə indi də qalmaqdadır. 1935-ci ildən bütün titul və dərəcələr - bəy, əfəndi, paşa, xoca, ağa və s. ləğv edildi. Kişilər üçün "bay", qadınlar üçün "bayan" sözləri müəyyənləşdirildi. Lakin, "səməd" sözü Azərbaycanda indi də hörmət əlaməti olaraq müəllim və alimlər arasında geniş surətdə işlədilir.

Əfəndi isə hələ yunanlardan götürülmüş savadlı adamlara müraciət forması kimi saxlanılmaqdadır. Taciklər arasında "əfəndi", Özbəklərdə isə "əpəndi" kimi işlədilir. Orta Asiyada Nəsrəddin "əfəndi" kimi tanınır. Azərbaycanda isə "molla" ləqəbi ilə məşhurdur.

Bu gün Orta Asiya adlandırılan qədim Türkistanda və Azərbaycanda, Türkiyədə, Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəzdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.

Molla Nəsrəddinin lətifələrindəki insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır.

2022-ci il noyabrın 28-dən dekabrın 3-dək Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” nominasiyası da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Çoxmillətli nominasiya faylı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyası, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə əməkdaşlığı şəraitində təqdim olunub.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.