UNESCO-nun icraedici orqanları
Katiblik
Katiblik UNESCO-nun daimi fəaliyyət göstərən orqanıdır və Baş qərargahı Fransa Respublikasının paytaxtı Paris şəhərində yerləşir. Burada UNESCO-ya üzv olan 170 dövlətin vətəndaşı çalışır.
Katibliyin əməkdaşları Baş direktor tərəfindən təyin edilən əməkdaşlardan ibarətdir. 2009-cu ilin ortalarında katiblk 170 ölkədən 2000 əməkdaşdan ibarət idi. Bütün əməkdaşlar “peşəkar” və “ümumi” xidmət kateqoriyalarına bölünürlər. UNESCO-nun müxtəlıf ölkələrdə 60 bölməsində 700-dən artıq əməkdaş işləyir.
YUNESKO katibliyinin strukturu
Baş direktor:
• Baş direktorun bürosu
Proqram sektorları:
• Təhsil (ED)
• Təbiət elmləri (CS)
• Sosial və humanitar elmlər (SHS)
• Mədəniyyət (CLT)
• Kommunikasiya və İnformasiya (Cİ)
Proqram dəstəyi sektorları:
• Xarici əlaqə və ictimai informasiya (ERİ)
• Administrasiya (ADM)
Mərkəzi Xidmət:
• Katibliyin Direksiyası (GBS)
• Beynəlxalq reqlamentasiya və hüquqi məsələlər bölməsi (LA)
• Daxili nəzarət və audit (İOS)
• Etika bürosu (ETH)
• Strateji planlaşdırma bürosu (BSP)
• İnsan resurslarının idarəolunması bürosu (HRM)
• Desentralizasiya edilmiş proqramların idarəoluması bürosu (BFC)
• Maliyyə idarəetməsi bürosu (BFM)
• Afrika maraqları çərçivəsində fəaliyyət departamenti (AFR)
• Feliks Ufue – Buanyi adına sülh mükafatı (CRP)
Yerlərdəki bölmələr
İnstitut və UNESCO mərkəzləri
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.