AZ   |   EN

Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının (UNESCO) Nizamnaməsi

1945-ci il noyabrın 16-da Londonda qəbul olunmuşdur. Düzəlişlər Baş konfransın ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu, on ikinci, on beişnci, on yeddinci, on doqquzuncu, iyirminci, iyirmi birinci, iyirmi dördüncü, iyirmi beşinci sessiyalarında edilmişdir.

Bu Nizamnamənin iştirakçı-dövlətlərinin hökumətləri öz xalqları adından aşağıdakıları elan edirlər:

Müharibə haqqında fikirlər insanların beynində meydana gəlir, ona görə də insanların şüurunda sülhü müdafiə ideyasını möhkəm- ləndirmək lazımdır;

Qarşılıqlı anlaşmama bəşəriyyətin bütün tarixi boyu xalqlar arasında şübhəliliyə və etimadsızlıqa səbəb olmuş və bunların nəticəsində onların ixtilafları həddindən çox tez-tez müharibələrə gətirib çıxarmışdır;

Yenicə qurtarmış dəhşətli dünya müharibəsi insan şəxsiyyətinin ləyaqətinə hörmətə, insanların hüquq bərabərliyinə və qarşılıqlı hörmətinə əsaslanan demokratik prinsiplərin rədd edilməsi, habelə cahillik və xurafata istinad edən insanların və irqlərin qeyri-bərabərliyi doktrinasının tətbiq edilməsi nəticəsində mümkün olmuşdur;

İnsan ləyaqətini qorumaq üçün mədəniyyət və təhsil ədalət, azadlıq və sülh əsasında bütün insanlar arasında geniş yayılmalıdır; ona görə də, bu baxımdan bütün xalqların üzərinə qarşılıqlı əməkdaşlıq ruhunda yerinə yetirilməli olan müqəddəs vəzifələr qoyulur.

Təkcə hökumətlərin iqtisadi və siyasi sazişlərinə əsaslanan sülh xalqların yekdil, möhkəm və səmimi dəstəyini qazana bilməz; o, bə- şəriyyətin intellektual və mənəvi həmrəyliyinə əsaslanmalıdır. Bu Nizamnaməni imzalayan hökumətlər yuxarıda göstərilən mülahizələri rəhbər tutaraq və bütün insanlara təhsil almaq, maneəsiz obyektiv həqiqət axtarışları və azad şəkildə fikir və bilik mübadiləsi üçün tam və bərabər imkanlar verilməsi zərurətinə inanaraq qarşılıqlı anlaşma və bir-biri haqqında daha dəqiq və aydın təsəvvür əldə etmək məqsədilə oz xalqları arasında əlaqələri inkişaf etdirmək və genişləndirmək əzmlərini ifadə etdilər.

Buna görə də onlar dünyanın bütün xalqlarının təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı yolu ilə tədricən beynəlxalq sülhə və bəşəriyyətin rifahına nail olmaq məqsədilə - Nizamnaməsində elan edildiyi kimi, Birləşmiş Millətlər Təşkilatı da məhz bunun üçün təsis edilmişdir - bu aktla Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatını yaradırlar.

I maddə
Məqsəd və vəzifələr

1.    Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur.

2.    Təşkilat bu məqsədlə:

a)    bütün informasiya vasitələrindən istifadə etməklə xalqlar arasında qarşılıqlı anlaşmaya və yaxınlaşmaya yardım göstərir və bu məqsədlə ideyaların soz vasitəsilə və təsviri yolla azad surətdə yayılması üçün faydalı sayacağı beynəlxalq sazişlərin bağlanmasını tövsiyə edir;

b)    Təşkilatın üzv-dövləqləri ilə onların xahişinə görə maarifçilik fəaliyyətinin genişləndirilməsi işində iştirak etməklə, təhsilin irqindən, cinsindən və ya hər hansı sosial iqqisadi fərqlərdən asılı olmayaraq hamıya müyəssər olması idealını tədricən həyata keçirmək məqsədilə xalqlar arasında əməkdaşlığa nail olmaqla, 
dünyanın bütün uşaqlarında azad insanın məsuliyyət hissinin tərbiyə edilməsi üçün daha münasib təhsil üsulları təklif etməklə, xalq təhsilinin inkişafını və mədəniyyətin yayılmasını təşviq edir;

c)    bəşəriyyətin ümumdünya irsinin - kitabların, incəsənət əsərlərinin və tarixi-elmi əhəmiyyətli abidələrin - qorunub saxlanmasının və mühafizəsinin qayğısına qalmaqla, həmçinin, maraqlı ölkələrə müvafiq beynəlxalq konvensiyaların bağlanmasını tövsiyə etməklə, xalqların əqli fəaliyyətinin bütün sahələrində əməkdaşlığını, təhsil, elm və mədəniyyət sahəsində işləyən şəxslərin beynəlxalq mübadiləsini təşviq etməklə, həmçinin, nəşrlərlə, incəsənət əsərləri, laboratoriya avadanlığı və hər cür faydalı sənədlərlə mübadiləni təşviq etməklə, beynəlxalq əməkdaşlığın müxtəlif növləri vasitəsilə bütün xalqların ayrı-ayrı ölkələrdəki bütün nəşrlərlə tanış olmaq imkanını təmin etməklə, biliklərin qorunub saxlanmasına, artırılmasına və yayılmasına yardım edir.

3.    Təşkilat üzv-dövlətlərinin müstəqilliyini, mədəniyyət və təhsil sistemlərinin toxunulmazlığını və qorunmasını təmin etmək üçün mahiyyətcə bu ölkələrin daxili səlahiyyətinə aid olan işlərə hər cür qarışmadan imtina edir.

II maddə
Üzvlərin tərkibi

1.    Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatına qəbul Birləşmiş Millətlər Təşkilatının üzv- dövlətləri üçün açıqdır.

2.    Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı ilə Birləşmiş Millətlər Təşkilatı arasında bağlanmış və bu Nizamnamənin X maddəsinə əsasən bəyənilmiş sazişə müvafiq olaraq, BMT-nin üzvü olmayan dövlətlər İcraiyyə Şurasının təklifi ilə Təşkilatın Baş konfransı tərəfindən üçdə iki səs çoxluğu ilə onun üzvlüyünə qəbul edilə bilərlər.

3.    Xarici əlaqələrinin aparılması üçün məsuliyyət daşımayan ərazilər və ya ərazi qrupları Baş konfrans tərəfindən konfransda və səsvsrmədə iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə əməkdaş-üzvlüyə - həmin ərazilərin, yaxud ərazi qruplarının hər birinin xarici əlaqələrinin aparılmasına məsul olan üzv-dövlət, yaxud orqan belə qəbul haqqında xahiş edərsə, - qəbul edilə bilər. Əməkdaş-üzvlərin hüquq və vəzifələrinin həcmi və xarakteri Baş konfrans qərəfindən müəyyən edilir.

4.    Bu Təşkilatın Birləşmiş Millətlər Təşkilatının üzvü kimi hüquq və imtiyazları dayandırılmış üzvünün hüquq və imtiyazlarının həyata keçirilməsi birincinin tələbi ilə dayandırılır.

5.    Təşkilatın Birləşmiş Millətlər Təşkilatından çıxarılmış üzv-dövlətləri avtomatik olaraq onun tərkibindən çıxır.

6.    Təşkilatın üzv-dövləti və ya əməkdaş-üzvü Baş direktora müvafiq bildirişdən sonra onun tərkibindən çıxa bilər. Bu bildiriş bəyanat verilən ildən sonrakı il dekabrın 31-də qüvvəyə minir. Təşkilatın üzvlüyündən çıxma üzvlükdən çıxan dövləti bu haqda qərar qüvvəyə minənə qədər Təşkilat barəsində üzərinə götürdüyü maliyyə öhdəliklərindən azad etmir. Əməkdaş-üzvün Təşkilatdan çıxması haqda bildiriş onun adından xarici əlaqələrinin aparılmasına məsul olan üzv-dövlətin hökuməti və ya digər orqan tərəfindən edilir.

III maddə
Orqanlar

Təşkilatın orqanları Baş konfrans, İcraiyyə Şurası və Katiblikdir.

IV maddə
Baş konfrans

A.    Tərkibi

1.    Baş konfrans Təşkilatın üzv-dövlətlərinin nümayəndələrindən ibarətdir. Hər bir üzv-dövlətin hökuməti Milli komissiya varsa - və ya təhsil, elm və mədəniyyət təşkilatları ilə məsləhətləşməklə seçilən beş nəfərdən çox olmayan nümayəndə təyin edir.

B.    Funksiyaları

2.    Baş konfrans Təşkilatın fəaliyyətinin istiqaməqlərini və ümumi xəttini müəyyən sdir. O, İcraiyyə Şurasının göndərdiyi proq- ramlara dair qərarlar qəbul sdir.

3.    Baş konfrans, lazım gəldikdə və onun təsdiq etdiyi qaydalara müvafiq olaraq, dövlətlərin təhsilə, təbiət elmlərinə və humanitar elmlərə və biliklərin yayılmasına dair beynəlxalq konfranslarını çağırır. Baş konfransın təsdiq etdiyi qaydalara əsasən həmin məsələlər üzrə qeyri-hökumət koifransları Baş konfrans və ya İcraiyyə Şurası tərəfindən çağırıla bilər.

4.    Baş konfrans üzv-dövlətlərə təklif olunan layihələrin qəbul edilməsi lehinə çıxarkən üzv-dövlətlərə tövsiyələrlə, üzv-dövlətlərin təsdiq etməli olduqları beynəlxalq konvensiyalar arasında fərq qoymalıdır. Birinci halda səslərin adi çoxluğu kifayətdir; ikinci halda isə onların üçdə ikisinin çoxluğu lazımdır. Hər bir dövlət həmin tövsiyələri və ya konvensiyaları Baş konfransın onların qəbul edildiyi sessiyası bağlanan gündən sonra bir il ərzində özlərinin səlahiyyətli orqanlarında baxılmağa verilir.

5.    Baş konfrans V maddənin “s” bəndinə müvafiq olaraq, təhsil, elm və mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatını maraq- landıran məsələlərə dair rəyini hər iki təşkilatın səlahiyyətli orqanlarının müəyyən edəcəyi proseduraya və müddətə əsasən həmin Təşkilata verir.

6.    Baş konfrans üzv-dövlətlərin, yuxarıda, 4-cü bənddə söhbət gedən tövsiyələrin və konvensiyaların yerinə yetirilməsi barədə məruzələrini və ya konfrans belə qərar qəbul edərsə, həmin məruzələrin xülasəsəsini alır və onlara baxır.

7.    Baş konfrans İcraiyyə Şurasının üzvlərini seçir; o, İcraiyyə Şurasının tövsiyəsi ilə Baş direktoru təyin edir.

S. Səsvermə

8.    a) Hər bir üzv-dövlət Baş konfransda bir səsə malikdir. Qərarlar, bu Nizamnamənin müddəalarının və ya Baş konfransın Pro- sedura qaydalarının* səslərin üçdə ikisinin çoxluğunu tələb etdiyi hallar istisna edilməklə, adi səs çoxluğu ilə qəbul edilir. Çoxluq dedikdə, konfransda və səsvermədə iştirak edənlərin çoxluğu başa düşülməlidir.

b)    Təşkilat üzvü olan dövlətin üzvlük haqqı üzrə borcunun məbləği cari ilə və bundan əvvəlki təqvim illərinə görə üzvlük haqqının məbləğindən çox olarsa, onun səsvermədə iştirak etmək hüququ yoxdur.

c)    Lakin Baş konfrans Təşkilatın belə üzv-dövlətinin borclarının ödənilməməsinin ondan asılı olmayan səbəblərdən baş verdiyini etiraf edərsə, onun səsvsrmədə iştirakına icazə verə bilər.

D. Prosedura

9.    a) Baş konfrans növbəti sessiyasına iki ildən bir yığılır. O, növbədənkənar sessiyasına öz qərarına, İcraiyyə Şurasının qərarına görə və ya üzv-dövlətlərin ən azı üçdə birinin tələbi ilə yığıla bilər.

b) Konfrans hər sessiyada sonrakı növbəti sessiyanın çağırılacağı yeri müəyyən edir. Növbədənkənar sessiyanın çağırılacağı yer - çağırışın təşəbbüsçüsü o deyilsə, yaxud bütün digər hallarda - İcraiyyə Şurası tərəfindən müəyyən olunur.

10.    Baş konfrans ozünün Prosedura qaydalarını müəyyən edir. O, hər sessiyanın Sədrini və rəyasət heyətinin digər üzvlərini seçir.

11.    Baş konfrans öz vəzifəsini yerinə yetirmək üçün lazım olan xüsusi və texniki komissiyalar və digər köməkçi orqanlar təsis edir.

12.    Baş konfrans Prosedura qaydalarına müvafiq olaraq, iclasların geniş aşkarlıq şəraitində keçməsi üçün lazımi tədbirləri görməlidir.

E. Muişhidəçilər

13.    Baş konfrans İcraiyyə Şurasının tövsiyəsi üzrə ozünün Prosedura qaydalarına müvafiq olaraq üçdə iki səs çoxluğu ilə qəbul edilən qərara əsasən beynəlxalq təşkilatların, - məsələn, XI maddənin 4-cü bəndində göstərilənlərin - nümayəndələrini müşahidəçi kimi konfransın müəyyən sessiyalarına və ya onun komissiyalarına dəvət edə bilər.

14.    İcraiyyə Şurası XI maddənin 4-cü bəndinin müddəalarına müvafiq olaraq, belə beynəlxalq qeyri-hökumət və yarım hökumət təşki- latlarına məsləhətçi statusu verərsə, bu təşkilatlar Baş konfransın və onun komissiyalarının sessiyalarına öz müşahidəçilərini göndərməyə dəvət olunurlar.

V maddə
İcraiyyə Şurası (V maddədəki dəyişikliklərə səhifələrdə bax)

A. Tərkibi

1.    İcraiyyə Şurasını Təşkilatın üzv-dövlətlərinin təyin etdikləri nümayəndələrin arasından Baş konfrans seçir. O, hər birinin vətəndaşı olduğu üzv-dövlətin hökumətini təmsil etdiyi əlli bir üzvdən ibarətdir. Baş konfransın Sədri İcraiyyə Şurasının iclaslarında vəzifəsinə görə məşvərətçi səs hüququ ilə iştirak edir.

2.    Baş konfrans İcraiyyə Şurasını seçərkən onun tərkibinə incəsənət, ədəbiyyat, elm, təhsil və biliklərin yayılması sahəsində səriştəli şəxslərin daxil olmasına çalışmalıdır. Onlar Şuranın inzibati və icraedici funksiyalarını yerinə yetirməsi üçün zəruri olan təcrübəyə və nüfuza malik olmalıdırlar. Konfrans bu məsələyə, həm də, mədəniyyətlərin müxtəlifliyi və ədalətli coğrafi bölgü baxımından baxmalıdır. İcraiyyə Şurasının qərkibində eyni zamanda bir dövlətin iki vətəndaşı ola bilməz: bu məhdudiyyət konfransın Sədrinə aid deyil.

3.    İcraiyyə Şurasının üzvləri öz vəzifələrini Baş konfransın seçildikləri sessiyası başa çatandan sonra Baş konfransın ikinci növbəti sessiyasının sonunadək icra edirlər. Onlar dalbadal ikinci müddətə seçilə bilməzlər. Baş konfrans hər bir növbəti sessiyasının sonunda azad olunan yerləri tutmaq üçün lazımi sayda üzvlərin seçkisini keçirir.

4.    a) Üzvlərdən biri öldükdə və ya istefa verdikdə İcraiyyə Şurası onun səlahiyyət müddəti qurtaranadək Şuranın tərkibindən çıxmış üzvün təmsil etdiyi üzv-dövlətin hökumətinin namizədliyini göstərdiyi şəxsi onun yerinə təyin edir.

b)    Namizədi irəli sürən hökumət və İcraiyyə Şurası bu maddənin 2-ci bəndinin müddəalarını rəhbər tuturlar.

c)    Təmsil olunmuş dövlətin fikrincə onun nümayəndəsinin əvəz olunmasını zəruri edən müstəsna hallar meydana çıxdıqda - bu sonun- cu istefaya çıxmasını bəyan etməsə də, - həmin dövlət a) yarımbəndinin müddəalarına müvafiq olaraq hərəkət edir.

d)    Vətəndaşı İcraiyyə Şurasının üzvü olan üzv-dövlət Təşkilatın tərkibindən çıxdıqda həmin üzv göstərilən tərkibdən çıxmanın qüvvəyə mindiyi tarixdən öz səlahiyyətini itirir.

B. Funksiyaları

5.    a) İcraiyyə Şurası Baş konfransın gündəliyini hazırlayır. O, Təşkilatın iş proqramına və Baş direktorun VI maddənin 3-cü bəndinə əsasən ona təqdim etdiyi müvafiq büdcə smetalarına baxır və onları münasib bildiyi bütün tövsiyələri ilə birlikdə Baş konfransa təqdim sdir.

b)    İcraiyyə Şurası Baş konfransın səlahiyyətlərinə müvafiq hərəkət edərək, konfransın qəbul stdiyi proqramın yerinə yetirilməsi üçün onun qarşısında məsuliyyət daşıyır. İcraiyyə Şurası Baş konfransın qərarlarına əsasən və iki növbəti sessiya arasında baş verə bilən hallar nəzərə alınmaqla, Baş direktorun proqramını səmərəli və rasional şəkildə yerinə yetirməsi üçün bütün lazımi tədbirləri gorür.

c)    Şura Baş konfransın iki növbəti sessiyası arasındakı dövrdə Birləşmiş Millətlər Təşkilatı yanında IV maddənin 5-ci bəndində nəzərdə tutulan məsləhətçi funksiyasını – rəy istənilən məsələyə prinsipcə Konfransda baxılıbsa, yaxud məsələnin həlli Konfransın qərarlarından irəli gəlirsə, - yerinə yetirə bilər.

6.    İcraiyyə Şurası Təşkilata yeni üzvlərin qəbul edilməsi barədə Baş konfransa tövsiyələr təqdim edir.

7.    İcraiyyə Şurası Baş konfransın qərarlarına müvafiq olaraq, öz prosedura qaydalarını təsdiq edir. O, öz üzvləri arasından vəzifəli şəxslərini seçir.

8.    İcraiyyə Şurası növbəti sessiyalarına ən azı ildə iki dəfə toplaşır; Sədr öz təşəbbüsü və ya Şuranın altı üzvünün tələbi ilə onun növbədən kənar sessiyasını çağıra bilər.

9.    İcraiyyə Şurasının Sədri Şura adından Baş konfransın hər növbəti sessiyasına Təşkilatın fəaliyyəti barədə VI maddənin 3 v bəndinin müddəalarına müvafiq olaraq Baş direktor tərəfindən hazırlanmış məruzələr - öz qeydləri ilə, yaxud onlarsız - təqdim edir.

10.    İcraiyyə Şurası Şuranın fəaliyyət dairəsinə daxil olan məsələlərlə məşğul olan beynəlxalq təşkilatların nümayəndələri ilə və ya səlahiyyətli şəxslərlə məsləhətləşmə üçün bütün lazımi tədbirləri gorür.

11.    İcraiyyə Şurası Baş konfransın sessiyaları arasındakı dövrdə Təşkilatın fəaliyyəti çərçivəsində meydana çıxan Hüquqi məsələlər barəsində Bsynəlxalq Məhkəmənin rəyini istəyə bilər.

12.    İcraiyyə Şurasının üzvləri öz ölkələrinin hökumətlərinin nümayəndələri olsalar da, Baş konfransın bütün Konfrans adından onlara verdiyi səlahiyyətləri həyata keçirirlər.

VI maddə
Katiblik

1.    Katiblik Baş direktordan və zəruri sayılmış personaldan ibarətdir.

2.    Baş direktor onun namizədliyini İcraiyyə Şurasının irəli sürməsi ilə Baş konfrans tərəfindən, Konfransın bəyəndiyi şərtlərlə, altı il müddətinə təyin edilir. Baş direktor ikinci altı illik müddətə təyin edilə bilər; həmin müddət başa çatdıqda o, yenidən təyin sdilə bilməz. Baş direktor Təşkilatın əsas vəzifəli şəxsidir.

3.    a) Baş direktor və ya onun təyinatı ilə onu əvəz edən şəxs səsvermə hüququ olmadan Baş konfransın, İcraiyyə Şurasının və Təşkilatın komissiyalarının bütün iclaslarında iştirak edir. O, Konfransın və Şuranın qəbul edəcəyi tədbirlərə dair təklifləri xülasə edir və Təşkilatın iş proqramının layihəsini müvafiq büdcə smetaları ilə Şuraya təqdim etmək üçün hazırlayır.

b) Baş direktor Təşkilatın fəaliyyətinə dair vaxtaşırı məruzələr hazırlayır və üzv-dövlətlərə və İcraiyyə Şurasına göndərir. Bu məruzələrin məhz hansı fəaliyyət dövrlərini əhatə etməli olduğunu Baş konfrans müəyyən edir.

4.    Katibliyin personalını Baş konfransın təsdiq etdiyi personal haqqında Əsasnaməyə uyğun olaraq Baş direktor təyin edir. Personal mümkün qədər geniş coğrafi əsasda yığılır, lakin ondan ilk növbədə ən yüksək vicdanlılıq, işgüzarlıq və professional səriştə tələb olunur.

5.    Baş direktorun və personalın vəzifələri müstəsna olaraq, beynəlxalq xarakter daşıyır. Onlar vəzifələrini yerinə yetirərkən heç bir hökumətdən, yaxud Təşkilata aidiyyəti olmayan idarədən göstəriş istəməməli və almamalıdır. Onlar beynəlxalq vəzifəli şəxslər kimi, mövqelərinə təsir göstərə bilən hər hansı hərəkətdən çəkinməlidirlər. Təşkilatın hər bir üzv-dövləti Baş direktorun və Katiblik personalının funksiyalarının beynəlxalq xarakterinə hörmət etməyi öhdəsinə götürür və vəzifələrini icra edərkən onlara təsir göstərməyə cəhd etmir.

6.    Bu maddənin heç bir müddəası Təşkilatın Birləşmiş Millətlər Təşkilatı çərçivəsində müştərək xidmətlər yaratmaq və ümumi personal toplamaq, həmçinin personal mübadiləsi barədə xüsusi sazişlər bağlamasına mane olmur.

VII maddə
Əməkdaşlıq edən milli orqanlar (düzəlişə bax, səh. 629)

1.    Təşkilatın hər bir üzv-dövləti təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan mərkəzi idarələrinin - daha yaxşısı, hökumətin və xatırlanan idarələrin təmsil olunduğu milli komissiyalar yaratmaqla - Təşkilatın fəaliyyətinə cəlb edilməsinə dair öz konkret şəraitinə müvafiq tədbirlər görür.

2.    Milli komissiyaların və ya əməkdaşlıq edən milli orqanların mövcud olduğu ölkələrdə onlar ölkələrinin Baş konfransdakı nüma- yəndə heyəti və öz hökuməti yanında Təşkilata aid bütün məsələlərə dair məsləhətçi funksiyasını yerinə yetirir və Təşkilatı maraqlandıran bütün məsələlər üzrə əlaqə orqanı rolu oynayır.

3.    Təşkilat Katibliyin əməkdaşını üzv-dövlətin xahişi ilə həmin ölkənin milli komissiyasında birgə iş üçün müvəqqəti və ya daimi olaraq bu komissiyaya ezam edə bilər.

VIII maddə
Üzv-dövlətlərin məruzələr təqdim etməsi

Hər bir üzv-dövlət Təşkilata Baş konfransın müəyyən etdiyi müddətdə və formada idarələrinə və təhsil, elm və mədəniyyət sahəsində fəaliyyətinə aid qanunlar, əsasnamələr və statistik rəqəmlər, habelə, IV maddənin 4-cü bəndində xatırlanan tövsiyə və konvensiyaların yerinə yetirilməsi barədə məlumatların ehtiva olunduğu məruzələr təqdim edir.

IX maddə
Büdçə

1.    Təşkilat oz büdcəsini idarə edir.

2.    Baş konfrans büdcəni son şəkildə təsdiq edir və bu Nizamnamənin X maddəsinə əsasən Birləşmiş Millətlər Təşkilatı ilə bağlanacaq müvafiq sazişlə bərqərar edilə bilən müddəalara əməl olunması şərtilə, hər bir üzv-dövlətin maliyyə iştirakının payını müəyyən edir.

3.    Baş direktor maliyyə haqqında Əsasnamədə müəyyən edilmiş şərtlərlə hökumətlərdən, ictimai və xüsusi idarələrdən, təşkilatlardan və ayrı-ayrı şəxslərdən könüllü ödənişlər, ianələr, vəsiyyət edilmiş əmlak və subsidiyalar qəbul edə bilər.

X maddə
Birləşmiş Millətlər Təşkilatı ilə münasibətlər

Təşkilat Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 57-ci maddəsində nəzərdə tutulan ixtisaslaşdırılmış idarələrdən biri kimi, mümkün qədər qısa müddətdə Birləşmiş Millətlər Təşkilatı ilə əlaqə yaratmalıdır. Onların qarşılıqlı münasibətləri Birləşmiş Millətlər Təşkilatı ilə onun Nizamnaməsinin 63-cü maddəsinin müddəasına müvafiq olaraq bağlanacaq sazişlə müəyyən sdiləcəkdir. Həmin saziş bu Təşkilatın Baş konfrapsının təsdiqinə veriləcəkdir. O, hər iki təşkilatın ümumi məqsədlərə nail olmaqda səmərəli əməkdaşlığını təmin edəcəkdir. O, eyni zamanda, bu Təşkilatın hazırki Nizamnamədə müəyyən edilən xüsusi səlahiyyəti sahəsində muxtar xarakterini tanıyacaqdır. Bu saziş, o cümlədən bu Təşkilatın büdcəsinin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən təsdiq olunmasını və maliyyələşdirilməsini də nəzərdə tuta bilər.

XI    maddə
Digər ixtisaslaşdırılmış beynəlxalq təşkilat və idarələrlə qarşılıqlı əlaqələr

1.    Təşkilat vəzifələri və fəaliyyətləri onun məqsədlərinə uyğun gələn digər hökumətlərarası ixtisaslaşdırılmış təşkilatlar və idarələrlə əməkdaşlıq edə bilər. Bunun üçün Baş direktor İcraiyyə Şurasının icazəsi ilə göstərilən təşkilatlar və idarələrlə səmərəli işgüzar əlaqələrə girə və uğurlu əməkdaşlığı təmin etmək üçün qarışıq komissiyalar yarada bilər. Həmin ixtisaslaşdırılmış Təşkilat və ya idarələrlə bağlanan hər bir saziş İcraiyyə Şurasının təsdiqinə verilir.

2.    Baş konfrans və analoji məqsədlər izləyən hər hansı digər ixtisaslaşdırılmış hökumətlərarası təşkilat və ya idarələrin səlahiyyətli orqanları göstərilən təşkilatların, yaxud idarələrin vəsaitinin və ya funksiyalarının bu Təşkilata verilməsini lazım saydıqları hallarda Baş direktor Konfransın onları bəyənməsi şərtilə qarşılıqlı məqbul sazişlər bağlaya bilər.

3.    Təşkilat iclaslarda nümayəndəliyi qarşılıq əsasında təmin etmək üçün digər hökumətlərarası təşkilatlarla saziş üzrə lazımi tədbirlər görə bilər.

4.    Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı onun səlahiyyət dairəsinə daxil olan məsələlərlə məşqul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr təşkil etmək, habelə onlara konkret tapşırıqlar həvalə etmək üçün lazımi tədbirlər görə bilər. Bu əməkdaşlıq göstərilən təşkilatların nümayəndələrinin Baş konfransın yaratdığı məsləhət komitələrinin işində iştirakı ilə həyata keçirilə bilər.

XII    maddə
Təşkilatın hüquqi statusu

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin onun hüquqi statusuna, imtiyaz və immunitetlərinə dair 104 və 105-ci maddələrinin* müddəaları eyni ilə bu Təşkilata da şamil edilir.

XIII maddə

1.    Bu Nizamnaməyə düzəlişlərin layihələri onlar Baş konfransda səslərin üçdə ikisinin çoxluğu ilə qəbul edildikdən sonra qüvvəyə minir; həm də, Təşkilatın vəzifələrini köklü surətdə dəyişən və ya onun üzvlərinin üzərinə yeni öhdəliklər qoyan düzəlişlər qüvvəyə minməzdən əvvəl üzv-dövlətlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilməlidir. Düzəlişlərin layihələrinin mətni onların Baş konfransın müzakirəsinə çıxarılmasına ən azı altı ay qalmış Baş direktor tərəfindən üzv-dövlətlərə bildirilir.

2.    Baş konfrans bu maddənin müddəalarının həyata keçirilməsi qaydasını səslərin üçdə ikisinin çoxluğu ilə müəyyən edir.

XIV maddə
Yozumu

1.    Bu Nizamnamənin ingilis və fransız dillərindəki mətnləri eyni qüvvəyə malikdir.

2.    Bu Nizamnamənin yozumuna aid bütün məsələlər və mübahisələr həll edilmək üçün Baş konfransın Prosedura qaydalarına əsasən qəbul etdiyi qərardan asılı olaraq, ya Beynəlxalq Məhkəməyə, ya da münsiflər məhkəməsinə verilir.

XV maddə
Qüvvəyə minməsi

1.    Bu Nizamnamə üzv-dövlətlər tərəfindən qəbul edilməlidir. Qəbuletmə haqqında aktlar saxlanmaq üçün Birləşmiş Krallıq hökumətinə təhvil verilir.

2.    Bu Nizamnamə saxlanmaq üçün Birləşmiş Krallıq hökumətinin arxivinə təhvil verilir. Burada o, imzalanmaq üçün açıq qalır. İm- zalama qəbuletmə haqqında aktlar saxlanmağa təhvil veriləndən əvvəl və ya sonra ola bilər. Qəbuletmə yalnız ondan əvvəl, yaxud sonra im- zalama baş verdikdə etibarlıdır. Lakin Təşkilatdan çıxmış dövlətin yenidən onun üzvü olması üçün qəbuletmə haqqında yeni aktın saxlanması təhvil vsrilməsi kifayətdir.

3.    Bu Nizamnamə onu imzalamış iyirmi üzvün onu qəbul etməsi ilə qüvvəyə minir. Qəbuletmə haqqındakı sonrakı aktlar dərhal qüvvəyə minir.

4.    Boyük Krallıq hökuməti bundan əvvəlki bəndə uyğun olaraq, bütün qəbuletmə haqqında aktların alınmasını və bu Nizamnamənin qüvvəyə minmə tarixini Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə, həmçinin Baş direktora bildirir.

Bunun təsdiqi olaraq, lazımi qaydada müvəkkil edilmiş aşağıda imza edənlər bu Nizampaməni ingilis və fransız dillərində imzaladıq; həm də hər iki mətn eyni qüvvəyə malikdir.

16 noyabr 1945-ci ildə Londonda ingilis və fransız dillərində bir nüsxədə tərtib edildi. Lazımi qaydada təsdiq olunmuş surətləri Bir- ləşmiş Krallıq hökuməti tərəfindən Birləşmiş Millətlər Təşkilatının bütün üzv-dövlətlərinin hökumətlərinə göndəriləcəkdir.

 

*1. Aşağıdakı maddələrin müddəaları: II.2 (İcraiyyə Şurasının tovsiyəsi ilə BMT-nin üzvü olmayan yeni üzv-dövlətlərin qəbul edilməsi); II.3 (əməkdaş-üzvlərin qəbul ednlməsi); IV.4 (üzv-dövlətlərnn təqdir etməsinə təqdim olunmuş beynəlxalq konvensiyaların qəbul edilməsi); VI. 13 (qeyri-hökumət və ya yarım hökumət təşkilatların müşahidəçilərinin buraxılması); XIII. 1 (Nizamnaməyə düzəlişlər); XIII.2 (Nnzamnamədə düzəlişlər edilməsi prosedurasını müəyyən edən qaydaların qəbul edilməsi).
2. Baş konfransın Prossdura qaydalarının 81-ci maddəsinin 2-ci bəndinə bax.

*Maddə 104
Birləşmiş Millətlər Təşkilatı hər bir üzvünün ərazisində funksiyalarını yerinə yetirmək və məqsədlərinə nail olmaq üçün lazım ola bilən hüquq qabiliyyətindən istifadə edir.
Maddə 105
1)    Birləşmiş Millətlər Təşkilatı hər bir üzvünün ərazisində məqsədlərinə nail olmaq üçün lazım olan imtiyaz və immunitetlərdən istifadə edir.
2)    Təşkilat üzvlərinin nümayəndələri və onun vəzifəli şəxsləri də Təşkilatın fəaliyyəti ilə bağlı funksiyalarını müstəqil şəkildə yerinə yetirmələri üçün lazım olan imtnyaz və immunitetlərdən istifadə edirlər.
3)    Baş Məclis bu maddənin 1-ci və 2-cp bəndlərinin tətbnqinnn təfərrüatını müəyyənləşdirmək üçün tövsiyələr, həmçinin Təşkilat üzvlərinə bu məqsədlə konvensiyalar təklif edə bilər.

 

NİZAMNAMƏNİN IV MADDƏSİNİN 4-cü BƏNDİNİN ŞƏRTLƏRİNƏ MÜVAFİQ ÜZV-DÖVLƏTLƏRƏ TÖVSİYƏLƏRƏ VƏ BEYNƏLXALQ KONVENSİYALARA AİD PROSEDURA QAYDALARI'

Baş konfransın beşinci sessiyasında (1950-ci il) təsdiq edilmişdir; duzəlişlər yeddinci (1952-ci il) və on yeddinci (1972-ci il) sessiyalarda olunmuşdur.*

I.    PROSEDURA QAYDALARININ TƏTBİQ SAHƏSİ

Maddə I

Bu Prosedura qaydaları:

a)    ratifikasiya üçün üzv-dövlətlərə təqdim edilən beynəlxalq konvensiyaların;

b)    Baş konfransın hər hansı bir sahədə əsasında beynəlxalq qaydaların bərqərar edilməsi üçün rəhbər prinsiplər və normalar mü- əyyən etdiyi və xatırlanan prinsip və normaları baxılan məsələnin xarakterindən asılı olaraq və hər bir ayrıca ölkənin əsas qanunlarına müvafiq surətdə öz ərazisində həyata keçirmək üçün qanunvericilik qaydasında, yaxud qeyri qaydada tədbirlər görməsi üçün üzv-dövlətlərə təklif etdiyi tövsiyələrin Baş konfrans tərəfindən işlənib hazırlanmasına, baxılmasına və qəbul olunmasına aiddir.

II. HƏR HANSI BİR SAHƏDƏ BEYNƏLXALQ QAYDALARIN MÜƏYYƏN EDİLMƏSİNƏ AİD TƏKLİFLƏRİN BAŞ KONFRANSIN GÜNDƏLİYİNƏ DAXİL EDİLMƏSİ

Maddə 2

Hər hansı bir sahədə beynəlxalq konvensiya və ya tövsiyə yolu ilə beynəlxalq qaydaların tətbiqinə aid hər hansı bir təklif bu Qaydalara müvafiq olaraq, Baş konfransın ilkin gündəliyinə daxil edilməyibsə, Baş konfrans həmin təklifin müzakirəsinin məqsədəuyğunluğuna, yaxud məzmununa dair heç bir qərar qəbul etmir.

Maddə 3

Baş konfransın beynəlxalq konvensiya və ya üzv-dövlətlərə tövsiyə qəbul etməsi qaydasında hər hansı bir sahədə beynəlxalq qaydaların tətbiqinə dair heç bir yeni təklif Baş konfransın ilkin gündəliyinə salınmır, əgər:

a)    baxılan məsələnin texniki və hüquqi aspektlərinə dair ilkin tədqiqat ona qoşulmayıbsa;

b)    Baş konfransın sessiyasının açılmasına azı 90 gün qalmış ona İcraiyyə Şurasında qabaqcadan baxılmayıbsa.

Maddə 4

1.    İcraiyyə Şurası 3-cü maddədə göstərilən təkliflərə dair, onun fikrincə, zəruri olan bütün mülahizələrini Baş konfransa təqdim edir.

2.    Şura Katibliyə, ya bir, ya bir neçə ekspertə, yaxud ekspertlər komitəsinə barəsində yuxarıda göstərilən təkliflər sürülən məsələləri diqqətlə araşdırmağı və Baş konfransa təqdim olunmaq üçün məruzə tərtib etməyi tapşıra bilər.

Maddə 5

3-cü maddədə göstərilən təklif Baş konfransın ilkin gündəliyinə salındıqda Baş direktor Konfransın sessiyasının açılmasına azı 70 gün qalmış ilkin tədqiqatın təklifə qoşulan surətini, həmçinin İçraiyyə Şurasının bu təklifə dair rəyinin və qərarının surətini üzv-dövlətlərə göndərir.

III.    İRƏLİ SÜRÜLMÜŞ TƏKLİFLƏRİN BAŞ KONFRANSDA İLKİN MÜZAKİRƏ QAYDASI

Maddə 6

Konfrans barəsində təklif irəli sürülmüş məsələnin beynəlxalq qaydaların müəyyən edilməsi yolu ilə həll edilməli olub-olmadığını və cavab müsbət olduqda, bu sahədə nizamlamanın hansı səviyyədə mümkünlüyünü, həmçinin onun beynəlxalq konvsnsiya və ya üzv-dövlətlərə tövsiyə qaydasında həyata keçirilib-keçirilməməli olduqunu müəyyənləşdirir.

Maddə 7

1.    Lakin Baş konfrans 6-cı maddədə göstərilən qərarların qəbul edilməsini gələn sessiyaya qədər təxirə sala bilər.

2.    Bu halda o, Baş direktora Konfransın gələn sessiyasına barəsində təklif irəli sürülmüş məsələnin həyata keçirilmə üsulu haqqında beynəlxalq qaydaların müəyyən edilməsi yolu ilə nizamlamanın məqsədəuyğunluğuna və həmin məsələnin nə dərəcədə nizamlaşdırıla bilməsinə dair məruzə təqdim etməyi həvalə edə bilər.

3.    Baş direktorun məruzəsi Baş konfransın sessiyasının açılmasına 100 gün qalmışdan gec olmayaraq üzv-dövlətlərə göndərilir.

Maddə 8

Baş konfrans 6-cı və 7-ci maddələrdə xatırlanan qərarları adi səs çoxluğu ilə qəbul edir.

Maddə 9

Baş konfrans 6-cı maddədə xatırlanan qərarları qəbul etdiyi sessiyadan sonra gələn növbəti sessiyaya qədər konvsnsiya və ya tövsiyə layihəsinin qəbul edilməsi məsələsini səsə qoya bilməz.

IV.    BAŞ KONFRANSDA BAXILMAĞA BƏ TƏSDİQ EDİLMƏYƏ TƏQDİM OLUNMALI LAYİHƏLƏRİN HAZIRLANMASI

Maddə 10

1.    Baş konfransda 6-cı maddədə nəzərdə tutulan qərarlar qəbul edilərkon o, Baş direktora nizamlanmalı məsələ barəsində və təklif edilən tədbirlərin mümkün miqyası haqqında ilkin məruzə hazırlamağı həvalə edə bilər. İlkin məruzədə, şəraitdən asılı olaraq, konvensiya və ya tövsiyənin ilk layihəsi təklif oluna bilər. Üzv-dövlətlərə bu məruzəyə dair öz qeyd və mülahizələrini bildirmək təklif edilir.

2.    Baş dirsktorun məruzəsi Baş konfransın sessiyasının açılmasına azı 14 ay qalmış üzv-dövlətlərə göndərilir. Üzv-dövlətlər ilkin məruzəyə dair qeyd və mülahizələrini bu bənddə xatırlanan sessiyanın açılmasına azı 10 ay qalmışdan geç olmayaraq Baş direktora yollayır.

3.    Baş direktor təqdim olunmuş qeyd və mülahizələr əsasında mətnin bir və ya bir neçə layihəsini ehtiva edən son məruzəni hazır- layır. Bu məruzə Baş konfransın sessiyasının açılmasına 7 ay qalmışdan geç olmayaraq üzv-dövlətlərə göndərilir.

4.    Baş direktorun məruzəsi ya bilavasitə Baş konfransa, ya da, Baş konfrans müvafiq qərar çıxararsa, Baş konfransın sessiyasının açılmasına azı 4 ay qalmış çağırılan və texniki və hüquqi məsələlər üzrə üzv-dövlətlərin təyin etdikləri ekspertlərdən ibarət xüsusi komitəyə təqdim olunur.

5.    Sonuncu halda xüsusi komitə bəyəndiyi layihəni sonradan Baş konfransda baxılmaq üçün Baş konfransın sessiyasının açılmasına azı 70 gün qalmış üzv-dövlətlərə təqdim edir.

V.    LAYİHƏLƏRƏ BAŞ KONFRANSDA BAXILMASI VƏ ONLARIN TƏSDİQ EDİLMƏSİ

Maddə 11

Baş konfrans ona təqdim edilmiş mətnlərin layihələrini və onlara dair təklif olunmuş bütün düzəlişləri nəzərdən keçirir və müzakirə edir.

Maddə 12

1.    Konvensiyanı qəbul etmək üçün səslərin üçdə ikisinin çoxluğu lazımdır.

2.    Tövsiyəni qəbul etmək üçün adi səs çoxluğu kifayətdir.

M addə 13

Konvensiyanın layihəsi son səsvermədə 12-ci maddənin birinci bəndində tələb olunan səslərin üçdə iki çoxluğunu deyil, yalnız adi çoxluğunu qazanarsa, Konfrans konvensiyanın layihəsinin ya Konfransın sessiyası bağlanana qədər, ya da onun növbəti sessiyasında səsə qoyulmaqa təqdim sdilməli olan tövsiyə layihəsinə çevrilməsi barədə qərar qəbul edə bilər.

Maddə 14

Baş konfransın qəbul etdiyi hər hansı konvensiya və ya tövsiyə layihəsinin iki nüsxəsi əslinə müvafiq nüsxələr kimi Baş konfrans Sədrinin və Baş dirsktorun imzaları ilə təsdiq olunur.

M addə 15

Baş konfransda qəbul sdilmiş hər hansı konvensiya və ya tövsiyənin təsdiq olunmuş nüsxəsi mümkün qədər ən qısa müddətdə üzv-döv- lətlərə göndərilir ki, onlar Təşkilatın Nizamnaməsinin IV maddəsinin 4-cü bəndinə əsasən müvafiq konvensiyanı, yaxud tövsiyəni özlərinin səlahiyyətli hakimiyyət orqanlarının müzakirəsinə verə bilsinlər.

VI.    ÜZV-DÖVLƏTLƏRİNİN BAŞ KONFRANSIN QƏBUL ETDİYİ KONVENSİYA BƏ TÖVSİYƏLƏRİN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ YERİNƏ YETİRDİKLƏRİ TƏDBİRLƏR HAQQINDA MƏRUZƏLƏRİNİN TƏQDİM EDİLMƏ VƏ ONLARA BAXILMA QAYDASI

Maddə 16

1.    Üzv-dövlətlər Baş konfransa onun qəbul etdiyi konvensiya və tövsiyələrin həyata keçirilməsi üzrə yerinə yetirdikləri tədbirlər haqqında xüsusi məruzələr təqdim edirlər.

2.    Qəbul edilmiş hər hansı konvensiyaya və ya tövsiyəyə aid ilk xüsusi məruzələr Baş konfransın müvafiq konvensiya, yaxud tövsi- yənin qəbul edildiyi sessiyasından bilavasitə sonra gələn növbəti sessiyanın açılmasına azı iki ay qalmış təqdim edilir.

3.    Bundan başqa, Baş konfrans üzv-dövlətlərə müəyyən olunmuş müddətdə tələb edilən digər məlumatları ehtiva edən əlavə məru- zələrin təqdim olunmasını təklif edə bilər.

Maddə 17

Baş konfrans üzv-dövlətlərin məlum konvensiya və ya tövsiyə barəsində təqdim etdikləri xüsusi məruzələrə həmin konvensiya, yaxud tövsiyənin təsdiq edildiyi sessiyasından bilavasitə sonra gələn növbəti sessiyasında və Konfrans müvafiq qərar qəbul edərsə, sonrakı sessiyalarında baxır.

Maddə 18

Baş konfrans vaxtında saydığı hər dəfə üzv-dövlətlərin konvensiyanı və ya tövsiyəni həyata ksçirmək üçün gördükləri tədbirlərə dair onun rəyini ehtiva edən bir, yaxud bir neçə ümumi məruzə tərtib edir.

Maddə 19

Baş konfransın üzv-dövlətlərin konvensiyanı və ya tövsiyəni həyata keçirmək üçün gördükləri tədbirlərə dair məruzələri üzv-dövətlərə, Birləşmiş Millətlər Təşkilatına, Milli komissiyalara və Baş konfransın göstərdiyi hər hansı orqanlara göndərilir.

Maddə 20

Belə tədbir görülməsini doğruldan xüsusi hallar mövcud olduqda Baş konfrans ayrı-ayrı hallarda üçdə iki səs çoxluğu ilə bu Prosedura qaydalarının bir və ya bir neçə maddəsini müvəqqəti olaraq dayandırmaq haqqında qərar qəbul edə bilər. Lakin Konfrans bu Qaydaların 8-ci və 12-ci maddələrinin fəaliyyətini dayandıra bilməz.

Qeydlər

Birinçi. Həmçinin, Baş konfransın iyirminci sessiyasında qəbul edilmiş 32.1 saylı qətnaməyə bax. Orada, məsələn, aşağıdakılar deyilir:

Baş konfrans
on doqquzuncu sessiyasında qəbul etdiyi 6.112 saylı qətnaməsini, həmçinin İcraiyyə Şurasının 105-ci sessiyasında qəbul etdiyi 5.6.1 saylı qərarını xatırladaraq, 20 S/22 və Add., “Təşkilatın normativ fəaliyyəti: təkliflər və Baş direktorun və İcraiyyə Şurasının məruzəsi” sənədlərini oyrənərək,
YUNESKO-nun normativ fəaliyyətinin əhəmiyyətini qeyd edərək, göstərilən sənədlərdə ifadə edilmiş təkliflərin Təşkilatın normativ fəaliyyətini xeyli yaxşılaşdıra biləcəyini hesab edərək,

1. bununla əlaqədar qərara alır:

a)    hər hansı məsələni beynəlxalq konvensiya və ya üzv-dövlətlərə tövsiyə formasında beynəlxalq nizamlama məqsədilə ilkin tədqiqat aparılmasına dair hər hansı təklif Baş konfransda baxılmaqa təqdim sdilən qətnamə layihəsinin mövzusu olmalıdır;

b)    baxılan məsələnin xarakteri hesaba alınmaqla, bu qətnamə layihəsində ilkin tədqiqatın baxılacağı İcraiyyə Şurasının sessiyasına və ya nizamlamanın məqsədəuyğunluğu məsələsinin müzakirə ediləcəyi Baş konfransın sessiyasına aid olan müvafiq müddətlər nəzərdə tutulacaqdır; layihədə ilkin tədqiqatı hazırlamaq məqsədilə üzv-dövlətlərlə məsləhətləşmələr də nəzərdə tutula bilər;

c)    beynəlxalq konvensiya və ya tövsiyə deyil, qeyri normativ sənədin hazırlanması haqqında təkliflərdə hər bir ayrıca haldan, belə hazırlığın mərhələlərindən asılı olaraq müxtəlif müddətlər nəzərdə tutan qətnamə layihəsinin mövzusu olmalıdır; belə qətnamə layihəsində üzv-dövlətlərlə qabaqcadan məsləhətləşmə nəzərdə tutula bilər.

2.    […]

3.    Baş direktora Baş konfransın hər bir sessiyasına Təşkilatın normativ fəaliyyəti çərçivəsində aparılan, sonrakı mərhələləri müəyyənləşdirən işin gedişi haqqında və üzv-dövlətlərin hökumətlərinin YUNESKO-nun himayəsi ilə qəbul olunmuş normativ sənədlərdən istifadə etmələri barədə bütün məlumatı əhatə edən informasiya sənədi təqdim stməyi təklif edir.

4.    Qərara alır ki, İcraiyyə Şurasının üzv-dövlətlərin konvensiya və ya tövsiyələrin yerinə yetirilməsinə dair məruzələrinin öy- rənilməsinə məsul olan köməkçi orqanının məruzəsinə və İcraiyyə Şurasının həmin məruzə barədə şərhinə bu məruzələr plenar iclasda müzakirə edilənə qədər Baş konfransın proqramı üzrə komissiyalarda baxılacaqdır; həm də, onlardan hər biri öz səlahiyyətinə aid aktları öyrənəçəkdir
 (Bax: 20 S/Rezolюцii, str. 159-160).

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.