YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq qərara alıram:
1. “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 21 fevral tarixli 62 nömrəli Sərəncamında (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 3-4, maddə 48) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci bənddə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin;
1.2. 3-cü və 4-cü bəndlər qüvvədən düşmüş hesab edilsin.
2. “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 21 fevral tarixli 62 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. preambulanın altıncı abzasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin;
2.2. “Milli Komissiyanın tərkibi” hissəsinin birinci abzasının birinci cümləsi çıxarılsın və həmin abzasda “xarici işlər naziri” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin.
3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin:[1]
Komissiyanın sədri
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri
Komissiya sədrinin müavinləri
Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri[2]
Komissiyanın üzvləri
Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri
Novruz Məmmədov – Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Elmira Süleymanova – Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Hicran Hüseynova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Əsgər Ələkbərov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Zərifə Salahova – Azərbaycan Kitab Cəmiyyətinin sədri”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2005-ci il
№ 1006
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)
2. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
3. 10 mart 2015-ci il tarixli 1091 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 11 mart 2015-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 03, maddə 286)
4. 11 iyul 2016-cı il tarixli 2193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1282)
5. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə 3-cü bəndində «Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri» sözləri «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri» sözləri ilə, «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri» sözləri «Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri» sözləri ilə əvəz edilsin.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 3-cü hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.
10 mart 2015-ci il tarixli 1091 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 11 mart 2015-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 03, maddə 286) ilə 3-cü hissə yeni redaksiyada verilmişdir.
11 iyul 2016-cı il tarixli 2193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1282) ilə 3-cü hissəsinin “Komissiya sədrinin müavinləri” bölməsində “Əli Abbasov” sözləri “Ramin Quluzadə” sözləri ilə, “Komissiyanın üzvləri” bölməsində “Samir Nuriyev” sözləri “Əsgər Ələkbərov” sözləri ilə əvəz edilmişdir.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 3-cü hissəyə “rabitə” sözündən əvvəl “nəqliyyat,” sözü əlavə edilmişdir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.