YUNESKO-nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Konvensiya
YUNESKO-nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyasına, 1982-ci il dekabrın 3-də imzalanmış "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyaya dəyişikliklər haqqında Protokola və 1987-ci il mayın 28-də "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyaya qəbul edilmiş düzəlişlərə qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası YUNESKO-nun 1971-ci il fevralın 2-də Ramsar şəhərində imzalanmış "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq әhәmiyyәtli olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyasına, 1982-ci il dekabrın 3-də Paris şəhərində imzalanmış "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyaya dəyişikliklər haqqında Protokola və 1987-ci il mayın 28-də "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyaya qəbul edilmiş düzəlişlərə qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 18 iyul 2000-ci il
№ 911-IQ
Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında Konvensiya
(2 fevral 1971-ci il)
Razılığa gələn Tərəflər:
insan və onu əhatə edən ətraf mühitlə qarşılıqlı əlaqəsini anlayaraq, səciyyəvi fauna və flora, xüsusən də su quşlarının yaşaması üçün səciyyəvi olan yerlərin və sulu-bataqlıq yerlərin su rejiminin tənzimləyicisi kimi mövcud ekoloji funksiyasını nəzərə alaraq;
böyük iqtisadi, mədəni əhəmiyyətə malik olan əvəzolunmaz sulu-bataqlıq yerlərini bir mənbə kimi qəbul edərək;
insanın sulu-bataqlıq yerlərə hücumunun və onların indi və gələcəkdə itirilməsinin qarşısını almaq məqsədilə;
su quşlarının mövsümi miqrasiyaları zamanı dövlət sərhədlərini keçmələrini nəzərə alaraq onları beynəlxalq ehtiyat kimi qəbul etməklə;
sulu-bataqlıq yerlər, onların flora və faunasının mühafizəsinin beynəlxalq səylərlə əlaqələndirilmiş uzaqgörən milli siyasət vasitəsi ilə təmin olunmasına əmin olaraq
razılığa gəldilər:
Maddə 1
1. Bu Konvensiya sulu-bataqlıq yerlər adı altında bataqlıqlar, daimi və ya müvəqqəti, durğun yaxud axar, içməli, duzlaşmış yaxud şor, o cümlədən çəkilmə zamanı dərinliyi 6 metrdən çox olmayan dəniz su hövzələri kimi başa düşülür.
2. Bu Konvensiyada su quşları adı altında ekoloji cəhətdən sulu-bataqlıq yerlər ilə bağlı quşlar nəzərdə tutulur.
Maddə 2
1. Tərəflərdən hər biri öz ərazilərində Beynəlxalq əhəmiyyətli sulu-bataqlıq yerlər siyahısına daxil olunan, 8-ci maddəyə əsasən Büroda saxlanılan və sonradan Siyahı adlanan sulu-bataqlıq yerlərini təyin edir. Hər bir sulu-bataqlıq yerlərin sərhədləri dəqiqliklə göstərilməklə xəritəyə köçürülür ki, bunlara da sulu-bataqlıq sahələrə bitişik sahilyanı çay və dəniz zonaları və xüsusilə su quşlarının yaşayış yerləri kimi əhəmiyyətli olan sulu-bataqlıq sahələrin daxilində çəkilmə zamanı dərinliyi 6 metrdən çox olan adalar və ya su hövzələri daxil edilir.
2. Sulu-bataqlıq sahələri, ekologiya, botanika, zoologiya, limnologiya və hidrologiya baxımından onların beynəlxalq əhəmiyyəti nəzərə alınaraq siyahı üçün seçilmişdir.
İlk növbədə Siyahıya su quşlarının hər hansı mövsümdə yaşayış yerləri kimi beynəlxalq əhəmiyyətli sulu-bataqlıq sahələri daxil edilməlidir.
3. Sulu-bataqlıq sahəsinin Siyahıya daxil edilməsi kimin ərazisində yerləşməsindən asılı olmayaraq, Razılığa gələn Tərəfin suveren hüquqlarına heç də xələl gətirmir.
4. Razılığa gələn Tərəf bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya olunacaq sənəd saxlanmağa təhvil verilərkən, yaxud 9-cu Maddəyə uyğun olaraq birləşdirilərkən Siyahıya daxil etmək üçün ən azı bir sulu-bataqlıq sahəsini təyin edir.
5. Razılığa gələn hər bir Tərəf öz ərazisində yerləşən əlavə sulu-bataqlıq sahələri Siyahıya daxil edə bilər, Siyahıya artıq daxil etdiyi sulu-bataqlıq sahəni genişləndirə bilər və ya dövlət mənafeyi ilə əlaqədar onu Siyahıdan çıxara bilər və ya Siyahıya artıq daxil etdiyi sulu-bataqlıq sahələrin hüdudlarını ixtisar edə bilər və o, 8-ci maddəyə uyğun olaraq daimi fəaliyyət göstərən büronun vəzifələrini yerinə yetirməkdə məsuliyyət daşıyan ölkəni və ya dövləti hər hansı belə dəyişikliklər barədə xəbərdar edir.
6. Razılığa gələn hər bir Tərəf köçəri su quşlarının mühafizəsi, səmərəli istifadəsi və idarə olunması üçün ilkin siyahıların təyini, həm də öz ərazisində yerləşən və siyahıya daxil edilmiş sulu-bataqlıq sahələr üzrə Siyahının dəyişilməsi hüququndan istifadə edərkən öz beynəlxalq məsuliyyətini dərk edərək bunu rəhbər tutur.
Maddə 3
1. Razılığa gələn Tərəflər öz planlarını elə tərzdə təyin edir və həyata keçirirlər ki, bu, Siyahıya daxil edilmiş sulu-bataqlıq sahələrin mühafizəsinə, eləcə də öz ərazilərində yerləşən sulu-bataqlıq sahələrdən mümkün qədər səmərəli istifadə etməsinə imkan yaradır.
2. Razılığa gələn hər bir Tərəf elə əsasnamə ilə təmin edilir ki, bununla özü də mümkün qədər qısa müddətdə öz ərazisində yerləşən Siyahıya daxil edilmiş hər hansı bir sahənin texniki inkişaf, çirklənmə və ya insanın digər müdaxiləsi nəticəsində ekoloji mahiyyətinin artıq dəyişdiyi, dəyişməkdə olduğu, yaxud dəyişə biləcəyi hallarda yerlərdən məlumat alır.
Bu cür dəyişikliklər haqqında məlumat 8-ci maddəyə uyğun daimi fəaliyyət Bürosunun vəzifələrinə görə məsuliyyətli olan təşkilata və ya dövlətə dərhal çatdırılmalıdır.
Maddə 4
1. Razılığa gələn hər bir Tərəf Siyahıya daxil olub-olmamasından asılı olmayaraq, sulu-bataqlıq sahələrin və su quşlarının mühafizəsini təşkil etmək üçün həmin yerlərdə təbii qoruqlar yaradır və onlar üzərində lazımi nəzarəti təmin edir.
2. Razılığa gələn hər bir Tərəf dövlət mənafeyi ilə əlaqədar olaraq sulu-bataqlıq yerləri Siyahıdan çıxardığı və ya onların ərazisini azaltdığı hallarda o, mümkün qədər sulu-bataqlıq yerləri bununla əlaqədar itirilməsinə görə əvəzini ödəməli, xüsusən su quşları üçün əlavə təbii qoruqlar yaratmalı, onların ilkin yaşayış yerlərini kifayət qədər əhatə edən bu regionda və ya başqa yerdə ərazinin mühafizəsini təşkil etməlidir.
3. Razılığa gələn Tərəflər sulu-bataqlıq yerlərə, onların fauna və florasına dair tədqiqat və məlumatların və çap əsərlərinin mübadiləsini dəstəkləyir.
4. Tərəflər su quşlarının sayının artırılmasına sulu-bataqlıq ərazilərdən səmərəli istifadə vasitəsi ilə nail olmağa çalışırlar.
5. Razılığa gələn Tərəflər sulu-bataqlıq yerlərdə işləmək, tədqiqat aparmaq, eləcə də nəzarət üçün səlahiyyətli mütəxəssislərin hazırlanmasına yardımçı olurlar.
Maddə 5
Tərəflər bu Konvensiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar, xüsusən sulu-bataqlıq yerlər birdən çox tərəfin ərazisində yerləşdikdə və yaxud o yerdə su sistemi bir neçə tərəfin ərazisinə daxil olan hallarda bir-birləri ilə məsləhətləşir. Eyni zamanda onlar öz indiki və gələcək siyasətlərini və sulu-bataqlıq yerlərin, onların fauna və florasının mühafizəsinə dair qaydaları əlaqələndirirlər.
Maddə 6
1. Razılığa gələn Tərəflər ehtiyac duyulduqca sulu-bataqlıq yerlərin və su quşlarının mühafizəsinə dair konfrans çağırırlar.
2. Bu konfranslar məşvərətçi xarakter daşıyır və aşağıdakı məsələlər üzrə səlahiyyətlidir:
а) bu Konvensiyanın yerinə yetirilməsini müzakirə etmək;
б) Siyahıya əlavə və dəyişiklikləri müzakirə etmək;
в) Siyahıya daxil edilmiş sulu-bataqlıq yerlərin ekoloji xüsusiyyətində dəyişikliklər haqqında məlumatı nəzərdən keçirmək;
г) Razılığa gələn Tərəflərə sulu-bataqlıq yerlər, onların fauna və florasının mühafizəsi, idarəsi və səmərəli istifadəsinə dair ümumi və xüsusi məsləhətlər vermək;
д) müvafiq beynəlxalq orqanlara sulu-bataqlıq yerlər, əsasən beynəlxalq mahiyyətli hesabatların və statistik məlumatların hazırlanmasına dair müraciət etmək.
3. Razılığa gələn Tərəflər, sulu-bataqlıq sahələri üzrə idarəetməyə görə tam məsuliyyət daşıyanlar sulu-bataqlıq sahələrinin, onların flora və faunasının mühafizəsi, idarəsi və səmərəli istifadəsi üzrə belə konfransların tövsiyələrini nəzərə alsınlar və bu barədə məlumatları olsun.
Maddə 7
1. Razılığa gələn hər bir Tərəf belə konfranslarda öz təmsilçilərinin tərkibinə elə şəxslər daxil etməlidir ki, onlar elmi, idarəçilik və ya başqa müvafiq sahələrdə özlərinin əldə etdiyi bilik və təcrübələri ilə sulu-bataqlıq sahələr və ya su quşları üzrə mütəxəssis olsunlar.
2. Təmsil olunan Razılığa gələn hər Tərəf Konfransda bir səsə malikdir. Bununla belə, tövsiyələr adi səs çoxluğu ilə qəbul olunur, yaxud səsvermədə Razılığa gələn Tərəflərin ən azı yarısı iştirak etdikdə qəbul olunur.
Maddə 8
1. Əgər Razılığa gələn Tərəflərin üçdə ikisinin səs çoxluğu ilə başqa təşkilat və ya dövlət təyin edilmirsə, təbiətin və təbii ehtiyatların mühafizəsi üzrə Beynəlxalq İttifaq daimi fəaliyyət göstərən bu Konvensiya tərəfindən qoyulmuş Büro vəzifələrini yerinə yetirir.
2. Daimi fəaliyyət göstərən Büronun vəzifələri aşağıdakılardır:
а) 6-cı Maddədə göstərilən Konfransın çağırılması və təşkilinə yardımçı olmaq;
б) beynəlxalq əhəmiyyətli sulu-bataqlıq sahələrin Siyahısını qoruyub saxlamaq və 2-ci Maddənin 5-ci paraqrafında göstərildiyi kimi, Siyahıya daxil edilmiş sulu-bataqlıq sahələri üzrə əlavələr, genişlənmələr, çıxarışlar və ya məhdudiyyətlər barədə Razılığa gələn Tərəflərdən məlumatlar almaq;
в) 3-cü Maddənin 2-ci paraqrafında göstərildiyi kimi, Siyahıya daxil edilmiş sulu-bataqlıq sahələrinin ekoloji mahiyyətində hər hansı dəyişiklik haqqında Razılığa gələn Tərəflərdən məlumat almaq;
г) bütün Razılığa gələn Tərəfləri Siyahıda hər hansı dəyişikliklər haqqında xəbərdar etməli və növbəti Konfransda bu məsələlərin müzakirəsini təmin etməlidir;
д) müvafiq Razılığa gələn Tərəflərə Siyahıda və ya sulu-bataqlıq sahələrinin xarakterində belə dəyişikliklər haqqında xəbər vermək.
Maddə 9
1. Bu Konvensiya zamanca məhdudiyyətsiz imzalamaq üçün açılmışdır.
2. Birləşmiş Millətlər Təşkilatının hər hansı bir üzvü və ya onun xüsusiləşdirilmiş idarələrindən biri, yaxud atom energetikası üzrə Beynəlxalq Agentliyin üzvü olan ölkə və ya beynəlxalq Məhkəmə Statusu aşağıdakılar vasitəsilə bu Konvensiyanın üzvü ola bilər:
а) təsdiq etmək üzrə danışıqsız imzalamaq;
б) təsdiq ediləni sonradan təsdiqləmək üçün imzalamaq;
в) qoşulmaq.
3. Təsdiqləmə, yaxud qoşulma YUNESKO-nun Baş direktoruna (sonradan «Depozitari» adlanacaq) təsdiqləmə və ya qoşulmaq haqqında sənədlərin təhvil verilməsi vasitəsilə mümkün olur.
Maddə 10
1. Bu Konvensiya, 9-cu maddənin 2-ci paraqrafına uyğun olaraq, ən azı yeddi ölkə bu Konvensiyanın üzvü olduqdan dörd aydan sonra qüvvəyə minir.
2. Bu Konvensiya Razılığa gələn hər Tərəf üçün onun imzalandığı tarixdən dörd ay sonra təsdiqləmə cəhətdən qeyd-şərtsiz imzaladıqdan, yaxud da təsdiqləmə və ya qoşulma haqqında sənədlərin təhvil verilməsi anından qüvvəyə minir.
Maddə 11
1. Bu Konvensiya qeyri-məhdud müddətə bağlanır.
2. Razılığa gələn hər bir Tərəf Depozitarini yazılı surətdə xəbərdar edərək bu və ya digər Razılığa gələn Tərəf barəsində Konvensiyanın qüvvəyə minməsi anından 5 il keçdikdən sonra bu Konvensiyanı ləğv edə bilər.
Ləğvetmə Depozitari tərəfindən bildirişin alındığı tarixdən dörd ay sonra qüvvəyə minir.
Maddə 12
1. Depozitari bu Konvensiyaya qoşulmuş və ya onu imzalamış dövlətlərə aşağıdakılar barədə bacardığı qədər tez məlumat verməlidir:
а) bu Konvensiyanın imzalanması;
б) bu Konvensiyanın təsdiq edilməsi barədə sənədlərin təhvili;
в) bu Konvensiyaya qoşulmaq barədə sənədlərin təhvili;
г) bu Konvensiyanın qüvvəyə minməsi tarixi;
д) bu Konvensiyanın ləğv edilməsi haqqında bildirişlər.
Bütün bunları təsdiqləyərək, aşağıda imza edənlər tam səlahiyyətli olaraq bu Konvensiyanı imzaladılar.
Ramsara şəhərində 1971-ci il fevralın 2-də bir nüsxədə, ingilis, fransız, alman və rus dillərində icra olunmuşdur və Depozitariyə təhvil verilmişdir.
Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olansulu-bataqlıq yerlər haqqında Konvensiyaya dəyişikliklər haqqında
PROTOKOL
(3 dekabr 1982-ci il)
Razılığa gələn Tərəflər:
Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu bataqlıq yerlər haqqında Ramsarda 2 fevral 1971-ci ildə qəbul edilmiş Konvensiyanı (bundan sonra «Konvensiya» adlandırılacaq) daha səmərəli yerinə yetirmək üçün hesab edirlər ki, Razılığa gələn Tərəflərin sayını artırmaq lazımdır,
başqa dillərdə etibarlı mətnlərin əlavə edilməsinin ölkələrin Konvensiyada daha yaxından iştirak etməsinə zəmin yaradacağını dərk edərək,
Konvensiyanın mətni onun dəyişdirilməsini nəzərdə tutmadığına görə lazım gəldikdə mətnə əlavələr etməyin qeyri-mümkün olduğunu nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Aşağıdakı maddə Konvensiyanın 10-cu və 11-ci maddələri arasına daxil edilsin:
1. Bu Konvensiyaya düzəlişlər, bu məqsədlə və hazırkı maddəyə uyğun olaraq Razılığa gələn Tərəflərdən Konfransda qəbul edilir.
2. Razılığa gələn hər bir Tərəf düzəlişlər haqqında təkliflər irəli sürə bilər.
3. Təklif olunan hər hansı düzəlişin mətni və onun əsaslandırılması sonradan «Büro» adlanacaq və daimi fəaliyyət göstərən Büronun vəzifələrini yerinə yetirən təşkilatın və ya dövlətin nəzərinə çatdırılır. Büro təklif olunan düzəlişin mətnini dərhal Razılığa gələn Tərəflərə çatdırır ki, onlar da Büronun aldığı bildirişin tarixindən üç ay ərzində mətnə dair öz rəylərini Büroya göndərirlər. Rəylərin göndərilməsinə ayrılmış vaxt bitdikdə Büro Razılığa gələn Tərəflərə dərhal bu tarixə qədər olan bütün qeydləri təqdim edir.
4. Büro 3-cü bəndə uyğun olaraq daxil olunmuş düzəlişlərin müzakirəsi üçün Razılığa gələn Tərəflərin üçdə birinin yazılı xahişi əsasında Razılığa gələn Tərəflərin iclasını çağırır. Büro, iclasın keçirilmə tarixi və yeri barədə əlaqədar tərəflərlə məsləhətləşmələr keçirir.
5. Düzəlişlər iclasda və səsvermədə iştirak edən Razılığa gələn Tərəflərin üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul edilir.
6. Razılığa gələn Tərəflərin qəbul etdiyi düzəliş Razılığa gələn Tərəflərin üçdə ikisinin qəbul etmə haqqında Aktının Depozitariyə təhvil verilməsindən sonrakı dördüncü ayın birinci günü onlar üçün qüvvəyə minir.
Ləğvetmə Aktı tarixindən sonra qəbul etmə Aktını təhvil vermiş Razılığa gələn Tərəflər üçün düzəliş onun qəbul etmə aktının təhvil vermə tarixinin dördüncü ayının birinci günü qüvvəyə minir.
Maddə 2
Konvensiyanın 12-ci Maddəsindən sonra gələn müddəadakı «Hər hansı ziddiyyət duyulduğu təqdirdə ingilis dilindəki mətn əsas götürülür» sözləri «Bütün mətnlər eyni dərəcədə etibarlıdır» sözləri ilə əvəz edilir.
Maddə 3
Konvensiyanın fransız dilindəki əsli bu Protokola əlavədə dəqiqləşdirilmiş redaksiyada verilir.
Maddə 4
Bu Protokol imzalanmaqdan ötrü YUNESKO-nun Parisdəki qərargahında 1982-ci il dekabırın 3-dən açıqdır.
Maddə 5
1. Konvensiyanın 9-cu Maddəsinin 2-ci paraqrafında göstərilən hər hansı dövlət aşağıdakılar vasitəsilə Konvensiyanın iştirakçısı ola bilər:
а) təsdiq etmək, qəbul üçün danışıqsız imzalamaqla;
б) təsdiq edilməsi, qəbul edilməsi sonradan təsdiqləmək, qəbul edilmək üçün imzalamaq;
в) qoşulmaqla.
2. Təsdiqetmə, yaxud qoşulma YUNESKO-nun Baş direktoruna (sonradan «Depozitari» adlanacaq) təsdiqləmə və ya qəbul etmə, haqqında sənədlərin təhvil verilməsi vasitəsilə qüvvəyə minir.
3. Əgər imzalama zamanı və ya Konvensiyanın 9-cu Maddəsinə uyğun olaraq sənədin saxlanmağa verilməsi anında başqa fikir irəli sürmürsə Konvensiyanın Razılığa gələn Tərəfi olan hər hansı dövlət bu Protokolun qüvvəyə minməsindən sonra Konvensiyanın tərəfi sayılır.
4. Hər hansı bir dövlət əvvəllər Konvensiyanın Razılığa gələn Tərəfi olmayıbsa, həmin ölkə üçün bu Protokol qüvvəyə mindiyi tarixdən bu Protokol vasitəsi ilə dəyişdirilmiş Konvensiyanın iştirakçısı sayılır.
Maddə 6
1. Bu Protokol dördüncü ayın birinci günü, yəni Konvensiyanın Razılığa gələn Tərəflərinin üçdə ikisinin bu protokolun imzalanması gününə onu danışıqsız imzaladıqdan və ya təsdiq etdikdən sonra qüvvəyə minir.
2. 5-ci maddənin 1 və 2 paraqraflarında təyin olunduğu kimi, bu Protokola görə Razılığa gələn Tərəf olmuş hər hansı bir ölkə üçün bu Protokol təsdiq etmə, qəbul etmə və ya ona qoşulma haqqında qeyd-şərtsiz imzaladığı gündən etibarən qüvvəyə minir.
3. 5-ci maddənin 1 və 2 paraqraflarında təyin olunduğu kimi, bu Protokola görə Razılığa gələn Tərəf olmuş hər hansı bir ölkə üçün bu Protokolu imzalamaq üçün açılmış tarixlə onun qüvvəyə minməsi tarixi arasındakı müddət ərzində Protokol bu maddənin 1 paraqrafında göstərildiyi tarixdən qüvvəyə minir.
Maddə 7
1. Bu Protokolun əslləri ingilis və fransız dillərindədir ki, hər iki mətn eyni dərəcədə etibarlıdır və Depozitariyə saxlanmaq üçün verilir.
Bu əsllərin təsdiqlənmiş nüsxələrini Depozitari bu Protokolu imzalamış və ya ona qoşulmaq haqqında sənəd təhvil vermiş bütün ölkələrə göndərir.
2. Depozitari Konvensiyanın Sazişə girmiş bütün Tərəfləri və bu Protokolu imzalamış və ya ona qoşulmaq haqqında sənəd təhvil vermiş ölkələri aşağıdakılar barədə ən qısa müddətdə xəbərdar edir:
а) bu Protokolun ölkələr tərəfindən imzalanması barədə;
б) bu Protokolun qəbulu, təsdiqi və ya ratifikasiyası barədə sənədlərin təhvili haqqında;
в) bu Protokola qoşulmaq barədə sənədlərin təhvili haqqında;
г) bu Protokolun qüvvəyə minməsi tarixi haqqında.
3. Bu Protokol qüvvəyə mindiyi anda Depozitari onu BMT-nin Nizamnaməsinin 102-ci Maddəsinə uyğun olaraq onun Katibliyində qeydiyyatdan keçirəcək.
Bunu təsdiq edərək, səlahiyyəti olanlar bu Protokolu imzalayırlar.
1982-ci il dekabrın 3-də Parisdə icra edilib.
Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında Konvensiyaya qəbul edilmiş
DÜZƏLİŞLƏR
Razılığa gələn tərəflərin Konfransında (28 may 1987-ci il) qəbul edilmiş 6-cı və 7-ci maddələr əlavələrlə
Maddə 6
1. Bununla Razılığa gələn Tərəflər bu Konvensiyanın yerinə yetirilməsini müzakirə etmək və ona yardım etmək məqsədi ilə Konfrans təsis edilir. 8-ci Maddənin 1-ci bəndində qeyd edilən Büro, Konfransın qəbul etdiyi başqa qərar müstəsna təşkil edildiyi hallar çıxılmaqla üç ildən çox olmamaq şərti ilə Razılığa gələn Tərəflərin Konfransını çağırır. Növbədənkənar sessiyalar isə sazişə girmiş Tərəflərin ən azı üçdə ikisinin yazılı xahişi üzrə çağırılır. Razılığa gələn Tərəflərin Konfransının hər növbəti sessiyasında gələcək sessiyanın vaxtı və yeri təyin olunur.
2. Razılığa gələn Tərəflərin Konfransı aşağıdakılar üzrə səlahiyyətə malikdir:
а) bu Konvensiyanın yerinə yetirilməsini müzakirə etmək;
б) Siyahıya əlavələr və onda dəyişiklikləri müzakirə etmək;
в) 3-cü maddənin 2-ci bəndinə uyğun olaraq Siyahıya daxil edilmiş sulu-bataqlıq sahələrin ekoloji mahiyyətində dəyişikliklər haqqında məlumatı müzakirə etmək;
г) Razılığa gələn Tərəflərə sulu-bataqlıq sahələrinin, onların fauna və florasının mühafizəsi, idarəsi və səmərəli istifadəsinə dair ümumi və xüsusi tövsiyələr vermək;
ғ) əsas etibarı ilə beynəlxalq mahiyyət daşıyan və sulu-bataqlıq sahələrinə aid hesabat və statistik məlumatların hazırlanması haqqında müvafiq beynəlxalq orqanlara müraciət etmək;
д) bu Konvensiyanın həyata keçirilməsi məqsədi ilə digər tövsiyələr və qətnamələr qəbul etmək.
3. Razılığa gələn Tərəflər, bütün səviyyələrdə olan sulu-bataqlıq sahələrinin idarəsinə görə məsuliyyət daşıyanların hamısı xəbərdar olsunlar və belə Konfransların sulu-bataqlıq sahələr və onların fauna və florasının mühafizəsi, idarəsi və səmərəli istifadəsi barədə tövsiyələrini nəzərə alsınlar.
4. Razılığa gələn Tərəflərin Konfransı özünün hər sessiyasının keçirilmə qaydalarını təsdiq edir.
5. Razılığa gələn Tərəflərin Konfransları bu Konvensiyanın maliyyəsi barədə Əsasnamə haqqında xülasələr qəbul edir və həyata keçirir. Onun növbəti sessiyalarının sonunda iştirak edənlərin və Razılığa gələn Tərəflərin səsvermədə iştirak edənlərinin üçdə ikisinin çoxluğu tərəfindən növbəti maliyyə müddəti üçün büdcəni təsdiq edir.
6. Razılığa gələn hər bir Tərəf, Konfransın növbəti sessiyasında iştirak edənlərin və Razılığa gələn Tərəflərin səsvermədə iştirak edənlərin üçdə ikisinin çoxluğu tərəfindən qəbul edilmiş üzvlük haqqı cədvəli üzrə üzvlük haqqı ödəyir.
Maddə 7
1. Razılığa gələn hər bir Tərəf belə Konfranslarda iştirak etmək üçün öz nümayəndə heyətlərinin tərkibinə elə şəxsləri daxil etməlidir ki, onlar öz elmi, idarəçilik və ya digər sahələrdə əldə etmiş olduqları bilik və bacarıqları ilə sulu-bataqlıq sahələri və ya su quşları üzrə mütəxəssis olsunlar.
2. Konfransda təmsil olunan Razılığa gələn hər bir Tərəf bir səsə malikdir. Belə ki, tövsiyələr, qətnamələr və qərarlar bu Konvensiyada təyin olunmuş xüsusi hallar istisna olmaq şərti ilə orada iştirak edənlərin və səsvermədə iştirak edənlərin adi səs çoxluğu ilə həyata keçirilir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.