“YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə ” Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr tarixli 134- IIIQ nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında ” Konvensiyasının təsdiq edilməsi barədə ” Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr tarixli 134-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il 17 oktyabr tarixli Konvensiyasının 13-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisində olan qeyri-maddi mədəni irsin qorunması üzrə səlahiyyətli orqan barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. öz səlahiyyətləri daxilində “YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə ” Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr tarixli 134-IIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2006-cı il
№ 1798
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.