Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında Konvensiya
Azərbaycan Respublikasının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında Konvensiyasına qoşulması barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərar alır:
I. Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 1971-ci il oktyabrın 29-da Cenevrə şəhərində imzalanmış Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında Konvensiyasına qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 16 fevral 2001-ci il
№ 79-IIQ
Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qeyri-qanuni surətlərinin çıxarılmasından qorunmasına dair Konvensiya
(29 oktyabr 1971-ci ildə Cenevrədə icra edildi)
Qeyri rəsmi tərcümə
İştirakçı - dövlətlər fonoqramların qeyri-qanuni surətlərinin yayılmasının getdikcə çoxalmasından və bunun nəticəsində müəlliflərin, artistlərin-ifaçıların və fonoqram istehsalçılarının mənafelərinə vurulan zərərdən narahat olaraq;
fonoqram istehsalçılarının mənafelərinin bu cür aktlardan qorunmasının, həmçinin göstərilən fonoqramlarda ifaları və əsərləri yazılmış artistlərin- ifaçıların və müəlliflərin mənafelərinə cavab verəcəyinə əmin olaraq;
bu sahədə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının gördükləri işin yüksək qiymətini təsdiq edərək;
Qüvvədə olan beynəlxalq konvensiyalara heç bir zərərin vurulmasına, məsələn, fonoqram istehsalçılara ilə artistlərin-ifaçıların və radioyayım orqanlarının mənafelərinin qorunmasını təmin edən 26 oktyabr 1961-ci il tarixli Roma Konvensiyasının daha geniş qəbul olunmasına heç bir şəkildə maneçilik edilməsinə çalışaraq;
Aşağıdakılar barədə razılığa gəldilər.
Maddə 1
Bu Konvensiyanın məqsədləri üçün aşağıdakıları başa düşmək lazımdır:
a) fonoqram - səslərin hər hansı ancaq səsli yazılışıdır;
b) fonoqram istehsalçısı - səslərin fonoqramlarda ilk olaraq yazan fiziki və ya hüquqi şəxsdir;
c) surət - bilavasitə və dolayı yolla fonoqramdan yazılan səslərə malik olan və həmin fonoqramda yazılmış bütün səsləri, yaxud onların böyük bir hissəsini özünə daxil edən daşıyıcıdır;
d) camaat arasında yayılma - hər hansı bir aktdır ki, bunun da köməyi ilə surətlər bilavasitə və ya dolayısı ilə bütövlükdə, yaxud onun hər hansı hissəsi camaata təklif olunur.
Maddə 2
Hər bir iştirakçı - dövlət başqa iştirakçı-dövlətlərin vətəndaşları olan fonoqram istehsalçının razılığı olmadan fonoqramların surətini çıxarılmasından və həmin surətlərin çıxarılması və ya gətirilməsi camaat yaymaq məqsədi ilə həyata keçirildikdə, hər dəfə belə surətlərin gətirilməsindən, həmçinin bu surətlərin camaat arasında yayılmasından qorumağı öhdəsinə götürür.
Maddə 3
Hər bir iştirakçı - dövlətin milli qanunvericiliyi üçün bu Konvensiyanın təsdiq edilməsinin vasitəsi kimi hüquqi tədbirləri müəyyən etmək ixtiyarı saxlanılır ki, bunların da hər birinə aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi daxil olur; müəlliflik hüququ və ya digər xüsusi hüququn verilməsi vasitəsi ilə qorunma; haqsız rəqabətə aid qanunvericilik vasitəsi ilə qorunma; cinayət sanksiyaları vasitəsi ilə qorunma.
Maddə 4
Hər bir iştirakçı - dövlətin milli qanunvericiliyi üçün təqdim olunan qorunmanın fəaliyyət müddətini müəyyən etmək hüququ saxlanılır. Lakin əgər milli qanunvericilik müəyyən qorunma müddətini nəzərdə tutursa, onda bu müddət, ya fonoqramın ilk dəfə yazıldığı ilin sonundan başlayaraq, ya da onun ilk dəfə dərc olunduğu ilin sonundan başlayaraq iyirmi ildən az ola bilməz.
Maddə 5
İştirakçı - dövlətlərdən birinin, öz milli qanunvericiliyinə müvafiq olaraq, şərtlər qismində fonoqram istehsalçılarının mənafelərinin qorunmasını təmin edən rəsmiyyətçiliyin yerinə yetirilməsini tələb etdiyi halda, əgər camaat arasında yayılmış icazəsi olan bütün fonoqram surətlərində və ya onların qablaşdırılmasında həmin fonoqramın qorunma altında olduğu aydın görünən və ilk dərc olunma ili aydın şəkildə qoyulan P simvolu şəklində yazı vardırsa, onda bu rəsmiyyətçilik yerinə yetirilmiş hesab edilir. Əgər surətlər və ya onların qablaşdırılması fonoqramların istehsalçısını, onun hüquqi varisini və ya lisenziya sahibini onun soyadı, markası, yaxud digər müvafiq işarəsinin göstərilməsi yolu ilə müəyyən etmirsə, onda yazıya həmçinin istehsalçının, onun hüquqi varisinin və ya müstəsna lisenziya sahibinin soyadı daxil edilməlidir.
Maddə 6
Müəlliflik hüququnun və ya başqa xüsusi hüququn təqdim olunması, yaxud cinayət sanksiyalarının tətbiq edilməsi yolu ilə qorunmanı təmin edən hər bir iştirakçı - dövlət özünün milli qanunvericiliyində fonoqram istehsalçılarının mənafelərinin qorunmasına aid, ədəbi və bədii əsərlərin müəlliflərinin mənafelərinin qorunmasında yol verilən xarakterli məhdudiyyətlər nəzərdə tuta bilər. Lakin məcburi lisenziyalar yalnız aşağıdakı bütün şərtlər təmin olunduqdan sonra nəzərdə tutula bilər:
a) ancaq təhsildə və ya elmi - tədqiqatlarda istifadə olunması üçün nəzərdə tutulmuş surətlərin çıxarılması;
b) iştirakçı - dövlətin səlahiyyətli orqanlarının verdikləri lisenziyalar yalnız həmin dövlətin ərazisində surətçıxarma üçün qüvvədədir və surətlərin ixracı üçün şamil edilməyəcəkdir.
c) lisenziya əsasında surətçıxarma ədalətli mükafatlandırma ilə nəticələnir ki, bu da, başqa göstəricilərlə yanaşı, çıxarılacaq surətlərin sayının nəzərə alınması ilə göstərilən orqanlar tərəfindən müəyyən edilir.
Maddə 7
1) Bu Konvensiya heç cürə milli qanunvericilik və beynəlxalq konvensiyalar tərəfindən müəlliflərin, artistlərin-ifaçıların, fonoqram istehsalçılarının və ya radio yayımı orqanlarının mənafelərinin təqdim edilən qorunmanın məhdudlaşdırılması, yaxud ona zərər vurulması kimi başa düşülə bilməz.
2) Hər bir iştirakçı - dövlətin milli qanunvericiliyi lazım olduqda çıxışları fonoqrama yazılmış artistlərin - ifaçıların mənafelərinin qorunmasının fəaliyyət sahəsini, həmçinin bu cür qorunmadan istifadəetmə şərtlərini müəyyən edir.
3) Heç bir iştirakçı - dövlət bu Konvensiyanın müddəalarını həmin dövlətin ərazisində bu Konvensiyanın qüvvəyə minməsinə qədər yazılmış fonoqramlara aid yerinə yetirməyə borclu deyildir.
4) Fonoqram istehsalçılarının mənafelərinin qorunmasının milli qanunvericiliyi 29 oktyabr 1971-ci ilə qədər yalnız ilkin yazılış yeri əsasında təqdim edən hər bir iştirakçı-dövlət, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktorunda deponentə qoyulmuş bildiriş yolu ilə xəbər verə bilər ki, o, bu kriteriyam istehsalçının vətəndaşlığı kriteriyası əvəzində tətbiq edəcəkdir.
Maddə 8
1) Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu fonoqramların qorunmasına aid informasiyanı toplayır və dərc edir. Hər bir iştirakçı-dövlət bu məsələyə dair bütün yeni qanunları və rəsmi mətnləri təxirə salmadan Beynəlxalq Büroya xəbər verir.
2) Beynəlxalq Büro hər hansı iştirakçı - dövlətə, onu xahişi ilə bu Konvensiyaya dair məsələlər üzrə informasiya təqdim edir, həmçinin tədqiqatlar aparır və qorunmanın həyata keçirilməsinin asanlaşdırılması məqsədi ilə, bu Konvensiyanın nəzərdə tutduğu xidmətlə təmin edir.
3) Beynəlxalq Büro təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Əmək təşkilatı ilə onların səlahiyyətlərinə dair məsələlərdə əməkdaşlıq etməklə əvvəlki 1-ci və 2-ci bəndlərdə şərh olunan funksiyaları yerinə yetirir.
Maddə 9
1) Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə deponentə qoyulur. O, 30 aprel 1972-ci ilə qədər Birləşmiş Millətlər Təşkilatının, Birləşmiş Millətlər Təşkilatı ilə əlaqəli olan ixtisaslaşdırılmış təşkilatlardan birinin və ya Atom enerjisi üzrə Beynəlxalq Agentliyinin, yaxud Beynəlxalq Məhkəmə statusuna malik tərəfin üzvü olan hər hansı dövlət tərəfindən imzalanması üçün açıq qalın.
2) Bu Konvensiya onu imzalamış ölkələr tərəfindən ratifikasiya olunmalı və ya qəbul edilməlidir. O, bu maddənin 1-ci bəndində göstərilən hər hansı bir dövlətin ona qoşulması üçün açıqdır.
3) Ratifikasiya, qəbul edilmə və ya qoşulma haqqında aktlar Birləşmiş Millətlər Təşkilatının Baş Katibində deponentə qoyulur.
4) Nəzərdə tutulur ki, dövlətin bu Konvensiya ilə bağlılığı başlandığı məqamda özünün milli qanunvericiliyinə müvafiq olaraq bu Konvensiyanın müddəalarım yerinə yetirməyə qadir olmalıdır.
Maddə 10
Bu Konvensiyaya dair heç bir düzəlişə yol verilmir.
Maddə 11
1) Bu Konvensiya ratifikasiya, qəbul edilmə və ya qoşulmanın beşinci aktının deponentindən üç ay soma qüvvəyə minir.
2) Bu Konvensiyanı ratifikasiya, qəbul edilmə və ya qoşulmanın beşinci aktının deponentindən soma onu ratifikasiyadan, yaxud qəbul edən və ya ona qoşulan hər bir dövlət üçün bu Konvensiya, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun, bu dövlət tərəfindən müvafiq aktın 13-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq deponentlənməsi haqqında bildirişi tarixindən üç ay sonra qüvvəyə minir.
3) Hər bir dövlət ratifikasiya, qəbul etmə və ya qoşulma məqamında, yaxud sonrakı hər hansı vaxtda Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməklə bəyan edilə bilər ki, onun beynəlxalq münasibətləri təmin etdiyi bütün ölkələrdə və ya onun hər bir hissəsində bu Konvensiya tətbiq oluna bilər. Bu bildiriş onun alındığı tarixdən üç ay sonra qüvvəyə minir.
4) Lakin əvvəlki bənd heç cürə belə başa düşməməlidir ki, göstərilən bəndlə əlaqədar bu Konvensiyanın başqa iştirakçı-dövlət tərəfindən yayıldığı hər hansı ərazidəki faktiki vəziyyət hər hansı bir iştirakçı-dövlət tərəfindən dinməz-söyləməz tanınır və qəbul edilir.
Maddə 12
1) Hər bir iştirakçı-dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə yazılı bildiriş göndərməklə ya öz adından, ya hər hansı bir ərazi, yaxud 11-ci maddənin 3-cü bəndində göstərilən bütün ərazilərin adından bu Konvensiyanı ləğv etmək hüququna malikdir.
2) Ləğvetmə əvvəlki bənddə göstərilən bildirişin Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən alınması tarixindən on iki ay sonra qüvvəyə minir.
Maddə 13
1) Bu Konvensiya ingilis, ispan, rus və fransız dillərində bir nüsxədə imzalanır, həm də bütün dörd mətnlər bərabər qüvvəyə malikdir.
2) Rəsmi tərcümələr marağı olan hökumətlər ilə məsləhətləşmələrdən sonra Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru tərəfindən ərəb, holland, italyan, alman və portuqal dillərində təmin ediləcəkdir.
3) Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunu, Birləşmiş Millətlər Təşkilatının təhsil. Elm, və mədəniyyət məsələləri üzrə Baş direktorunu və Beynəlxalq Əmək Bürosunun Baş direktorunu aşağıdakılar haqqında xəbərdar edir:
a) bu Konvensiyanı imzalanmış dövlətlər barəsində;
b) ratifikasiya, qəbuledilmə və ya qoşulma aktlarının deponenti haqqında;
c) bu Konvensiyanın qüvvəyə minməsi tarixi haqqında;
d) 11-ci maddənin 3-cü bəndinə müvafiq olaraq bildiriş göstərilmiş hər hansı ərizə barəsində;
e) ləğvetmə barəsində alınmış bildiriş haqqında.
4) Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru 9-cu maddənin 1-ci bəndində göstərilən dövlətlərə bundan əvvəlki bəndin tətbiqi ilə bağlı alınmış bildirişlər haqqında xəbər göndərir. O, həmçinin göstərilən bəyanatlar haqqında Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə Baş direktoruna və Beynəlxalq Əmək Bürosuna Baş direktoruna xəbər verir.
5) Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu Konvensiyanı müvafiq qaydada təsdiqlənmiş iki nüsxəsini 9-cu maddənin 1-ci bəndinə uyğun olaraq bütün dövlətlərə göndərir.
Lazımi qaydada səlahiyyətlər verilmiş aşağıdakı imza edənlər bunları təsdiq edərək bu Konvensiyanı imzaladılar.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.