Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı 2019-cu il martın 27-də Paris şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə YUNESKO-ya bildiriş göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2019-cu il.
№ 656
Azərbaycan Respublikasının Hökuməti və Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı
SAZİŞ
(Azərbaycan Respublikası, Bakı şəhəri, 30 iyun - 10 iyul 2019-cu il)
Bundan sonra “Hökumət” adlandırılacaq Azərbaycan Respublikasının Hökuməti və bundan sonra “YUNESKO” adlandırılacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatı:
nəzərə alaraq ki:
Hökumət, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməyi təklif etmiş və YUNESKO Hökumətin bu təklifini məmnuniyyətlə qəbul etmişdir.
Bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq Hökumət və YUNESKO aşağıdakılar barədə razılığa gəlirlər:
I. İCLASIN MAHİYYƏTİ VƏ MİQYASI
Baş Konfransın 14-cü sessiyasında qəbul edilmiş “YUNESKO tərəfindən çağırılan iclasların müxtəlif kateqoriyalarının ümumi təsnifatı üzrə reqlament”ə əsasən (14 C/Qərar 23, Baş Konfransın 18-ci, 25-ci və 33-cü sessiyalarında edilmiş düzəlişlərlə), bu toplantı “Dövlətlərin beynəlxalq konfransları olmayan hökumətlərarası iclaslar” adlı 2-ci kateqoriyaya aiddir.
İclasın məqsədi Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında 1972-ci il Konvensiyasının (bundan sonra Konvensiya adlandırılacaq) icrasını daha da irəlilətməkdir.
II. İŞTİRAK
(i) Əsas iştirakçılar
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının əsas iştirakçıları Komitənin 21 üzvünün nümayəndələri olacaqdır.
(ii) Nümayəndələr və müşahidəçilər
(a) Konvensiyanın Komitəyə üzv olmayan Tərəf Dövlətləri öz nümayəndələrini bu iclasa müşahidəçi qismində göndərə bilər.
(b) YUNESKO-nun və ya Birləşmiş Millətlər Təşkilatının üzvü olan Konvensiyanın Tərəfi olmayan dövlətlərin də yazılı müraciəti əsasında Komitə və onun Bürosunun sessiyalarında müşahidəçi qismində iştirakına Komitə tərəfindən icazə verilə bilər.
(c) Mədəni Dəyərlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Araşdırmalar Mərkəzinin (“IKKROM”) nümayəndəsi, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (“İKOMOS”) nümayəndəsi, Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (“IUCN”) nümayəndəsi, habelə bənzər məqsədli, digər seçilmiş hökumətlərarası və ya qeyri-hökumət təşkilatlarının nümayəndələri Komitənin iclaslarında məsləhətçi qismində iştirak edə bilərlər.
(d) Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı sisteminə daxil olan təşkilatlar, eləcə də digər beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları, YUNESKO-dakı daimi müşahidəçi missiyaları və Konvensiyanın əhatə etdiyi sahələrdə fəaliyyət göstərən qeyri-kommersiya institutlarının yazılı müraciəti əsasında Komitənin sessiyalarında müşahidəçi qismində iştirakına Komitə tərəfindən icazə verilə bilər.
İştirakçıların, o cümlədən ekspert, nümayəndə, müşahidəçi və YUNESKO Katibliyi üzvlərinin ümumi sayının Büronun sessiyasında 100, Komitənin sessiyasında isə 2.000 nəfər olması gözlənilir.
III. İCLASIN YERİ VƏ TARİXİ
İclas 30 iyun - 10 iyul 2019-cu il tarixində Bakı Konqres Mərkəzində keçirilir.
IV. İCLASIN TƏŞKİLİ
İclasın maddi-texniki baxımdan təşkili üçün məsuliyyət əlavə edilmiş Tələblər haqqında Bəyanata (Əlavə) əsasən, Hökumət və YUNESKO arasında bölüşdürülür.
Lakin bu Sazişin müddəalarında heç nə iclasın lazımi şəkildə keçirilməsini təmin etmək üçün düzəlişləri məqsədəuyğun etmək barədə iki Tərəfin qarşılıqlı razılığa gəlməsinə mane olmur.
Hökumət iclasın təşkilini asanlaşdırmaq məqsədi ilə bu Sazişin qüvvəyə minməsindən sonra onun adından və müvafiq səlahiyyətlə YUNESKO Katibliyi (CLT/HER/WHC/PSM və CLT/PCM) ilə əlaqənin yaradılmasına, eləcə də iclas yerində təqdim ediləcək müxtəlif xidmətlərin quraşdırılması və istismarına görə məsuliyyət daşıyacaq yüksək vəzifəli rəsmi təyin edir. Bu təyinatdan sonra sözügedən iclasın təşkili üzrə bütün maddi-texniki məsələlər həmin əlaqələndirici şəxs vasitəsilə həll edilə bilər.
V. TƏHLÜKƏSİZLİK
Hökumət öz hesabına sessiyadan əvvəlki iclasların, iclasların və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iclas və sessiyaların və bu tədbir ilə əlaqədar olan hər hansı digər iclasların sakit və münasib mühitdə, habelə hər hansı müdaxilə olmadan səmərəli şəkildə keçirilməsini təmin etmək üçün tələb olunarsa, polis mühafizəsi və təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyır.
Belə polis xidməti Hökumət tərəfindən təyin ediləcək yüksək vəzifəli şəxsin birbaşa nəzarəti və idarəçiliyi altındadır. O, təhlükəsiz və sakit mühiti lazımi şəkildə təmin etmək üçün bu məqsədlə YUNESKO tərəfindən təyin edilmiş təhlükəsizlik üzrə yüksəkvəzifəli əlaqələndirici şəxs ilə sıx, o cümlədən uzaqdan koordinasiya və əməkdaşlıq şəraitində işləyir.
BMT-nin Mühafizə və Təhlükəsizlik Departamentinin (UNDSS) Hesabatlıq Konsepsiyasına uyğun olaraq, BMT-nin Azərbaycan Respublikası üzrə rəsmisi Birləşmiş Millətlər Təşkilatının ölkədəki əməkdaş, obyekt və aktivlərinin təhlükəsizliyinə görə cavabdehdir və proses ərzində məlumatlandırılmalıdır. Təhlükəsizliyə görə cavabdeh olan rəsmilərin adları sessiyanın başlamasına azı bir ay qalmış Tədbirə ev sahibliyi edən ölkə və YUNESKO tərəfindən müvafiq olaraq UNDSS departamentinə bildirilir.
Komitə sessiyasının keçirildiyi obyektin daxilində və xaricində təhlükəsizliyə görə məsuliyyət YUNESKO ilə sıx koordinasiya və əməkdaşlıq şəraitində Hökumətin üzərinə düşür.
VI. İMTİYAZLAR VƏ İMMUNİTETLƏR
Hökumət, iclas ilə əlaqədar bütün məsələlərdə “BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında” Konvensiyanın, eləcə də həmin Konvensiyanın YUNESKO ilə əlaqədar 4-cü Əlavəsinin müddəalarını tətbiq edir.
İclasda iştirak etmək hüququ olan bütün şəxslər Azərbaycan Respublikasına sürətləndirilmiş şəkildə giriş-çıxış imkanına malik olmalıdır. Bu məqsədlə anlaşılır ki, milliyyətindən asılı olmayaraq iclasda iştirak etmək hüququ olan istənilən şəxsin Azərbaycan Respublikasına daxil olma, burada qalma və ölkə ərazisini tərk etmə hüququna heç bir məhdudiyyət qoyula bilməz.
VII. ZİYAN VƏ QƏZALAR
İclas üçün bron edilən obyektlər YUNESKO-nun sərəncamında olan müddət ərzində Hökumət obyektlərə, eləcə də avadanlıq və mebelə vurulan ziyanı ödəyir və həmin obyektlərdə olan şəxslərlə baş verə biləcək qəzalara görə istənilən məsuliyyət və mükəlləfiyyəti qəbul edərək öz üzərinə götürür. Lakin bununla belə, Hökumət iştirakçıların kobud etinasızlığı və ya qərəzli səhlənkarlığı nəticəsində dəymiş ziyana görə məsuliyyət və mükəlləfiyyət daşımır. Hökumət yuxarıda qeyd edilmiş obyekt, avadanlıq, mebel və şəxslərin xüsusilə də yanğın və digər risklərdən mühafizəsini təmin etmək üçün müvafiq tədbirlər görür. Bununla yanaşı, Təşkilatın heyət üzvlərinin və ya agentlərinin səhvi nəticəsində şəxslərə və əmlaka dəymiş ziyana görə YUNESKO-dan təzminat tələb oluna bilər.
VIII. MÜBAHİSƏLƏRİN HƏLLİ
Bu Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar hər hansı mübahisə danışıqlar yolu ilə və ya Tərəflərin razılaşdırdıqları istənilən digər qaydada həll edilir.
IX. YEKUN MÜDDƏALAR
Bu Sazişə, Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişin ayrılmaz tərkib hissəsi olan və Yekun Müddəalarda müəyyən edilən qaydada qüvvəyə minən ayrı protokollar formasında tərtib edilmiş düzəlişlər edilə bilər.
Bu Sazişin Əlavəsi onun ayrılmaz tərkib hissəsidir və açıq olaraq başqa cür nəzərdə tutulmadığı təqdirdə, bu Sazişə edilən istinad eyni zamanda onun Əlavəsinə edilmiş istinad hesab olunur.
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə 30 aprel 2019-cu il tarixindən gec olmayaraq göndərilmiş yazili bildirişin alındığı tarixdə qüvvəyə1 minir və sessiya müddətində, eləcə də onun istənilən müddəaları ilə əlaqədar bütün məsələlərin həll edilməsinə görə zəruri olan sonrakı müddətdə qüvvədə qalır. Tərəflər arasında Sazişin müddəalarından irəli gələn bütün öhdəliklərin, o cümlədən maliyyə öhdəliklərinin tam yerinə yetirildiyini təsdiq edən yazılı bildirişlərin diplomatik kanallar vasitəsilə mübadiləsindən sonra bu Sazişə xitam verilmiş hesab edilir. Bu halda, Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarix Sazişin xitam tarixi hesab edilir.
Paris şəhərində 27 mart 2019-cu il tarixində, hər biri Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn bərabər autentikdir. Təfsirdə hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının
Hökuməti adından Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) adından
Əbülfəs QARAYEV, Ernesto OTTONE R.,
Azərbaycan Respublikasının Mədəniyyət məsələləri üzrə müavin
mədəniyyət naziri
Azərbaycan Respublikasının Hökuməti və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı SAZİŞƏ
Əlavə
TƏLƏBLƏR BARƏDƏ BƏYANAT
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycan Respublikası,
Bakı şəhəri 30 iyun - 10 iyul 2019-cu il
1. QİYMƏTLƏNDİRMƏ ÜÇÜN ƏSAS
1.1. İclasın keçiriləcəyi yer
Sessiya Bakı Konqres Mərkəzində keçiriləcəkdir.
1.2. Tarixlər
a) 30 iyun 2019 - Ümumdünya İrs Komitəsinin Bürosu
b) 30 iyun 2019 (günortadan sonra) - Ümumdünya İrs Komitəsinin üzvləri üçün istiqamətləndirici sessiya
c) 30 iyun 2019 - Ümumdünya İrs Komitəsinin açılış mərasimi
1-10 iyul 2019 - Ümumdünya İrs Komitəsinin İşçi Sessiyaları
1.3. Müddət
Ad 1.2 a) - yarım təqvim günü
Ad 1.2 b) - yarım təqvim günü
Ad 1.2 c) - 30 iyun 2019 (axşam)
Ad 1.2 d) - on təqvim günü
1.4. İştirakçıların təqribi sayı
(YUNESKO Katibliyinin iştirakçı, müşahidəçi və üzvləri də daxil olmaqla)
100 (Büronun iclas otağı)
60-70 (İşçi Qrupun iclas otağı)
800 (Açılış mərasimi)
1500 (Komitənin iclas otağı)
1.5. İşçi dillər
Büro: ingilis və fransız dilləri (ingilis və fransız dillərinə sinxron tərcümə)
İstiqamətləndirici sessiya: ingilis və fransız dilləri (ingilis və fransız dillərinə sinxron tərcümə)
Açılış mərasimi: ingilis və fransız dilləri (ingilis və fransız dillərinə sinxron tərcümə). Digər dillər yalnız donorlar tərəfindən maliyyələşdirildiyi halda təmin edilir (bildiriş üçün son müddət: 30 aprel 2019)
Komitə: ingilis və fransız dilləri (ingilis və fransız dillərinə sinxron tərcümə). Digər dillər yalnız donorlar tərəfindən maliyyələşdirildiyi halda təmin edilir (bildiriş üçün son müddət: 30 aprel 2019)
1.6. İşin təşkili
a) Büronun görüşü
b) İstiqamətləndirici sessiya
c) Açılış mərasimi
d) Komitənin görüşü (işçi qrupunun keçirə biləcəyi xüsusi sessiyalarla)
e) İşçi qruplar və köməkçi orqanlar
1.7. Sessiya zamanı görüş
a) Büronun görüşü
b) Komitənin işçi qrupları, köməkçi orqanlar və layihə qrupu ilə görüşü
1.8. Plenar sessiyalar, büronun görüşləri və işçi qrupunda müzakirələrin ingilis və fransız dillərində audioyazıları
Audioyazılar YUNESKO-nun mülkiyyətində qalacaq.
1.9. Komitənin sessiyası zamanı hazırlanacaq sənədlər (bax: Bölüm 3.8. Foto-surətçıxarma)
a) Düzəliş edilməsinə ehtiyac olan istənilən sənəd
b) Qərar layihələri Məruzəçi ilə əməkdaşlıq çərçivəsində YUNESKO Katibliyi tərəfindən hazırlanacaq
c) Standart səhifələrin təxmini sayı (əsli): 450
YUNESKO nun VƏZİFƏLƏRİ
2.1. Hökumətlə ilkin hazırlıqlar və texniki əməkdaşlıq.
2.2. Katibliyin 2-3 üzvü (Hökumətlə əlaqəli şəkildə) bir və ya daha çox hazırlıq missiyasını keçirməlidir.
2.3. Dəvətnamələrin hazırlanması və 2019-cu ilin mart ayının sonuna qədər (aidiyyəti üzrə) göndərilməsi. İşçi sənədlərin birinci hissəsi Komitənin sessiyasından 6 həftə əvvəl göndərilməlidir.
2.4. Zəruri olduğu halda, görüşdə iştirak üçün YUNESKO Katibliyinin işçi heyətinin təyin edilməsi.
2.5. YUNESKO Katibliyinin bütün işçi heyəti və YUNESKO ilə müqavilə əsasında çalışan bütün işçilər üçün tibbi sığortanın təmin edilməsi.
2.6. Tərcüməçilər və mətn operatorları:
Tərcüməçilər (tərcümələr qrupunun rəhbəri də daxil olmaqla) və mətn operatorlarının (bax: əlavə. VI hissə) seçilməsi və işə cəlb edilməsi;
Yalnız donorlar (sponsorlar) tərəfindən maliyyələşdirildiyi təqdirdə, digər dillər.
2.7. Komitədən sonra Yekun qərarların hazırlanması və aidiyyəti üzrə paylanılması.
2.8. Səfər tarixləri: YUNESKO Ümumdünya İrs Mərkəzi Hökumət ilə 15 may 2019-cu il tarixinə qədər (əlavə. VI hissədə müəyyən edildiyi kimi) Katibliyin işçi heyəti, tərcüməçilər və mətn operatorları üçün səfər tarixləri və mehmanxanada yerləşdirilmə məsələlərini yekunlaşdırmalıdır.
3. HÖKUMƏTİN VƏZİFƏLƏRİ
(Komitənin 43-cü sessiyasından əvvəl, sessiya zamanı və sessiyadan sonrakı xidmət və vasitələr)
3.1. Xidmətlər, sənədlərin hazırlanması, qərarlar və icra
a) Hazırlıq missiyaları
Bir və ya zəruri olduğu halda, iki hazırlıq missiyasını həyata keçirməsi üçün Katibliyin üç üzvü üçün Birləşmiş Millətlər Təşkilatının İşçi Heyəti üzrə qaydaları ilə müəyyən edilən səfər kateqoriyalarına uyğun olaraq iki istiqamətli (gediş-gəliş) təyyarə biletləri (Paris - Bakı - Paris), viza, mehmanxanada yerləşdirilmə (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik və Mühafizə Departamenti /UNDSS/ tərəfindən icazə verilən mehmanxanaların siyahısına uyğun olaraq), yemək və yerli nəqliyyat.
b) iştirakçıların qeydiyyatı
Ümumdünya İrs Mərkəzi ilə əməkdaşlıq çərçivəsində (Excel formatında məlumat çıxarışı imkanı ilə) iştirakçıların elektron qeydiyyat sistemini yaratmaq, toplantı başlamamışdan əvvəl iştirakçıların siyahısını, eləcə də bütün iştirakçılar üçün “bəc” (nişan) hazırlamaq.
c) Səfər xərcləri (Bax: təhlil üçün əlavə. P7 hissə)*
YUNESKO Katibliyinin üzvləri, mətn operatorları və ingilis/fransız dillərində tərcüməçilər də daxil olmaqla, YUNESKO Katibliyinin bütün işçi heyəti və digər işçilər (50 nəfərə qədər) gəliş tarixindən sessiyanın başa çatdığı tarixə qədər (10 iyul 2019-cu il tarixi də daxil olmaqla) Birləşmiş Millətlər Təşkilatının İşçi Heyəti üzrə qaydalarında müəyyən edilən səfər kateqoriyalarına uyğun olaraq iki istiqamətli (gediş-gəliş) təyyarə biletləri (Paris - Bakı - Paris), viza, BMT-nin üstünlük verdiyi tariflərlə terminal xərcləri (baqaj), Beynəlxalq Dövlət Qulluğu Komissiyasının tariflərinə uyğun olaraq (UNDSS tərəfindən icazə verilən) oteldə bir nəfərlik yerləşmə və gündəlik ezamiyyə haqqı (bax: əlavə. VI hissə).
Səfər tarixləri 2019-cu il 15 may tarixinə qədər yekunlaşdırılmalıdır.
Tədbirə ev sahibliyi edən ölkə (arzu olunduğu halda) YUNESKO-ya qarşılıqlı şəkildə razılaşdırılmış tarixdə Sazişin bu hissəsini tamamlamaq üçün zəruri olan vəsaitləri təqdim edəcək.
d) Sənədlər
YUNESKO Katibliyinin ilkin siyahılar, namizədin təyin edilməsi və mühafizə vəziyyəti barədə hesabatlarla əlaqədar iş sənədlərinin əlaqələndirilməsi və hazırlanması üzrə xərcləri (bax: əlavə. II hissə).
YUNESKO Katibliyinin plenar sessiyalar zamanı təqdim olunması üçün ingilis və fransız dillərində qərar layihələri barədə hesabatların hazırlanması, Komitənin sessiyası zamanı Məruzəçi ilə koordinasiya, real vaxt rejimində ekranlara daxil edilməsi üçün düzəliş və dəyişiklik edilmiş qərar layihələrinin nümayiş etdirilməsi üzrə xərcləri (bax: əlavə. II hissə).
Yığıncaqlar üçün işçi sənədlərin surətinin çoxaldılması (bax: Bölüm 3.8.) Yığıncaq başlanmamışdan 6 (altı) həftə əvvəl Hökumətə göndəriləcək sənədlər Komitənin sessiyası başlanmamışdan ən gec 3 (üç) gün əvvəlcədən, tələb olunduğu halda isə sessiya zamanı da tədbirin keçiriləcəyi yerdə hazır olmalıdır.
Sessiyanın sənədləri olan USB açarlar (təqribən 2000 ədəd), bu USB açarların 50-si YUNESKO-nun Katibliyi üçündür.
e) Komitənin sessiyası üçün internet əsaslı məlumat dəstəyi
Komitənin sessiyasından əvvəl nominasiyaların elektron versiyalarının hazırlanması, ilkin siyahı və nominasiyaları idarə etmək və onların müvafiq məlumat bazalarının yenilənməsi və Komitənin 43-cü sessiyası üçün mühafizə vəziyyəti barədə informasiya sisteminin yenilənməsi ilə bağlı YUNESKO Katibliyinin xərcləri (bax: əlavə. II hissə).
f) Şifahi tərcümə
Sessiya zamanı plenar müzakirələr, işçi qruplar, büronun görüşləri və mətbuat konfranslarının tərcümə olunması üçün YUNESKO tərəfindən seçilmiş tərcümə komandasının rəhbəri də daxil olmaqla, 8 nəfər (say təsdiq olunacaq) fransız və ingilis dili tərcüməçisi üçün (Birləşmiş Millətlər Təşkilatının İşçi Heyəti üzrə qaydalarında müəyyən edilən səfər kateqoriyalarına uyğun olaraq) iki istiqamətli (gediş-gəliş) təyyarə biletləri (Paris - Bakı - Paris), viza, BMT-nin üstünlük verdiyi tariflərlə terminal xərcləri (baqaj), (UNDSS tərəfindən icazə verilən mehmanxana siyahılarına uyğun olaraq) oteldə yerləşdirilmə və gündəlik ezamiyyə xərcləri.
g) Yükdaşıma
Rəsmi sənədlərin palletlərdə YUNESKO-nun Fransanın Paris şəhərindəki Baş qərargahından Bakıya və Bakıdan geri, yəni YUNESKO-nun Fransanın Paris şəhərindəki Baş qərargahına daşınması. Palletlər Bakıya ən gec sessiyadan beş gün əvvəl gəlib çatmalıdır. Sözügedən yük 43-cü sessiya başa çatdıqdan sonra 10 (on) gün müddətində YUNESKO-nun Baş qərargahında geri qəbul edilməlidir.
h) Əlaqə
Başlanma tarixindən 10 iyul 2019-cu il tarixinə qədər (bu tarix də daxil olmaqla) tədbirin keçiriləcəyi yerdə YUNESKO Katibliyinin yerli, milli və beynəlxalq əlaqələri (yazışmaları) üzrə xərclər (yalnız rəsmi məqsədlər üçün).
i) internetdə canlı yayım
İxtisaslaşmış şirkət və ya xidmət sayəsində müzakirələrin çıxış olunan (orijinal) dildə və müvafiq dillərə (ingilis, fransız, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinə) tərcümələrlə canlı video və audio yayımı, eləcə də videoçəkiliş. Müzakirələrin qeydə alınması üçün sərt disklərin təmin edilməsi.
Komitənin sessiyasından irəli gələn fəaliyyətlər
Komitənin 43-cü sessiyasından irəli gələn fəaliyyətlər çərçivəsində YUNESKO Katibliyinin Komitənin qərarlarını internetə yükləməsi və WHC internet saytının, eləcə də müvafiq məlumat bazalarının yenilənməsi ilə əlaqədar xərcləri (əmlak xəritələri, fotolar, təsvirlər, nominasiya üzrə məlumatlar, statistik göstəricilər, irsi obyektin qorunması ilə bağlı cari məlumatlar) (bax: əlavə. II hissə).
j) ilkin yardım
Hökumət sessiyanın keçiriləcəyi yerlər daxilində ilkin tibbi yardım və fövqəladə hallar üçün ixtisaslı tibbi heyətin və müvafiq tibbi avadanlıqların mövcud olmasını təmin edəcəkdir. Sessiya iştirakçıları tərəfindən tələb olunarsa, Hökumət onların xəstəxanaya aparılmasını və xəstəxananın imkanlarından faydalanmalarını, o cümlədən çağırış edildiyi halda, konfrans məkanlarından nəqliyyatla daşınmalarını təmin edəcəkdir. Sessiya iştirakçılarının faydalandıqları xəstəxana xidmətləri məntiqə uyğun (münasib) kommersiya tarifləri əsasında göstəriləcəkdir.
3.2. Yerli işçi heyəti
Komitənin iclasını uğurla idarə etmək üçün aşağıdakı yerli işçi heyəti tələb olunacaq:
a) YUNESKO Katibliyi ilə əməkdaşlıq çərçivəsində Hökumət tərəfindən təmin olunan xidmət və vasitələri əlaqələndirmək üçün ingilis və fransız dillərində səlis danışa bilən bir nəfər əlaqələndirici şəxs (25 iyun - 10 iyul 2019);
b) Plenar iclas otağında şifahi tərcümə, çəkiliş, yayım və proyektor avadanlıqları, o cümlədən simsiz internet rabitəsi (Wi-Fi) ilə bağlı problemləri aradan qaldırmaq və idarə etmək üçün (ingilis və / yaxud fransız dillərində danışa bilən) texniklər komandası (25 iyun - 10 iyul 2019);
c) Tələb olunan zaman (ingilis və yaxud fransız dillərində danışa bilən) üç nəfər kompüter (proqram təminatı - qurğular) texniki (26 iyun -10 iyul 2019);
d) Tələb olunan zaman, sənədlərin fotosurətini toplayan (hər bir fotosurət aparatı üzrə 1 nəfər) və qurğu operatorları (26 iyun - 10 iyul 2019);
e) İştirakçıları qeydiyyata almaq, üzərində iştirakçıların adları və soyadları olan “bəc”ləri (nişanları) hazırlamaq, iştirakçı siyahısının layihə variantını saxlamaq və YUNESKO Katibliyinə iştirakçı siyahısının yenilənməsində kömək etmək üçün ən azı 15 nəfər ikidilli (ingilis/fransız) qəbul inzibatçısı (resepşn) (26 iyun - 10 iyul 2019);
f) Görüş/iclas otaqlarında kömək göstərmək üçün iyirmi nəfər ikidilli (ingilis/fransız) assistent (27 iyun - 10 iyul 2019);
g) YUNESKO-nun Mətbuat seksiyası üçün iki nəfər ikidilli (ingilis / fransız) köməkçi katib (29 iyun - 10 iyul 2019);
h) Mətbuat akkreditasiyasının / mətbuat otağının idarə olunması və müsahibə tələb edən beynəlxalq mətbuat nümayəndələri əlaqə yaradılması zamanı YUNESKO-nun mətbuat üzrə işçi heyəti ilə koordinasiya; Katiblik ilə əlaqəli şəkildə (mətbuat materiallarının hazırlanması da daxil olmaqla) sessiyadan əvvəl və sessiya zamanı mətbuat ilə əlaqəli işlərə dəstək vermək üçün bir nəfər mətbuat üzrə əlaqələndirici şəxs və bir nəfər mətbuat köməkçisi;
i) Tələb olunduğu halda, avadanlıqların quraşdırılması və sökülməsi (demontajı) işində kömək göstərmək üçün müvəqqəti işçi heyəti.
3.3. Təhlükəsizlik
a) Hökumətin Baş Təhlükəsizlik Xidməti Əməkdaşı (BTXƏ) təyin edilmişdir. O, xüsusi təhlükəsizlik və əmin-amanlıq mühitini təmin etmək üçün bu məqsədlə YUNESKO tərəfindən təyin edilmiş BMT-nin Əlaqələndirici Təhlükəsizlik Xidməti rəisinin müavini və Təhlükəsizlik üzrə Baş əlaqələndirici şəxs ilə yaxından əməkdaşlıq çərçivəsində işləyəcək.
Hökumət YUNESKO-nun bu tədbirinə öz xərcləri hesabına tələb olunan bütün təhlükəsizlik qurğularını və təhlükəsizlik heyətini təmin etməlidir.
b) Hökumət sessiyanın səmərəli fəaliyyəti və çox mühüm şəxslər də daxil olmaqla, bütün iştirakçıların təhlükəsizliyi üçün zəruri mühafizəni təmin etməlidir, lakin buna baxmayaraq anlaşılır ki:
UNDSS sessiyada iştirak edən BMT / YUNESKO işçi heyətinin, o cümlədən DG, DDG və ADG/CLT, həm də Katibliyin bütün digər üzvlərinin, eləcə də tərcüməçilər, YUNESKO tərəfindən muzd əsasında cəlb olunan xidmət icraçıları və məsləhətçilər, sessiyada iştirak etməsi tələb olunan təcrübəçilər, o cümlədən BMT nümayəndələri və BMT təşkilatlarının nümayəndələrinin təhlükəsizliyi və onlara lazımi məlumat və yardımın (YUNESKO ilə əlaqəli şəkildə) göstərilməsi üçün məsuliyyət daşıyır.
Sessiyanın iştirakçıları arasında vətəndaşları olan ölkələrin səfirlik və ya konsulluqları da öz vətəndaşlarına istənilən zəruri yardımın təmin edilməsi üçün məsuliyyət daşıyır.
3.4. Məkanlar və avadanlıqlar
a) Komitənin plenar iclas otağı (Plenar iclas otağı) Həcmi: təqribən 1500 yer (bunun ən azı 850-si əsas zalda yerləşir).
- İclas otağı 29 iyun 2019-cu il tarixində (səhər vaxtı) hazır olmalıdır;
- İclas otağına giriş 29 iyun - 10 iyul tarixlərində səhər tezdən (saat 06:00 və 24:00 arası) təmin edilməlidir.
1. Tərtibat
İki cərgə müxtəlif səviyyəli podium və birinci cərgə üçün ən azı 14 yer (aşağıda), ikinci cərgə üçün isə 12 yer (yuxarıda) olmaqla, sənəd (yazı) masaları; podiumun hər tərəfində və arxasında 2 yan masa - biri qərarların idarə olunması üçün (6 yerlik), digəri isə “Power Point” təqdimatları və xronometraj qurğusu üçün (4 yerlik).
Təfsilatlar aşağıda verilir:
İştirakçılar:
Komitə üzvləri: 168 oturacaq, masaların yarısı nəzərə alınmaqla Məsləhətçi orqanlar: 24 oturacaq, masaların yarısı nəzərə alınmaqla YUNESKO Katibliyi: 24 oturacaq, masaların yarısı nəzərə alınmaqla İştirakçı Dövlətlər: 1000 oturacaq, masaların yarısı nəzərə alınmaqla.
2. Avadanlıq
a. Şifahi tərcümə
Hər kabinə və kanallar üçün mikrofonlar, qulaqcıqlar və iki monitor da daxil olmaqla, ingilis - fransız / fransız - ingilis dillərinə sinxron tərcümə avadanlıqları, eləcə də digər dillərə sinxron tərcümə (bax: 1.5-ci bənd). Giriş 29 iyun -10 iyul 2019-cu il tarixlərində tələb olunur. Digər dillər üçün əlavə avadanlıqlar (müvafiq xərclər özləri tərəfindən əhatə olunmaqla) donor ölkələrin spesifik sorğularına uyğun tələb oluna bilər.
Hökumət səy göstərməlidir ki, avadanlıqlar (sinxron tərcümə avadanlıqlarına tətbiq olunan) beynəlxalq standartlara uyğun olsun, məsələn:
Məkan daxilində quraşdırılmış kabinələr üçün: ISO 2603:1983 Daşma bilən (səyyar) kabinələr üçün: ISO 4043:1981
Avadanlıqlar üçün: ISO 914:1988 və mümkün olduğu halda, ISO 2603:1998 və IEC 60914:1998 standartları.
b. Audio-video
- Altı ədəd geniş ekranda nümayiş üçün Komitənin iclas otağında ötürücü avadanlıqlar (məsələn: “barco”) və kamera qurğuları. Bu ekranlardan dördü ingilis və fransız dillərinin nümayiş etdirilməsi üçün tələb olunur (“Power Point” təqdimatları və qərarlar üçün 16:9 formatı məsləhət görülmür) və iki ədəd mərkəzi ekran müzakirə və ya təqdimat zamanı məruzəçilərin daimi əks etdirilməsi üçün tələb olunur. Podiumun qarşısında beş ədəd plazma ekran;
Komitə sessiyalarının monitorinqi üçün qapalı TV sistemi yanaşı dəhlizdə yerləşdiriləcək;
Digər tələblər çoxlu ehtiyat enerji çıxışı və uzadıcı kabellərdir;
Xronometraj qurğusu üçün 3 ədəd monitor.
c. Kompüter/ Printer
Qərarların idarə olunması
Minimum 2 ədəd 21” ekran masaüstü kompüter (yan masalardan birinin üzərində) ötürücü qurğu vasitəsilə ingilis / fransız dillərində mətn təqdimatları üçün altı ədəd geniş ekrana birləşdiriləcək;
- 2 ədəd kiçik rəngli monitor (maksimum 11-12” ölçüdə) podiumun birinci cərgəsində yerləşdiriləcək (Məruzəçi üçün biri fransız dilində, digəri isə ingilis dilində olan mətn üçün). Bu 2 monitor yalnız yuxarıda qeyd olunan 2 iş masasının “güzgülər”i kimi istifadə olunmalıdır;
- 3 ədəd əlavə 21 ” ekran fərdi kompüter;
- 5 kompüterin hamısı geniş zolaqlı internetə; LAN və 2 yüksəkhəcmli rəngli lazer printerə və bir ədəd birgə rəngli printerə (skaner / surətçıxaran / printer) qoşulur;
- Birinci kommutator altı geniş ekranda mətn, “PPT” təqdimatları arasında proyeksiya və Loqo proyeksiyasına nəzarət etmək üçün nəzərdə tutulmuşdur.
“PowerPoint”
- LAN və ötürücü qurğu vasitəsilə ingilis / fransız dillərində “PPT” formatlı təqdimatlar üçün dörd geniş ekrana qoşulmuş 2 ədəd fərdi kompüter (bir ədəd “PowerPoint” üçün yan masada);
- İkinci kommutator altı geniş ekranda “PPT” formatlı təqdimatlar arasında proyeksiya və Loqo proyeksiyasına (ON/OFF) nəzarət etmək üçün nəzərdə tutulmuşdur;
- Xronometraj qurğusu;
- Xronometraj qurğusuna qoşulmuş 1 ədəd fərdi kompüter və ya noutbuk (podiumun ikinci cərgəsində).
Qeydlərin aparılması
- Katiblik üçün 2 ədəd fərdi kompüter vb ya noutbuk (podiumun ikinci cərgəsində);
- İnternetə çıxış;
- Plenar iclas otağı, büronun görüş otaqları və o cümlədən dəhlizdə Komitə üzvləri üçün internet (Wi-Fi) əlaqəsi;
- Yüklənmə və əlaqənin azalmasının qarşısını almaq üçün müxtəlif şəbəkələr vasitəsilə bütün konfrans mərkəzini əhatə edən yüksəksürətli və məhdudiyyətsiz simsiz internet əlaqəsini təmin etmək;
- Podiumda bütün kompüterlər üçün geniş zolaqlı internet əlaqəsi;
- YUNESKO-nun ofisləri üçün geniş zolaqlı internet əlaqəsi.
3. Digər
- Bütün iştirakçılar və podium üçün qulaqcıqlar;
- Mikrofonla təchiz edilmiş masalar;
- Plenar iclas otağında podiumun yanında və ya arxasında bir ədəd foto-surətçıxarma qurğusu;
- İştirakçıları noutbuk vasitəsilə əlaqə yaratması üçün podiumda və plenar iclas otağında masaların altında elektrik ştepselləri;
- İclas otağının qarşısında iş və məlumat sənədlərinin yerləşdirilməsi üçün masalar;
- İştirakçılar üçün bloknotlar, karandaşlar və su;
- YUNESKO-nun audio-texnık mütəxəssisi üçün iş yeri.
b) Büronun iclas otağı (İclas otağı)
Həcmi: ən azı 100 nəfər.
Büronun gündəlik iclasları və digər tələb olunan görüşlər üçün (iclas otağı işçi qrupları, yanaşı tədbirlər) 29 iyun 2019-cu il tarixinə qədər hazır olacaq).
Giriş 29 iyun (səhər vaxtından etibarən) - 10 iyul 2019-cu il tarixlərində tələb olunur.
1. Tərtibat
- 50 oturacaq imkanı olan masalar;
- 50 nəfər üçün əlavə oturacaq.
2. Avadanlıq
a. Tərcümə
- Digər dillərə sinxron tərcümə imkanı da daxil olmaqla, iki kabinə, iki kanal (ingilis / fransız) (bax: 1.5-ci bənd);
- İştirakçılar üçün qulaqcıqlar;
- Mikrofonlar vasitəsilə sinxron tərcümə ilə təchiz ediləcək oturacaq masalar (ingilis/ fransız);
Hökumət sinxron tərcümə qurğularına tətbiq olunan beynəlxalq standartlara uyğun qurğuları təmin etməyə səy göstərməlidir, məsələn:
Məkan daxilində olan kabinələr üçün: ISO 2603:1983
Daşma bilən kabinələr üçün: ISO 4043:1981
Avadanlıq üçün: ISO 914:1988 və mümkün olduğu halda, ISO 2603:1998 və IEC 60914:1998 standartları.
b. Audio-video
- Büronun iclas otağında proyeksiya üçün ötürücü qurğular (məsələn: “barco”) və vasitələr (ingilis və fransız dillərində proyeksiyalara bölünəcək).
3. Digər
- Mikrofonlarla təchiz ediləcək masalar;
- İştirakçıların noutbukla qoşulması üçün podium və iclas otağında masaların altında elektrik ştepselləri;
- İş və məlumat sənədlərinin yığılması üçün iclas otağının qarşısında masalar;
- İştirakçılar üçün bloknotlar, karandaşlar və su;
- YUNESKO-nun audio-texnik mütəxəssisi üçün iş yeri.
c) Ofis məkanı üzrə tələblər
YUNESKO Katibliyinin ofisləri iclasın rahat idarə olunması üçün lazımdır.
Aşağıdakı ofislər aşağıdakı şəxslər üçün tələb olunur:
1. Baş direktor - 2-ci mərtəbə Ofis № 1
İstifadə imkanı: 28 iyun - 10 iyul 2019
Avadanlıq: 1 ədəd fərdi kompüter,
1 ədəd yüksək qabiliyyətli lazer printer
2. Baş direktorun mədəniyyət üzrə köməkçisi - 2-ci mərtəbə Ofis № 6 İstifadə imkanı: 27 iyun - 10 iyul 2019
Avadanlıq: 1 ədəd fərdi kompüter
1 ədəd yüksək qabiliyyətli lazer printer
3. Ümumdünya İrs Mərkəzinin direktoru - 2-ci mərtəbə Ofis № 8
İstifadə imkanı: 26 iyun -10 iyul 2019
Avadanlıq: 1 ədəd fərdi kompüter
1 ədəd yüksək qabiliyyətli lazer printer
4. Ümumdünya İrs Mərkəzinin direktor müavini - 2-ci mərtəbə Ofis № 5
İstifadə imkanı: 26 iyun - 10 iyul 2019
Avadanlıq: 1 ədəd fərdi kompüter
1 ədəd yüksək qabiliyyətli lazer printer
5. Baş WHC/PSM və Məruzəçi - 2-ci mərtəbə Ofis № 10 və 12
İstifadə imkanı: 26 iyun - 10 iyul 2019
Avadanlıq: 2 ədəd fərdi kompüter
2 ədəd yüksək qabiliyyətli lazer printer
6. Hüquq məsləhətçisi - 2-ci mərtəbə Ofis № 7
İstifadə imkanı: 28 iyun - 10 iyul 2019
Avadanlıq: 2 ədəd fərdi kompüter
1 ədəd lazer printer
7. YUNESKO-nun mətbuat ofisi - 2-ci mərtəbə Ofis № 7
İstifadə imkanı: 28 iyun - 10 iyul 2019
Avadanlıq: 2 ədəd fərdi kompüter
1 ədəd yüksək qabiliyyətli printer
8. Ümumdünya İrs Komitəsinin sədri - 2-ci mərtəbə Ofis № 3
İstifadə imkanı: 28 iyun - 10 iyul 2019
Avadanlıq: 1 ədəd fərdi kompüter + 1 printer
9. Ümumdünya İrs Mərkəzinin Katibliyi - A2. АЗ. A4 və A5 otaqları
YUNESKO Dünya İrs Mərkəzi üçün 12 ofis
İstifadə imkanı: 25 iyun - 10 iyul 2019
Avadanlıq: fərdi kompüterlər və printerlər (fərdi kompüter və printerlərin sayı 30 aprel 2019-cu il tarixinə qədər təsdiq olunacaqdır)
Komitənin sessiyalarını müşahidə etmək üçün videomüşahidə
10. YUNESKO Tərcüməçiləri üçün istirahət otağı - 2-ci mərtəbə Ofis № 9
İstifadə imkanı: 28 iyun - 10 iyul 2019
Avadanlıq: 1 ədəd fərdi kompüter
1 ədəd lazer printer
Komitənin sessiyalarını müşahidə etmək üçün videomüşahidə
11. Məsləhətçi orqanlar - B4 otağı
Məsləhətçi orqanlar üçün 3 ədəd böyük ofis
(ICOMOS//IUCN//ICCROM)
İstifadə imkanı: 26 iyun - 10 iyul 2019
Avadanlıq: hər bir ofis üçün 2 ədəd fərdi kompüter
Hər bir ofis üçün 1 ədəd lazer printer
Komitənin sessiyalarını müşahidə etmək üçün videomüşahidə
12. Komitə üzvləri üçün istirahət otağı - VİP otaq (təxminən 50 yer)
İstifadə imkanı: 29 iyun - 10 iyul 2019
Avadanlıq: 2 ədəd fərdi kompüter
1 ədəd lazer printer
Bütün günü qəhvə, çay və su xidməti
Komitənin sessiyalarını müşahidə etmək üçün videomüşahidə
13. Nümayəndə heyətləri üçün istirahət otağı - Mərtəbədəki fasilə yeri İstifadə imkanı: 30 iyun - 10 iyul 2019
Avadanlıq: 10 ədəd fərdi kompüter
2 ədəd yüksək qabiliyyətli lazer printer
Komitənin sessiyalarını müşahidə etmək üçün videomüşahidə
Komitə üzvləri, YUNESKO Katibliyi və Məsləhətçi orqanlar üçün bütün günü qəhvə, çay və su xidməti təmin etmək.
YUNESKO Katibliyinin bütün ofisləri Komitənin iclas otağının yanında yerləşməlidir. Onlar YUNESKO Katibliyi və Məsləhətçi orqanlar tərəfindən aparılan müzakirələrin müşahidə olunması üçün videomüşahidə sistemi ilə təchiz edilir (dəqiq sayı, yerləri və paylanması 30 aprel 2019-cu il tarixinə qədər təsdiq olunacaqdır). Plenar iclas otağı və YUNESKO Katibliyinin ofislərinə girişə təhlükəsizlik əməkdaşları tərəfindən nəzarət olunacaqdır.
Ofislər Katiblik sənədlərini paketləşdirmək üçün 5 iyul 2019-cu il tarixinə (günortaya) qədər açıq qalmalıdırlar.
d) Əlavə görüş otaqları
İşçi qrupun görüş otağı (Büronun iclas otağı) A7 otağı
İstifadə imkanı: 28 iyun - 10 iyul 2019.
- 50 oturacaq imkanı olan masalar;
- 50 nəfər üçün əlavə oturacaq;
- Mikrofonları olan dəyirmi masa
2. YUNESKO - Ümumdünya İrs Mərkəzinin - İşçi heyəti üçün görüş otağı - 2-ci mərtəbə Ofis № 11
İstifadə imkanı: 26 iyun - 10 iyul 2019;
Avadanlıq: masalar və mikrofonları olan 40 oturacaqlı dəyirmi masa
3. Mətbuat / Media Mərkəzi
İstifadə imkanı: 28 iyun - 10 iyul 2019
Avadanlıq: 5 ədəd fərdi kompüter;
1 ədəd lazer printer;
Media üçün geniş zolaqlı internet və simsiz internet rabitəsi (Wi-Fi).
4. Mətbuat Konfransı üçün otaq - A7 otağı
Bu otaq mətbuat, görüşlər və müsahibə sessiyalarına elanlar üçün saxlanılır. Qapalı əraziyə üstünlük verilir (əks təqdirdə, tamamilə açıq ərazi).
5. İkitərəfli və çoxtərəfli görüşlər - B5 və B7 otaqları
Komitənin sessiyası zamanı ikitərəfli / çoxtərəfli görüşlər üçün 4 dənə iclas otağı.
6. Məsləhətçi orqan üçün boş məkan (MO üçün Boş məkan) - B3 otağı
Sərgilər, kiçik seminarlar və ya təqdimatlar üçün məkan (təxminən 50 yer);
İstifadə imkanı: 29 iyun - 10 iyul 2019;
Avadanlıq: 1 ədəd fərdi kompüter, proyektor, ekran, mikrofon, stul, masalar.
e) Qəbul sənədlərin paylanması üçün məkan
Büro və Komitənin iclas otaqlarının daxilində və ya xaricində.
1. Sərgi və audio-video guşə
Audio-video guşə iki ədəd böyük TV plazma ekranı üçün tələb olunur.
2. Siqaret çəkmək üçün nəzərdə tutulmuş ərazilər
Azərbaycan Respublikasının daxili qanunvericiliyinə uyğun olaraq, konfrans məkanlarının xaricində siqaret çəkmək üçün nəzərdə tutulmuş xüsusi ərazilərlə təmin edilməlidir.
3.5. Ümumi ofis mebeli və konfrans avadanlıqları
a) Aşağıdakı əşyalar daxil olmaqla, tədbirin keçiriləcəyi yerin standart tələblərinə əlavə olaraq görüş otaqları, ofislər, foto-surətçıxarma otağı və sənədlərin paylanması üçün əraziyə təchiz ediləcək kifayət qədər xüsusi katiblik stulları (hündürlüyü və arxa tərəfə tənzimlənə bilən) və masalar:
- Kompüter qurğuları, mətnhazırlama və qəbul otağı üçün kilidlənə bilən siyirmə ış sahəsi olan tənzimlənə bilən masalar;
- Tənzimlənə bilən çap stulları;
- Tələb olunduğu halda, masaüstü lampalar (İclas otaqlar, və YUNESKO Katibliyinin ofislərində).
Boyuk zibil qutuları və ya kisələrinin təchiz olunması;
- Marker qələmlər;
- Yerli səviyyədə istifadə olunan tipdə ehtiyat elektrik enerji ştepselləri (torpaqlama imkanı ilə);
- Ehtiyat uzadıcı kabellər və qoşa adapterlər - tədbirin keçiriləcəyi yerdə texniki işçi heyəti tərəfindən kifayət qədər ehtiyat təmin edilməlidir
b) İdentıfıkasiya üçün:
Ümumdünya İrs Komitəsinin 21 üzvü İştirakçı Dövlətlərin müşahidədən. YUNESKO Katibliyi və Məsləhətçi orqanlar üçün ingilis dilində taxta formalarda ölkələrin ad lövhələri aşağıdakı kimi YUNESKO tərəfindən təmin edilməlidir:
- 21 Komitə üzvü
- Büro üzvləri
- İştirakçı Dövlətlərin Müşahidəçiləri
- YUNESKO-nun Baş direktoru
- Baş direktorun nümayəndəsi
- YUNESKO-nun İdarə Heyətinin sədri
- YUNESKO-nun Baş konfransının prezidenti
- DIR/WHC
- D/DIR/WHC
- ADG/CLT
- Ümumdünya İrs Komitəsinin sədri
- Ümumdünya İrs Komitəsinin məruzəçisi
- ICCROM
- ICOMOS
-IUCN
- HÜQUQ MƏSLƏHƏTÇİSİ
- YUNESKO Katibliyi
- QHT-lər
c) YUNESKO tərəfindən təmin ediləcək Komitənin üzvü olan 21 dövlətin bayrağı və BMT-nin bayrağı (120 x 180 Sm ölçüdə) və bir ədəd BMT-nin bayrağı (2 X 3 m ölçüdə).
d) Hökumət yuxanda qeyd olunan üzv dövlətlərin bütün bayraqlar, üçün dirəklən təmin etməlidir.
3.6. Audio-video qurğular (bax: 3.4.)
a) Konfransın tərcümə avadanlıqları
Digər dillərə sinxron tərcümə imkanı ilə kabinələr (hər bir dil üçün bir ədəd) iki kanal (ingilis / fransız və fransız / ingilis) 29 iyun 2019-cu il səhərə qədər yekunlaşdırılacaq (bax: 1.5-ci bənd), Büro / Komitə və həmçinin Büronun gündəlik görüşləri və işçi qruplar üçün qulaqcıqlar (bax: 1.5 və 3.4 d).
b) Digər audio-video avadanlıqlar
- Komitənin sessiyalarının müşahidə olunması üçün videomüşahidə sistemi və ya internetə çıxış YUNESKO Katibliyi və Məsləhətçi orqanların ofislərində təmin edilməlidir (sayı 2 iyun 2019-cu il tarixinə qədər təsdiq olunacaqdır);
- “PowerPoint” təqdimatları üçün iki ədəd geniş proyektor ekranı və dörd ədəd əlavə kiçik ölçülü ekran və “Windows 10” və “Office 2016” proqramları olan qurğular (plenar konfrans otağında LAN-а birləşdiriləcək “Windows 10” və “Office 2016” ilə təchiz edilmiş 2 ədəd fərdi kompüter - bax: Əlavə. VIII hissə);
- Plenar konfrans otağında geniş ekranlarda proyeksiya üçün ötürücü avadanlıqlar (məsələn: “barco”) və kamera qurğuları;
- Digər tələblər isə (3.10-cu bənddə göstərildiyi kimi) kifayət qədər enerji çıxışı, uzadıcı kabel və telefon əlaqəsidir.
3.7.YUNESKO Katibliyi və Nümayəndə heyətləri üçün mətnhazırlama və kompüter qurğuları (bax: əlavə. VIII hissə)
Aşağıdakı avadanlıqlar həmçinin tələb olunur:
a) YUNESKO Katibliyi (Məsləhətçi orqanlar, Məruzəçi və s. daxil olmaqla)
LAN vasitəsilə yerli serverə qoşulmuş 67 fərdi kompüter (dəqiq say 2019-cu ilin 2 May tarixinə qədər təsdiq olunacaqdır). Ümumiyyətlə, minimum avadanlıqlarla təchiz olunmuşdur: prosessor (məsələn: “dual core İ7”), yastı 21” ekran. Proqram təminatı: “Windows 10” və “Office 2016”, ingilis / fransız dillərində, “Acrobat Pro Version’’ (PDF fayllarmı yaratmaq və dəyişiklik etmək üçün). Tələb olunan proqram təminatının versiyaları YUNESKO Katibliyi ilə müzakirə olunmalıdır. Bütün kompüterlər LAN (yerli şəbəkə) və internetə (geniş zolaqlı internet əlaqəsi) qoşulmalıdır.
Yerində gündəlik ehtiyat yaratmaqla, bütün sənədləri yaddaşda saxlamaq üçün 200 QB sərt disk) müstəqil server ümumi müştərək qovluq kimi xidmət göstərməlidir.
İkitərəfli skaneri olan 1 ədəd kompüter;
Serverin sistematik gündəlik ehtiyatda saxlanılması tələb olunur;
Yerli şəbəkəyə giriş ciddi şəkildə (müvafiq qovluq üçün qovluq icazə tətbiq olunmalıdır) YUNESKO Katibliyi və ikinci cərgədə (podium) 3 kompüterlə məhdudlaşacaq;
Yuxarıda qeyd olunan kompüterlərin ingilis və fransız dillərində klaviaturası olmalıdır;
YUNESKO (zəruri olduğu halda) fransız dilində proqram klaviaturaları təmin edəcək;
Yuxarıda qeyd olunan kompüterlər bir sıra lazer printerlərə birləşdirilməlidir nisbəti / kompüterlər 1:2);
Yuxarıda qeyd olunan kompüterlər iclas zamanı yaradılmış bütün faylları Parisə aparmaq üçün CD/DVD və ya USB disklərdə yazmaq / qeydə almaq funksiyasına malik olmalıdır;
Ən azı bir ədəd çoxfunksiyalı (ikitərəfli və yüksək dəqiqlikli rəngli skanerlə) lazer printer də daxil olmaqla, nisbətən qısa müddətdə geniş sənədləri çap etmək üçün 20 ədəd yüksək qabiliyyətli lazer printer (məsələn: iclasın yekun hesabatı);
Kserosurət (surətçıxarma) kağızı (keyfiyyət 80q/m2) beynəlxalq A4 ölçüsündə; və
Hər bir printer üçün əlavə toner təmin edilməlidir.
b) YUNESKO tərcüməçiləri üçün istirahət otağı
Ümumilikdə, minimum avadanlıqlar təchiz edilmiş bır ədəd kompüter: prosessor (məsələn: “dual core İ7”), yastı 21” ekran. Proqram təminatı: “Windows 10” və “Office 2016”, ingilis / fransız dillərində, “Acrobat Reader Pro Version” (“Acrobat Pro”) (PDF fayllarının yaratmaq və dəyişiklik etmək üçün). Tələb olunan proqram təminatının versiyaları YUNESKO Katibliyi ilə müzakirə olunmalıdır. Bütün kompüterlər yerli şəbəkə və internetə qoşulmalıdır (geniş zolaqlı internet əlaqəsi), ingilis dilində klaviaturaları olan kompüterlər;
Bir ədəd lazer printer.
c) Komitə üzvlərinin istirahət otağı
İki ədəd kompüter və bir ədəd lazer printer.
d) Hökumətin Katibliyi
İki ədəd kompüter və iki ədəd lazer printer.
e) Nümayəndə heyətləri üçün istirahət otağı
İnternet və e-mail çıxışı olan 10 ədəd fərdi kompüter və 2 ədəd printer minimum avadanlıqlarla təchiz edilmiş şəkildə nümayəndə heyətləri üçün ofisdə yerləşdiriləcək: prosessor (məsələn: “dual core İ7”, yastı 21” ekran. Proqram təminatı: “Windows 10” və “Office 2016”, ingilis / fransız dillərində, “Acrobat Pro Version” (PDF fayllarının yaratmaq və dəyişiklik etmək üçün); Kompüterlər internetə qoşulmalıdır (yuxarı bax).
f) Komitənin iclas otağı
Bu otaq ingilis və fransız dillərində mətn təqdimatları üçün altı böyük ekrana ötürücü qurğu vasitəsilə birləşdirilərək “PowerPoint” təqdimatları üçün istifadə olunacaq iki ədəd noutbuk;
Beş ədəd fərdi kompüter, onlardan ikisi ingilis və fransız dillərində mətn təqdimatları üçün ötürücü qurğu vasitəsilə altı böyük ekrana qoşulacaq;
Stenoqraflar üçün iki ədəd noutbuk;
Xronometraj qurğusu
Xronometraj qurğusuna birləşdirilmiş 1 ədəd fərdi kompüter və ya noutbuk (podiumun 2-ci cərgəsində)
Üç ədəd yüksək qabiliyyətli rəngli lazer printer və bir ədəd çoxfunksiyalı (ikitərəfli və yüksək dəqiqlikli rəngli skaner) lazer printer.
3.8.Foto-surətçıxarma
İclas zamanı yaradılan və dublikat üçün tələb olunan sənədlərin təqribi sayı:
- 50 dəst sənəd, Komitənin üzvləri və digərləri (qərarlar barədə yekun hesabat da daxil olmaqla, təxminən 1.000 səhifə = 50.000 səhifə).
Bu miqdarı hazırlamaq üçün minimum tələblər aşağıdakılardır:
a) Enerji əlaqəsi və zəruri istehlak malları ilə üç ədəd yüksək səviyyədə məhsuldar foto-surətçıxarma qurğusu (kağız, toner dəmir bənd və s. daxil olmaqla);
b) Bu üç qurğu Komitənin iclas otaqlarının mümkün qədər yaxınlığında olan ofisdə yerləşdirilməlidir;
Spesifikasiyalar aşağıdakılardır:
- ən azı dəqiqədə 90 nüsxə
- 75 vərəqə qədər (80q/m2) əsli olan sənədin avtomatik daxil edilməsi
- Əsli olan tək vərəqin ötürülməsi
- Qeyri-standart olan əsli üçün ekspozisiya şüşəsi
- Avtomatik və əl ilə dəyişmə seçimi ilə böyük kağız qabı tutumu
- Surətçıxarmanın dəyişdirilməsi - tək-tək; iki - iki və tək - cüt
- Surətin ölçüləri - A5; A4; A3
- Böyüdücü qurğu - A4 ölçü surətdə əslinin 64%-dən - 155%-ə böyüdülməsi üstəgəl 100% 8.5”x 14”
- Avtomatik tutuşdurma və tamamlama (bəndləmə)
- Orijinal ölçülər - avtomatik ötürmə: A5; A4; A3 - əl ilə ötürmə: A5; A4; A3
- Bir ədəd surətçıxarma qurğusu - YUNESKO Katibliyinin əsas ofisində
Bir ədəd surətçıxarma qurğusu - Komitənin iclas otağına yaxın Kserokopiya (surətçıxarma) kağızı (keyfiyyət 80q/m2), beynəlxalq A4 ölçüdə, üç rəngdə: ağ (125.000), yaşıl (2.500) və mavi (2.500).
3.9. Digər ofis tələbləri
a) Kiçik və böyük sənədləri bəndləmək qabiliyyətində olan elektron avtomatik bəndləyicilər;
b) Şreder (kağızları məhv etmək üçün doğrayıcı qurğu);
c) Ağır sənədləri / avadanlıqları daşımaq üçün araba;
d) Ağ lövhə və qələmlər;
e) Yığıncaq otağı və Katiblik üçün dəftərxana və müxtəlif ofis ləvazimatları (bax: əlavə. VII hissə)
3.10. Telekommunikasiyalar
Yerli və beynəlxalq rabitə əlaqələri üçün 43-cü sessiyada iştirak edən bütün YUNESKO Katibliyi üçün mobil (“smart”) telefonlar (vibrasiya ilə).
Bütün telefon nömrələri mümkün qədər tez bir zamanda və ən azı iclas başlamamışdan yeddi gün əvvəl Katibliyə bildiriləcək.
3.11. Mehmanxanada yerləşdirmə və nəqliyyat
Katiblik üçün
a) Effektivlik və təhlükəsizlik baxımından, YUNESKO Katibliyinin bütün işçi heyəti iclasın keçiriləcəyi yerə mümkün qədər yaxın yerləşən eyni mehmanxanada olmalıdırlar; mehmanxana və iclasın keçiriləcəyi yer arasında nəqliyyat YUNESKO Katibliyi üçün səhər saat 06:00-dan gecə saat 24:00-a qədər təmin ediləcək.
b) Hökumət adları və səfər tarixini aldıqdan sonra mümkün qədər tez bir zamanda (UNDSS tərəfindən icazə verilmiş mehmanxanaların siyahısına uyğun olaraq) YUNESKO Katibliyi üçün mehmanxana otağı hazırlıqlarını təsdiq etmək (Hökumətə təqdim edilməsi üçün son müddət 17 may 2019-cu ildir). Katibliyin hər bir üzvü üçün qonaqlarının dəqiq tarixləri 17 may 2019-cu il tarixinə qədər Hökumət ilə razılaşdırılacaq və təsdiq olunacaq.
c) YUNESKO Katibliyinin üzvləri və YUNESKO-nun çox mühüm şəxslərinin şəhərin hava limanına çatması və yola düşməsi zamanı qəbul və daşınma üçün hazırlıqlar.
Komitənin üzvləri üçün
d) Hökumət Komitə üzvləri üçün seçilmiş mehmanxananın tövsiyəsi ilə iclasın keçiriləcəyi yerin yaxınlığında müxtəlif standart və tarifdə olan mehmanxanaların siyahısını təqdim edəcək və kifayət qədər mehmanxana otağını bron edəcəkdir; müvafiq olduğu halda, mehmanxana və iclasın keçiriləcəyi yer və iclasla əlaqəli rəsmi tədbirlər arasında daşıma xidmətləri təmin olunacaqdır.
e) Komitənin sessiyası müddətində Komitə üzvlərinə səfər, mehmanxana və turizm tələbləri ilə əlaqədar kömək etmək üçün iclasın keçiriləcəyi yerdə turizm masası fəaliyyət göstərəcəkdir.
f) Hökumət (fors-major halları da daxil olmaqla) istənilən halda biletlərin və mehmanxana sifarişlərinin ləğv edilməsi və dəyişiklik edilməsi üçün məsuliyyəti üzərinə götürmür.
Digər iştirakçılar üçün
g)Hökumət iclasın keçiriləcəyi yerin yaxınlığında müxtəlif standart və tarifləri olan mehmanxanaların siyahısını təqdim edəcək və nümayəndə heyətləri və müşahidəçilər üçün kifayət qədər mehmanxana otağını bron edəcəkdir; müvafiq olduğu halda, mehmanxana və iclasın keçiriləcəyi yer və iclasla əlaqəli rəsmi tədbirlər arasında daşıma xidmətləri təmin ediləcək.
h) Komitənin sessiyası müddətində nümayəndə heyətləri və müşahidəçilərə öz səfər, mehmanxana və turizm tələbləri ilə əlaqədar kömək etmək üçün iclasın keçiriləcəyi yerdə turizm masası fəaliyyət göstərəcək.
i) Hökumət (fors-major halları da daxil olmaqla) istənilən halda biletlərin və mehmanxana sifarişlərinin ləğv edilməsi və dəyişiklik edilməsi üçün məsuliyyəti üzərinə götürmür.
ƏLAVƏ. II HİSSƏ
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının əlavə xərcləri (ABŞ dolları)
Mühafizə vəziyyəti Ümumdünya İrs Komitəsinin “onlayn” Mühafizə vəziyyəti barədə informasiya sisteminin idarə olunması.
Ümumdünya İrs Komitəsinin sessiyası üçün Mühafizə vəziyyəti barədə iş sənədlərinin hazırlanmasının əlaqələndirilməsi. Mühafizə vəziyyəti barədə hesabatların əlaqələndirilməsi və yekunlaşdırılması.
Qanuni iclasın qərar - hesabat prosesinə nəzarət
(fransız dilində) 165,600
Əlaqə və internet
dəstəyi Ümumdünya İrs Mərkəzinin İnformasiya idarəetmə sistemlərinin idarə olunması, saxlanılması, hazırlanması və fəaliyyəti. Ümumdünya İrs Komitəsinin prosesləri üçün biliklərin idarə olunması da daxil olmaqla, internet saytının işlənilib hazırlanması.
İnternet vasitəsilə yayım da daxil olmaqla, Ümumdünya İrs Komitəsinin kommunikasiya dəstəyi və sessiyadan əvvəl, sessiya zamanı və sessiyadan sonra ÜİM-nin internet saytı və müvafiq məlumat bazalarının yenilənməsi 140,400
İlkin siyahılar və
nominasiyalar Ümumdünya irs nominasiyaları və ilkin siyahı proseslərində təcrübə.
Ümumdünya İrs Komitəsinin sessiyası üçün Ümumdünya irs nominasiyaları və ilkin siyahı prosesləri barədə iş sənədləri və müvafiq məlumat bazalarının hazırlanmasının əlaqələndirilməsi. Qanuni iclasın qərar - hesabat prosesinə nəzarət (ingilis dilində) 140,400
“World Heritage”
Jurnalı “World Heritage” jurnalının xüsusi buraxılışının hazırlanması 74,000
Ümumdünya İrs Xəritəsi İngilis, fransız və ispan dillərində Ümumdünya irs xəritəsinin 35 000 nüsxədə hazırlanması və paylanılması. 90,000
Ümumdünya İrs
Forumları Ümumdünya İrs Gənclər Forumu və Ümumdünya İrs Məkanları Menecerləri Forumunun planlaşdırılması və hazırlanması istiqamətində dəstəyin təmin edilməsinə töhfə vermək 20,000
Cəmi 630,400
Əlavə. III hissə
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar “WORLD HERITAGE” jurnalının xüsusi buraxılışı və ümumdünya irs xəritəsinin hazırlanması
“WORLD HERITAGE” JURNALININ XÜSUSİ BURAXILIŞI
2019-cu ilin iyun/iyul aylarında Azərbaycan Respublikasının Bakı şəhərində keçiriləcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ərəfəsində YUNESKO-nun rüblük dərgisi olan “World Heritage” jurnalının ingilis, fransız və ispan dillərində xüsusi buraxılışı (nöm. 92, iyun 2019) dərc olunacaqdır. Bu buraxılış Azərbaycan Respublikasında ümumdünya irsi sahələrinə və ya Azərbaycan Respublikası və region üçün daha geniş tematik maraq daşıyan sahələrə həsr olunacaqdır.
YUNESKO-nun redaktor heyəti və Hökumətin əlaqələndirici şəxsi birlikdə redaktor yanaşması, buraxılışın tərkibi və mətnlərin müəlliflərini müəyyən edəcəklər.
I-YUNESKO / Ümumdünya İrs Mərkəzinin öhdəlikləri
1.1. Hazırlama: Hökumətin əlaqələndirici şəxsindən məqalələrin əsli ingilis, fransız və ya ispan dillərində qəbul edildikdən sonra jurnalın redaktor komandası digər iki dilə tərcümə edilməsi, mətnlərin dil uyğunluğu və üslubunun redaktə edilməsi və sxemin korrektə olunması üçün məsuliyyət daşıyacaq. Redaktor komandası jurnalın nəşriyyat ortağı olan “PFD Publications LTD” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış plan prosesinə nəzarət edəcək. Redaktor komandası, jurnalın nəşriyyat ortağı və Hökumət tərəfindən birlikdə ikonoqrafik tədqiqat həyata keçiriləcək. Çap işi YUNESKO-nun printerləri vasitəsilə həyata keçiriləcək. Bütün üç (və ya dörd) dildə çapa hazır olan faylların printerə təqdim olunması üçün ən son tarix: 20 aprel 2019-cu il.
1.2. Müəllif hüququ: Redaktor komandası Hökuməti e-poçt vasitəsilə nəşrdə müəllif hüququnun təmin edilməsi, mətn və təsvirlər üçün istifadəçi terminləri barədə məlumat verəcək və e-poçt vasitəsilə bu terminlərə onların razılığını əldə edəcəkdir.
1.3. Paylaşdırma: Xüsusi buraxılış ingilis, fransız və ispan dillərində 6.000 nüsxədə çap olunacaq. Ümumdünya İrs Mərkəzi nüsxələri Daimi Nümayəndə heyətləri, YUNESKO sahə ofisləri, Ümumdünya İrs Mərkəzinin tərəfdaş təşkilatları, beynəlxalq təşkilatları və abunəçilərə paylayacaqdır. Nüsxələr həmçinin YUNESKO və BMT-nin kitab mağazaları vasitəsilə satılacaqdır.
1.4. Ümumdünya İrs Mərkəzi jurnalın 1.000 nüsxəsini (ilkin olaraq, ingilis dilində 600, fransız dilində 250, ispan dilində isə 150) Bakıda Komitənin iclasının keçiriləcəyi yerdə 43-cü sessiyanın iştirakçılarına paylanılması üçün ən gec 20 iyun 2019-cu il tarixinə qədər göndərəcək. Bu nüsxələr komitənin iclasının keçiriləcəyi yerə vaxtında çatdırılması üçün Ümumdünya İrs Mərkəzindən Komitənin tədbirinin keçiriləcəyi yerə qədər təşkil olunan yükdaşımaları vasitəsilə göndəriləcək (bax: əsas sənədin 3.1.g paraqrafı).
1.5. Əlavə olaraq, Ümumdünya İrs Mərkəzi Hökumət tərəfindən əlavə olaraq paylanılması üçün Parisdə Hökumətin YUNESKO-dakı Daimi Nümayəndə Heyətinə buraxılışının 2.000 nüsxəsini təqdim edəcək (arzuolunan dil nisbəti Hökumət tərəfindən müəyyən ediləcək). Qalan nüsxələr yuxarıdakı 1.3 paraqrafında müəyyən edildiyi kimi və həmçinin nəşriyyat ortağı olan “PFD Publications Ltd” Şirkəti tərəfindən dünyada keçirilən beynəlxalq tədbirlərdə və yarmarkalarda, habelə Ümumdünya irsi tərəfdaş şirkətləri tərəfindən paylanacaqdır.
II - Hökumət vəzifələri
II.1. Hökumət 15 sentyabr 2018-ci il tarixinə qədər xüsusi buraxılışın hazırlanmasında jurnalın redaktor komandası ilə əməkdaşlıq üçün əlaqələndirici şəxsi təyin edir. Əlaqələndirici şəxs nəşriyyat / jurnalistika / kommunikasiya profilinə malik olmalıdır, ingilis və ya fransız dilində danışa bilməlidir.
II.2. Hökumət bu buraxılış üçün təqdim etdiyi bütün məqalə mətnləri, istənilən qrafik material (məsələn: xəritə, diaqram, statistika, və s.), o cümlədən bütün şəkillərin YUNESKO üçün pulsuz olmasını və jurnalın bu buraxılışında istisnasız olaraq istifadə olunması üçün müəllif hüquqlarının YUNESKO-ya ötürülməsini təmin etməlidir.
II.3. Hökumətin əlaqələndirici şəxsinin vəzifələri
Hökumətin əlaqələndirici şəxsi Ümumdünya İrs Mərkəzi və redaktor heyəti ilə yaxından əməkdaşlıq şəraitində aşağıdakıları təmin edəcək:
1) 15 oktyabr 2018-ci il tarixinə qədər buraxılışın tərkibinin xülasəsini hazırlamaq;
2) Məqalələrin tərkibi, uzunluğu və təqdimatını müəyyən etmək;
3) 20 noyabr 2018-ci il tarixinə qədər müəllifləri seçmək və məqalələri təhvil vermək;
4) Bu buraxılışda əməkdaşlıq etmək üçün şərtlər barədə müəlliflərə məlumat vermək;
5) 15 yanvar 2019-cu il tarixinə qədər Ümumdünya İrs Mərkəzinə elektron formatda məqalələrin mətnlərini təqdim etmək (jurnalın 3 dildən birində: ingilis, fransız və ya ispan dillərində);
6) 15 fevral 2019-cu il tarixinə qədər buraxılış üçün ikonoqrafık materialı təqdim etmək.
II.4. Hökumətin əlaqələndirici şəxsinə orijinal dildə (ingilis dilində, lakin təsdiq olunmalıdır) jurnalın tərtib olunmuş səhifələrinə baxmaq imkanı yaradılacaq və ondan çap qrafıkinə qədər (məsələn: ən gec I aprel 2019-cu il tarixinə qədər) tələb olunan son müddətlər daxilində istənilən şərh və düzəlişləri Ümumdünya İrs Mərkəzinə təqdim etməsi xahiş olunacaq. Bu tarixdən sonra mətn və ya sxemə heç bir dəyişiklik etmək mümkün olmayacaq.
III - Maliyyə yardımı
Hökumətin Ümumdünya İrs Mərkəzinə etdiyi maliyyə yardımı “World Heritage” jurnalı üçün Xüsusi Buraxılışın hazırlanması məqsədi ilə Ümumdünya İrs Fondunun xeyrinə könüllü yardım kimi təqdim olunmuşdur və bu məbləğ 74.000 ABŞ dolları təşkil edir (10% YUNESKO proqramına dəstək xərcləri də daxıl olmaqla) və qismən layihənin idarə olunması, redaksiya dəstəyi, tərəfdaşlarla əlaqələndirmə, xüsusi buraxılışın üç dildə tərcüməsi, çap edilməsi və paylanılması xərclərini əhatə edəcəkdir (bu yardım artıq Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının əlavə xərcləri cədvəlində qeyd olunmuşdur, səh. 19).
IV - Son müddətlərin xülasəsi
- Hökumət 12 noyabr 2018-ci il tarixinə qədər əlaqələndirici şəxsi təyin edir;
- Tərkibin sxemi 23 noyabr 2018-ci il tarixinə qədər müəyyən edilir;
- Məqalələr 30 noyabr 2018-ci il tarixinə qədər təhvil verilir;
- Məqalələrin mətnləri 15 yanvar 2019-cu il tarixinə qədər Ümumdünya İrs Mərkəzinə təqdim olunur;
- Təsvirlər (şəkillər) 15 fevral 2019-cu il tarixinə qədər təqdim olunur.
- 1 aprel 2019-cu il tarixinə qədər orijinal versiyanın yekun yoxlaması tədbirə ev sahibliyi edən ölkənin əlaqələndirici şəxsi tərəfindən həyata keçirilir;
- Çapa hazır fayllar 20 aprel 2019-cu il tarixinə qədər printerə çatdırılır;
- 20 iyun 2019-cu il tarixinə qədər komitənin tədbirinin keçiriləcəyi yerə çatdırılma.
Qeyd. Bu son müddətlər Komitənin sessiyası üçün müvafiq vaxtda buraxılışın keyfiyyətlə üç dildə hazırlanması üçün zəruridir. Əgər bunlara əməl olunmazsa, o zaman çap edilmiş jurnalın Komitənin sessiyası üçün çatdırılmasına zəmanət verilə bilməz.
ÜMUMDÜNYA İRS XƏRİTƏSİ (2018-2019)
2006-cı ildən etibarən Ümumdünya İrs Komitəsinin qarşıdan gələn sessiyasına Hökumət ilə əməkdaşlıq şəraitində illik Ümumdünya İrs Xəritəsi plakatını hazırlamaq ənənəyə çevrilmişdir. Hər il “National Geographic” ilə ortaq şəkildə (ingilis, fransız və ispan dillərində) hazırlanan bu xəritə tədbirə ev sahibliyi edən ölkədə seçilmiş ümumdünya irsi sahəsinin və eləcə də Ümumdünya İrs Komitəsinin qərarlarına əsasən, yeni qeyd olunan ümumdünya irsi sahələrinin geniş təsvirini xarakterizə edir (bax: https://whc.YUNESKO.org/en/wallmap/).
2012-ci ildən etibarən Ümumdünya İrs Komitəsinin 36 COM 15,nömrəli Qərarının 21-ci paraqrafına əsasən, Hökumət ilə Sazişə Tələblər barədə Bəyanata əlavə kimi, (komitəyə ev sahibliyi edən) ölkə tərəfindən əhatə olunacaq əlavə xərclərin daimi tərkib hissəsi olan müvafiq smeta daxil edilmişdir.
Ümumdünya İrs Xəritəsi (2018 - 2019) Azərbaycanın ümumdünya irsi sahəsini ön səhifədə xarakterizə edəcək. YUNESKO / WH loqosu və müvafiq Azərbaycan orqanının loqosu “National Geographic” jurnalının loqosu ilə yanaşı nümayiş etdiriləcəkdir.
Xəritə hər il YUNESKO tərəfindən 35.000 nüsxə ilə ingilis, fransız və ispan dillərində çap olunur.
Paylanılması
Ümumdünya İrs Mərkəzi nüsxələri YUNESKO-nun 193 daimi nümayəndə heyətinə (milli səviyyədə paylanılması üçün hər bir ölkənin ümumdünya irsi üzrə əlaqələndirici şəxsinə və ya Milli komissiyasına 150 nüsxə); bütün dünyada YUNESKO-nun sahə ofislərinə; Ümumdünya İrs Mərkəzinin tərəfdaş təşkilatlarına (həm özəl və həm də dövlət sektoru, Məsləhətçi orqanlar, institutlar və 2-ci kateqoriya mərkəz və universitetlərə) və beynəlxalq təşkilatlara təqdim edəcək. Nüsxələr il ərzində dünyanın müxtəlif hissələrində qanuni, ekspert, potensialın artırılması və digər iclaslar, konfranslar və ictimai tədbirlər, o cümlədən YUNESKO-nun 2-ci kateqoriya Mərkəzləri və Ümumdünya İrsi ilə əlaqəli orqanları vasitəsilə paylanılır.
Çap edilmiş nüsxələrə əlavə olaraq, Xəritə barədə məlumatlar Ümumdünya İrs Mərkəzinin internet saytının 100.000-dən çox üzvünə göndərilmiş Ümum- 16.-1347dünya İrs Mərkəzinin informasiya bülletenləri vasitəsilə paylanılır. Xəritə həmçinin Ümumdünya İrs Mərkəzinin internet saytında nümayiş etdirilir (ildə 10 milyondan çox baxış).
Bu geniş səviyyədə paylanma Ümumdünya İrsinin, eləcə də Komitənin ən son sessiyası zamanı qeyd olunan yeni sahələrin vacib reytinqini təmin edir. Bu, həmçinin tədbirə ev sahibliyi edən ölkə və onun bütün dünyada ən müxtəlif auditoriya arasında irs barədə məlumatlılığın artırılmasını təmin edir.
Qeyd etmək lazımdır ki, məlumatlılığın artırılması Koreya Milli Komissiyası tərəfindən ildə 50000 - 80000 nüsxə ilə hazırlanan Koreya versiyası və ya müntəzəm olaraq xəritə dərc edən və onu öz xərcləri hesabına oxucularına çatdıran “National Geographic” jurnalının müxtəlif dildə buraxılışları vasitəsilə digər tərəfdaşlar tərəfindən dərc olunan Xəritənin əlavə dildə versiyaları ilə daha da gücləndirilir (məsələn: 2013-2014-cü illərdə yapon və polyak dilində, 2012-ci ildə isə portuqal dilində buraxılışlar və s.).
Azərbaycanda irsin qorunması ilə əlaqəli olan təşkilatlar, sahə menecerləri, ziyarətçi mərkəzləri və müvafiq assosiasiyalar bu nüsxələri ictimaiyyət, qonaqlar və tərəfdaşlara paylaya biləcəklər. Azərbaycanın orqanları Azərbaycanın ümumdünya irsi sahələrindəki ziyarətçi mərkəzində və bu orqanlarının istifadə etmək istəyəcəkləri paylama nöqtələrində pulsuz paylamaq üçün 2.000-ə qədər xəritə ala bilər (yekun nisbəti yekun çap əsasında müəyyən ediləcək).
Yekun olaraq, xəritənin 2.000 nüsxəsi Ümumdünya İrs Mərkəzi tərəfindən nümayəndə heyətləri və iştirakçılar üçün Azərbaycan Respublikasının Bakı şəhərində 43-cü sessiyanın keçiriləcəyi yerdə paylanacaq.
Maliyyə yardımı
Hökumətin Ümumdünya İrs Mərkəzinə maliyyə yardımı bu məqsədlə qeyd olunan ümumdünya irsi xəritəsinin hazırlanması üçün (Ümumdünya İrs Fondunun xeyrinə könüllü yardım kimi) Ümumdünya İrs Komitəsinin təşkil olunması üçün əlavə xərclərin bir hissəsi olaraq təqdim edilir.
Ümumdünya İrs Xəritəsinin üç dildə versiyasının 35.000 nüsxə ilə çap edilməsi üçün Hökumət tərəfindən ayrılmış yardım 90.000 ABŞ dollarıdır, burada aşağıdakılar əhatə olunur: 1. Layihənin idarə olunması, redaksiya dəstəyi və tərəfdaşlarla əlaqələndirmə; 2. dizayn, hazırlama, tərcümə, paylama və bura Ümumdünya İrs Fonduna tətbiq olunan 10 faiz proqram dəstəyi xərcləri daxildir.
I - Ümumdünya İrs Mərkəzinin vəzifələri
1.1. Ümumdünya İrs Mərkəzi Xəritənin yenilənməsi, sxemi və tərcümələri barədə “National Geographic Maps” ilə əməkdaşlıq edəcək. Mərkəz xəritəni ingilis, fransız və ispan dillərində 35.000 nüsxə ilə çap edəcək və onların bütün dünyada yayılmasını təmin edəcəkdir.
1.2. Çapa hazır faylların 15 dekabr 2018-ci il tarixinə qədər YUNESKO-nun printerlərinə təqdim olunması.
1.3. Ümumdünya İrs Mərkəzi milli kanallar vasitəsilə paylanılması üçün Hökumətin YUNESKO-dakı Daimi Nümayəndəliyinə 2.000-ə qədər nüsxə göndərəcək (yekun say və dil nisbəti müəyyən ediləcək). Çatdırılma tarixi: 31 yanvar 2019.
1.4. Ümumdünya İrs Mərkəzi 20 iyun 2019-cu il tarixinə qədər mərkəzdən tədbirin keçiriləcəyi yerə yük daşımaları vasitəsilə 43-cü sessiyanın keçiriləcəyi yerə xəritənin 2.000 nüsxəsini göndərəcək.
II - Hökumətin vəzifələri
II.1. Hökumət 1 oktyabr 2018-ci il tarixinə qədər nümayiş etdirilməsi üçün təsvirlərin seçilməsini Ümumdünya İrs Mərkəzinin əlaqələndirici şəxsinə təqdim edəcək və ya həmin tarixə qədər katiblik tərəfindən əlaqələndirici şəxsə təqdim olunan təsvirlər arasında yekun seçimlər edir.
II.2. Hökumət xəritəyə loqo daxil etmək istəyə bilər (müvafiq nazirlik, orqan və ya sponsor təşkilat). İstehsal üzrə son müddətlərə əməl etmək məqsədi ilə Hökumət 1 oktyabr 2018-ci il tarixinə qədər loqonu Ümumdünya İrs Mərkəzinə göndərəcək.
III - Son tarixlər barədə xatırlatma
- 20 noyabr 2018-ci il tarixinə qədər Xəritədə əsas təsvir kimi xarakterizə olunacaq sahənin təsviri barədə qərar;
- Azərbaycan tərəfindən loqonun 20 noyabr 2018-ci il tarixinə qədər təqdim olunması (müvafiq nazirlik, orqan və ya sponsor təşkilat);
- Ümumdünya İrs Mərkəzi tərəfindən çapa hazır faylların 21 yanvar 2019-cu il tarixinə qədər YUNESKO-nun printerlərinə təqdim olunması;
- Ümumdünya İrs Mərkəzi tərəfindən xəritələrin 20 fevral 2019-cu il tarixinə qədər YUNESKO-nun daimi nümayəndə heyətləri və digər tərəfdaşlara çatdırılması;
- 20 iyun 2019-cu il tarixinə qədər Mərkəzdən tədbirin keçiriləcəyi yerə qədər daşıma tədbirləri vasitəsilə 43-cü sessiyanın keçiriləcəyi yerə xəritənin 2.000 nüsxəsinin çatdırılması.
Əlavə. IV hissə
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar Ümumdünya İrs Gənclər Forumunun təşkili
Son illər Ümumdünya İrs Gənc Peşəkarlar Forumu adlanan Ümumdünya İrs Gənclər Forumu (ənənəvi hal kimi) Ümumdünya İrs Komitəsinin sessiyası ilə birlikdə təşkil olunur. Gənclər forumu Hökumət tərəfindən YUNESKO-nun Ümumdünya İrs Mərkəzi (ÜİM) və daha spesifik olaraq, Ümumdünya İrs Təhsil Proqramı ilə məsləhətləşmə çərçivəsində təşkil olunur. Ümumdünya İrs Gənclər Forumunun tam siyahısı Ümumdünya İrs Mərkəzinin internet saytında yerləşdirilib (https://whc.YUNESKO.org/en/vouth-forum/).
Gənclər forumları gənclərin irsin qorunmasında özlərinə yeni vəzifələr kəşf etmələri və öz səslərini çatdınnalan üçün dialoq üçün platforma vasitəsilə ümumi problemləri müzakirə etməsinə imkan yaradır. Onlar irs üzrə mütəxəssis, maarifçi və gənc insanlar arasında sinerji yaradırlar. Hər bir Gənclər Forumu ümumdünya irsi ilə əlaqəli spesifik mövzuya əsaslanır.
İmkanlar:
- Gənclər Forumunun tədbiri ilə əlaqəli bütün fəaliyyətlərin xərcləri, o cümlədən YUNESKO-nun məsul işçi heyətinin Gənclər Forumunun keçiriləcəyi yerə səfəri və tam qonaqlama xərcləri Hökumət tərəfindən ödənilməlidir.
- Hökumət Ümumdünya İrs Mərkəzi ilə məsləhətləşmə şəraitində mahiyyət və maddi-texniki təchizat baxımından forumun təşkil olunması üçün tam məsuliyyət daşıyacaq.
- Hökumət Ümumdünya İrs Mərkəzi ilə qarşılıqlı fəaliyyət məqsədləri üçün forum üzrə əlaqələndirici şəxsi təyin edəcək.
- Gənclər Forumunun nəticələri Ümumdünya İrs Komitəsi sessiyasının açılış mərasimində təqdim olunacaqdır.
Ümumdünya İrs Mərkəzi ilə məsləhətləşmə şəraitində Hökumət tərəfindən müəyyən ediləcək əsas elementlər:
1. Gənclər Forumunun məqsədləri;
2. Gənclər Forumunun başlığı və mövzuları;
3. Əhatə dairəsi: beynəlxalq səviyyə (21 iştirakçı dövlətdən gənc peşəkarlar,
Ümumdünya İrs Komitəsinin üzvləri də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq);
4. Tədbirin keçiriləcəyi yer: Komitənin sessiyasının keçiriləcəyi yerə rahat çıxış vəd edən ümumdünya irs sahəsinin yaxınlığına üstünlük verilir;
5. Müddəti: bu tədbirin məqsədlərindən asılı olaraq fərqlənə bilər. Optimal müddət 7-9 gündür;
6. Zaman çərçivəsi: Komitənin planlaşdırılmış sessiyasından əvvəl keçiriləcək Gənclər Forumu mümkün yanaşı tədbirlərlə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının birinci və ya ikinci günü təşkil olunacaq;
7. Hazırlıq: hazırlıq müddəti 6-9 ayı əhatə edir;
8. İştirakçılar:
- İştirakçılarının optimal sayı 25 və 30 nəfərdir.
- Profil: seçilmiş mövzudan asılı olaraq müəyyən ediləcək: adətən, 25 və 32 yaş arası, irs və ya forumun mövzusu ilə əlaqəli ali təhsil və xarici dil bacarıqları.
Seçmə: iştirak etmək üçün çağırış vasitəsilə (mexanizm və vasitələr müəyyən ediləcək).
9. Təhlükəsizlik: Gənclər Forumuna tətbiq olunan təhlükəsizlik tədbirləri Komitənin sessiyası ilə əlaqəli olan və tədbirin keçiriləcəyi obyektə (obyektlərə) uyğunlaşdırılmış tədbirlərdən ibarət olmalıdır.
10. Proqram: Gənclər Forumu zamanı həyata keçirilən fəaliyyətlərə aşağıdakılar daxil ola bilər:
- Ümumdünya İrs Konvensiyası və onun icrasında yaranan çətinliklər barədə bilikləri dərinləşdirmək üçün ekspert və irs üzrə mütəxəssislərin verdiyi töhfələr;
- İrsin qorunması, mühafizəsi və təşviq olunması üzrə əsas bacarıqları təmin edən praktiki fəaliyyətlər;
- Seminarlar və qrup müzakirələri;
- Ümumdünya irsi sahələrinə səfərlər;
- İştirakçılar tərəfindən öz ölkələrində irslə əlaqədar məsələlər barədə təqdimatlar;
- Ümumdünya İrs Komitəsinin gənclər modeli: Ümumdünya İrs Komitəsinin təhsil simulyasiyası;
- Nəticələr: Ümumdünya İrs Gənclər Forumunun mövzusu barədə yazılı bəyanat Komitəyə təqdim olunacaq və Ümumdünya İrs Komitəsinin açılış mərasimində sənədli film (3-4 dəqiqəlik) göstəriləcəkdir; Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının birinci və ya ikinci günü təşkil olunacaq mümkün yanaşı tədbirlər zamanı, sessiyanın iştirakçılarına nəticələrin çatdırılması və onlarla müzakirə;
- Ümumdünya İrs Komitəsində iştirak: Hökumət ayrıca olaraq sessiyanın başlanğıcında gənc peşəkarlar, Komitə üzvləri və İştirakçı dövlətlərin nümayəndələri ilə yanaşı tədbirin təşkil olunması məqsədi ilə Komitənin 43-cü sessiyasının ilk iki günündə iştirak xərclərini də üzərinə götürəcəkdir. Müvafiq İştirakçı dövlətlərlə razılaşdırıldığı halda, gənc peşəkarlar öz xərcləri hesabına sessiyada iştirak edə bilər;
- Əlaqə: forum üçün loqo, internet saytı, sosial şəbəkələr (Facebook, İnstagram və ya Twitter), mətbuat buraxılışı, sənədli filmin yaradılması.
- Forumun qiymətləndirilməsi.
Əlavə. V hissə
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar Ümumdünya İrs Məkanları Menecerlərinin Forumunun təşkili
ÜMUMİ MƏLUMAT
Ümumdünya irsi əmlakının müasir ümumbəşəri dəyərinin və mühafizə vəziyyətinin qorunması “Reaktiv Monitorinq və Dövri hesabat kimi tanınan mexanizmlər vasitəsilə Ümumdünya İrs Mərkəzi və Məsləhətçi orqanlar (İCCROM, İCOMOS və İUCN) tərəfindən dəstəklənən prosesdə Ümumdünya İrs Komitəsi tərəfindən müşahidə olunur. Reaktiv Monitorinq prosesi zamanı müəyyən vəziyyətə reaksiya verilir və bu İştirakçı Dövlətlərdən məlumatların toplanılması, Reaktiv Monitorinq missiyaları və Ümumdünya İrs Mərkəzi və Məsləhətçi orqanlar tərəfindən mühafizə vəziyyəti barədə hesabat layihələrinin hazırlanmasını əhatə edir. Bu hesabatlar Ümumdünya İrs Komitəsinin illik yığıncaqlarında müzakirə olunur və qəbul edilən qərarlar sonra icra olunması üçün əlaqəli iştirakçı dövlətlərə göndərilir. Bu sorğuların həyata keçirilməsi üçün məsuliyyət ilkin olaraq yuxarıda qeyd olunan abidə menecerlərinin üzərinə düşür. Bu şəxslər əlaqəli tövsiyələr üçün informasiya mübadiləsi və məzmunun hazırlanmasına cəlb olunmur və ya məhdud şəkildə cəlb olunurlar. Qəbul edilmiş tövsiyələr onların masalarının üzərinə qoyulur və bütün qərar qəbuletmə prosesində birgə anlaşma əldə olunmadığı halda, abidə menecerləri bu qərarlar xüsusunda fəaliyyət göstərmək və bununla əlaqədar ümumdünya irsi proseslərində digər iştirakçıların da cəlb olunmasına kömək etmək səlahiyyətinə malik olmurlar.
Ümumdünya İrsi Siyahısının nəzərdən keçirilməsinə 1.000-dən çox sahə və onun mühafizəsi altında olan 276 milyon hektardan çox qlobal ərazi daxildir, məkan menecerləri arasında ümumdünya irsi üzrə qərar qəbuletmə prosesi barədə geniş anlaşma Müasir Ümumbəşəri Dəyərin daha effektiv şəkildə qorunmasına nail olmaq üçün həlledici olur. Bu, ümumdünya irsinin, eləcə də ümumilikdə irsin qorunması üçün Konvensiyanın vasitə və katalizator potensialını reallaşdırmağa imkan yaradacaq. Eyni zamanda, ümumdünya irsi üzrə qərar qəbuletmə prosedurlarına gələcək təkmilləşdirmələr gündəlik olaraq ümumdünya irsi ilə məşğul olanların cəlb edilməsinə əsaslanmalı və onlara daha çox reaksiya verilməlidir.
Ümumdünya irsi sisteminin prosedur özəyi və onun xarici seqmentləri arasında güclü körpülər yaradılmalıdır - ümumdünya irsi əmlaklarının müasir ümumbəşəri dəyərini qorumaq sahəsində davam etdirilən işlər konvensiyanın real ifadə olunmasını təmin edir. Bu kontekstdə aşağıdakı məqsədlərlə 2017-ci ildə Komitənin 41-ci sessiyası zamanı Polşa tərəfindən başladılmış Ümumdünya İrs Məkanları Menecerlərinin Forumunu davam etdirmək, ümumdünya irsi prosedurlarının mərkəzində olanlarla ümumdünya irsi mülkiyyətlərinin nümayəndələrini birləşdirmək təklif olunur:
• Ümumdünya İrsi Konvensiyasının gələcəyi və ümumilikdə, irsin qorunması üçün Komitənin rolunun və ümumdünya irsi sahələrinin vəziyyəti / mühafizəsinin əhəmiyyətinin ümumilikdə dərk edilməsinə nüfuz etmək;
• Ümumdünya İrs məkanlarının menecerlərinin Ümumdünya İrsi haqqında Konvensiyanın həyata keçirilməsində həlledici rolunu və ümumdünya irs sisteminin bir hissəsi olduqlarını daha yaxşı başa düşmələrinə imkan yaratmaq;
• Konvensiyanın irsin qorunmasına imkan yaradan real vasitə kimi dərk edilməsinə nüfuz edəcək menecerlərin fəaliyyəti ilə Komitənin qərarları arasında nisbəti göstərmək;
Məkan menecerlərini birbaşa olaraq Ümumdünya İrs Komitəsinin sessiyaları zamanı mühafizə vəziyyəti barədə hesabatlar üzrə müzakirə olunan məsələlərə cəlb etmək.
Tələb
Foruma ev sahibliyi edən şəhər
Foruma Ümumdünya İrs Komitəsinin sessiyasının keçirildiyi şəhərdə tədbirə ev sahibliyi edən ölkə ev sahibliyi edəcək. Əgər sessiya Ümumdünya İrsi Siyahısına daxil edilmiş şəhərdə keçirilərsə, o zaman Foruma Ümumdünya İrs Məkanının Rəhbərliyi ilə birlikdə ev sahibliyi etməlidir.
Ümumdünya İrs Mərkəzi və Məsləhətçi orqanlarının rolu
Forumun təşkil olunmasına kömək edə biləcəyi hesab edilən əsas Məsləhətçi orqan “ICCROM” təşkilatıdır, belə ki, bu təşkilat ümumdünya irsi ilə əlaqəli təlimlərdə və potensialın artırılması üzrə fəaliyyətlərdə ixtisaslaşıb və həmçinin Reaktiv Monitorinq prosesində iştirak edir. Forumun mövzusu və proqramı “ICCROM” təşkilatı ilə birlikdə Hökumət tərəfindən təklif olunacaq və hazırlanacaqdır. Mövzunun müəyyən edilməsi öz təşkilati perspektivlərini təqdim etmələri üçün Ümumdünya İrs Mərkəzi, o cümlədən Məsləhətçi orqanlar (“ICOMOS” və “IUCN”) ilə məsləhətləşmə çərçivəsində həyata keçiriləcək.
Ümumdünya İrs Mərkəzi sessiya üçün hazırlanacaq hesabatların siyahısını yekunlaşdırdıqdan sonra Forumun təşkilatçılarına əlaqəli şəxslər barədə məlumatlarla yanaşı siyahını təqdim etməlidir (məsələn: sahə menecerləri).
İştirakçıların seçilməsi meyarları
Ümumdünya İrs Komitəsinin hər bir sessiyası üçün Təhlükədə olan ümumdünya irsi siyahısındakı mülkiyyətlər də daxil olmaqla, ümumdünya irsi sahələrinin mühafizə vəziyyəti ilə əlaqədar hazırlanmış 150-dən çox mühafizə vəziyyəti barədə hesabat vardır. Təxminən 30 hesabat plenar müzakirələrdə müzakirə olunub və qalanları hər hansı müzakirə olmadan yerli qaydada qəbul edilmişdir.
İştirak üçün çağırış bütün Ümumdünya İrsi məkanları menecerlərinə veriləcək (“məkan menecerləri” termini müxtəlif milli formatlara uyğun olaraq müxtəlif iyerarxiyalar və mövqeləri əhatə edə bilər). Bu çağırış onlayn şəkildə, eləcə də YUNESKO-dakı Daimi Nümayəndə Heyətləri və Milli Komissiyalar, Ümumdünya İrs Mərkəzinin kommunikasiya kanalları və digər mümkün vasitələrlə yayılacaq. Maraqlı olan məkan menecerləri ərizə formasını dolduracaq və bu ərizəni Milli komissiyalar vasitəsilə (sonradan müəyyən edilən prosedura uyğun olaraq) təqdim edəcəklər.
Optimal iştirak sayı maksimum 100 nəfər təşkil edir (təhlükəli qeyd olunan sahələr, LDC, SID və s bu kimi spesifik hallar istisna olmaqla, hər iştirakçı dövlətdən bir nəfərə üstünlük verilir). Yekun olaraq gender balansı, irsin növ təmsilçiliyi, regional balans və resursların mövcudluğu kimi spesifik meyarlara əsasən Hökumət tərəfindən Ümumdünya İrs Mərkəzi və Məsləhətçi orqanlarla məsləhətləşmə şəraitində seçiləcək. Qeyd olunmalıdır ki, bir sıra transmilli / transsərhəd mülkiyyətlər halında, əlaqəli iştirakçı dövlətin maksimum bir nümayəndəsi qəbul edilə bilər. Təhlükədə olan Ümumdünya irsi siyahısında göstərilən mülkiyyətləri təmsil edən məkan menecerlərinin birinci iştirakı, o cümlədən Komitənin müvafiq sessiyasında mühafizə vəziyyəti barədə hesabatları təqdim olunan (Ümumdünya irsi mülkiyyətlərindən olan və məkan menecerlərinin əvvəlki forumlarında iştirak etməyən) menecerlərin iştirakına yüksək üstünlük veriləcək.
Hökumət az inkişaf etmiş ölkələr və SIDS nümayəndələrinin Forumda iştirak etməsinə imkan yaratmaq üçün vəsaitlər ayırmalıdır (Ümumdünya İrsi Fondu üçün olan eyni prioritetlə). Bu iştirakçılar üçün maddi-texniki təchizat tədbirləri Hökumət tərəfindən həyata keçiriləcəkdir. Mövcud vəsaitlərdən çox müraciət daxil olduğu halda, maliyyələşdirilən iştirakçıların seçilməsi zamanı spesifik meyarlar nəzərə alınacaqdır (məsələn: təhlükəli qeyd edilmiş ərazilər, Forumda az təmsil olunan irs növləri və ya az təmsil olunan regionlar, qadın abidə menecerləri, çox az sahələri olan iştirakçı dövlətlərdə sahələr və s. görə üstünlük meyarları əlavə olaraq müəyyən edilir).
İştirak üçün çağırış proseduruna iştirakçıların seçimi üzrə meyarlar və müvafiq son tarixlər barədə şəffaf və təfsilatlı məlumatlar daxil olacaq. Müraciət prosesinin onlayn təqdimat yolu ilə həyata keçirilməsinə üstünlük verilir. Səfər qrantı alan iştirakçılar üçün ayrıca “onlayn” ərizə forması təmin ediləcək.
Forumun plenar müzakirələrinin canlı yayımlanması mümkün qədər çoxlu qeydiyyatdan keçmiş iştirakçılara təmin olunacaq. Bu xidmətlərin xüsusiyyətləri təşkilatın tərəfdaşları arasında razılaşdırılacaqdır.
Əsas mövzunun seçilməsi
Ümumdünya İrs Məkanları Menecerlərinin Forumu iştirak edən məkan menecerlərinin Ümumdünya İrs Sistemi və Reaktiv Monitorinq prosesi ilə daha yaxından tanış olmalarına imkan yaratmalıdır. Forumun mövzusunda Ümumdünya irs Məkanları Menecerlərinin üzləşdiyi və son illər ümumdünya irsi sahələrinin mühafizə vəziyyəti barədə hesabatlarda təsdiq olunan ümumi tendensiyaların təhlilindən qaynaqlanan cari məsələlərə müraciət olunmalıdır. Seçilmiş mövzu çarpaz və regional olmalıdır və spesifik tədqiqat nümunələri, eləcə də ən yaxşı təcrübə nümunələri ilə işıqlandırılmalıdır. Forum müddətində diqqət potensialın artırılması üzrə elementlərə yönəldilməlidir.
Forum üçün təklif olunan mövzu sonrakı mərhələdə Hökumət, Ümumdünya irs Mərkəzi və Məsləhətçi orqanlar arasında məsləhətləşmə şəraitində müəyyən edilməlidir.
Ümumdünya İrs Məkanları Menecerlərinin Forumunun dilləri Hökumət və Ümumdünya İrs Mərkəzi arasında məsləhətləşmə şəraitində müəyyən ediləcək. Forumun təşkil olunması üçün bütün maddi texniki təchizatlar Hökumət tərəfindən təmin olunacaqdır.
Nəzərdə tutulan müddət:
• Nəzərdən keçirilməsi üçün mühafizə vəziyyəti barədə siyahının yekunlaşdırılması - 1 mart;
• Müraciətlər üçün çağırışın dərc edilməsi - mümkün olarsa, forumun açılışından 4 ay əvvəl;
• Onlayn müraciətin son müddəti - mümkün olarsa, forumun açılışından 2.5 - 3.5 ay əvvəl;
• İştirakçıların yekun seçimi - Forumun açılışından ən azı 6 həftə əvvəl;
• Seçilmiş iştirakçılar barədə bildiriş - Forumun açılışından ən azı 4 həftə əvvəl.
• Hökumət və Məkan Menecerlərinin Forumu üçün Ümumdünya İrs Mərkəzinin müvafiq əlaqələndirici şəxsi arasında spesifik tarixlər razılaşdırılacaq.
• 2019-cu il Məkan Menecerləri Forumunun keçirilməsi üçün Ümumdünya İrs Mərkəzi ilə məsləhətləşmə çərçivəsində tədbirə ev sahibliyi edən ölkə tərəfindən müəyyən ediləcək əsas elementlər:
• Tədbirin keçiriləcəyi yer: Bakı Konqres Mərkəzi (Bakı, Azərbaycan), Komitə və Forumun keçiriləcəyi yer arasında asan gediş - gəlişə imkan yaratmaq üçün nəqliyyat təmin ediləcək;
• Zaman çərçivəsi: 26 iyun - 4 iyul 2019;
• İştirakçıların optimal sayı (nəfər) 100 nəfərə qədər;
• Təhlükəsizlik: Məkan Menecerləri Forumuna tətbiq olunan təhlükəsizlik tədbirlərində Komitənin sessiyası ilə əlaqəli olan və tədbirin keçiriləcəyi yerə (yerlərə) uyğunlaşdırılmış olanlar əks etdirilməlidir;
• Əlaqə: loqo, internet saytı, sosial şəbəkələr (Facebook, Instagram və Twitter), mətbuat buraxılışının yaradılması;
• “Onlayn” iştirak (mümkün olduğu halda): qeydiyyatdan keçmiş və fiziki baxımdan Forumda iştirak edə bilməyən iştirakçılar təhlükəsiz canlı yayımlanan və “onlayn” müzakirə forumuna giriş əldə edəcəklər.
• Forumun qiymətləndirilməsi Komitənin sessiyası başa çatdıqdan sonra “onlayn” sorğu vasitəsilə həyata keçiriləcək.
Əlavə. VI hissə
Tələblər barədə Bəyanatın 2.4-cü və 3.1-ci bəndləri
BU TƏLƏBLƏR BARƏDƏ BƏYANATDA ƏHATƏ OLUNAN CƏMİ
SAY SƏFƏR XƏRCLƏRİ VƏ TƏYYARƏ BİLETLƏRİ GÜNDƏLİK EZAMİYYƏ VƏ TERMİNAL XƏRCLƏRİ
Hökumət tərəfindən qarşılanacaq. YUNESKO üzvlərinin işçi heyəti - İngilis / fransız dillərində tərcüməçilər (sayı təsdiq olunacaq)
Mətn operatorları
CƏMİ: 50 nəfər Komitə qarşısında
YUNESKO Katibliyinin üç üzvü hazırlıq missiyasını həyata keçirəcək (5-8 noyabr 2018)
YUNESKO Katibliyinin 4 üzvü hazırlıq missiyasını həyata keçirəcək (3-6 mart 2019)
Komitənin sessiyası üçün
Aşağıdakılar da daxil olmaqla. 50 nəfər: YUNESKO üzvlərinin işçi heyəti
(başqaları ilə birlikdə, DG, Mədəniyyət üzrə ADG, Hüquq məsləhətçisi, YUNESKO-nun təhlükəsizlik əməkdaşı, mətbuat nümayəndəsi və s. daxil olmaqla) Tərcüməçilər
(ingilis / fransız dilləri, komanda rəhbəri daxil olmaqla)
Mətn operatorları Gündəlik ezamiyyə xərcləri (əgər tətbiq olunarsa)* Terminal xərcləri **
Gündəlik ezamiyyə xərcləri (əgər tətbiq olunarsa) * Terminal xərcləri **
Gündəlik ezamiyyə xərcləri (əgər tətbiq olunarsa) * Terminal xərcləri **
Əlavə. VII hissə
YUNESKO Katibliyi üçün dəftərxana ləvazimatlarının təxmini
SİYAHISI
(bütün dəftərxana ləvazimatları 27 iyun 2019-cu il tarixinə qədər təmin ediləcəkdir)
50 USB disklər (16GO)
6 Xarici sərt disk (1 TO)
20 Ofis bəndləri (stepler)
15 qutu qutu Stepler (dəftərxana sancaqvuranı)
2 Sənaye stepleri (“Esselte”)
1 qutu qutu Stepler 23/13
15 Sancaq çıxaran
10 Yapışqan (skoç) lent (normal)
5 Yapışqan (skoç) lent (böyük)
200 Müxtəlif rəngdə nazik kağız qovluqları dəsti, A4 ölçüdə
100 Şəffaf plastik, yan tərəfləri dəlikli fayllar, A4 ölçüdə
30 qutu qutu Kağız sancağı № 3
300 Nazik qovluqlar
50 Sərt örtüklü qovluqlar (elastik bərkidicilərlə)
40 “Leitz” faylları (böyük)
20 “Leitz” faylları (kiçik)
100 Fayl bölmələri
20 “Poçt” paketləri
10 Qayçılar
10 Dəlikaçanlar 8 sm
10 Yapışqan (skoç) rulonu
60 Qara və mavi qələmlər
20 Qırmızı qələmlər
Ofislər üçün zibil qutuları
2 Karandaş yonan
20 Silinməyən marker (hər birindən 2 ədəd mavi / qırmızı /yaşıl)
40 Pozanlı karandaşlar
20 Markerlər (2 çəhrayı /narıncı /sarı)
60 A4 xətli yazı yazmaq üçün altlıq
50 Surətçıxarma kağızı qutuları:
(hər qutuda 2.500 vərəq) fotosurət kağızı 80 qram A4 formatında (210 x 297 mm) lazım olduğu halda, daha çox.
Yaşıl rəngli (2.500) və mavi rəngli kağız (2.500)
Əlavə olaraq, Katibliyin səmərəli fəaliyyəti üçün zəruri hesab edilən (və sessiyanın müddətində tələb olunan və tədbirə ev sahibliyi edən ölkə tərəfindən təsdiq olunmuş) digər əşyalar.
Hər hansı qalan əşyalar Hökumətə geri qaytarılacaqdır.
Əlavə. VIII hissə
Tələblər barədə Bəyanatın 3.7-ci bəndi 3 May 2019-cu il tarixinə qədər təsdiq olunacaq
Yerləşdiyi yer Klaviaturası olan kompüterlər Printer və digər xidmətlər
YUNESKO Katibliyinin ofisi, Komitənin sədri və məsləhətçi orqanlar 51 ədəd fərdi kompüter Kompüterlərin hamısı CD / DVD qeydiyyat funksiyasına malik olmalıdır 22 ədəd yüksək qabiliyyətli lazer printeri (iki rəngli printer və bir çox funksiyalı printer daxil olmaqla)
YUNESKO tərcüməçiləri üçün istirahət otağı 1 ədəd fərdi kompüter 1 ədəd lazer printer
Komitənin üzvləri üçün istirahət otağı 2 ədəd fərdi kompüter və ya noutbuk 1 ədəd lazer printer
Nümayəndə heyətləri üçün ofis 10 ədəd fərdi kompüter1 və ya noutbuk 2 ədəd yüksək qabiliyyətli lazer printer
Büronun görüş otağı 2 ədəd fərdi kompüter 1 ədəd lazer printer
Komitənin iclas otağı 9 ədəd fərdi kompüter
2 ədəd noutbuk1 - (ingilis / fransız dillərində mətn təqdimatları üçün “PowerPoint” faylının ötürücü qurğular vasitəsilə altı böyük ekrana qoşulması)
4 ədəd fərdi kompüter: bunlardan 2- si ingilis / fransız dillərində mətn təqdimatları üçün ötürücü qurğu vasitəsilə altı böyük ekrana qoşulmuş masa üstü kompüterlər
2 ədəd noutbuk1 - (stenoqraflar üçün) Xronometraj qurğusu üçün 1 ədəd fərdi kompüter və ya noutbuk 3 ədəd yüksək qabiliyyətli rəngli lazer printer
ədəd yüksək qabiliyyətli çoxfunksiyalı printer
ədəd kiçik rəngli monitor (11”- 12”) podiumun birinci cərgəsində yerləşdiriləcək (məruzəçi üçün biri fransız, digəri isə ingilis dilində olan mətn üçün)
Plenar iclas otağında Komitə üzvləri üçün geniş zolaqlı internet əlaqəsi Podiumda olan bütün kompüterlər üçün geniş zolaqlı internet əlaqəsi YUNESKO-nun ofisləri üçün geniş zolaqlı internet əlaqəsi
Plenar iclas otağı və Büronun görüş otağında, o cümlədən dəhlizdə simsiz internet əlaqəsi (Wi-Fi)
Foto-surətçıxama otağı İnternetə çıxış üçün yerli şəbəkəyə və çap etmək üçün foto-surətçıxaran qurğulara qoşulmuş 2 ədəd fərdi kompüter
CƏMİ 77 ədəd fərdi kompüter və ya noutbuk 31 ədəd printer və 2 ədəd monitor
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.