AZ   |   EN

İbn Sinanın “Tibb elminin qanunu” əsərinin II cildi

UNESCO-nun Dünya Sənəd İrsi “Dünya yaddaşı” reyestri

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda qədim dövrə aid 390 tibbi sənədlər toplanıb. Onlardan 363 əlyazması IX əsrə aiddir. Onların əksəriyyəti ərəb dilində - ərəb xətti ilə yazılan əlyazmalardır. Bunlardan 70 əlyazma ərəb dilində, 71-i - türk dilində (türk, tatar, kumık, özbək), qalanları isə fars dilindədir. 

13-17 iyul 2005-ci ildə UNESCO-nun Çin Xalq Respublikasında keçirilən növbəti yığıncağında Tarixi Abidələrə dair Beynəlxalq Komitənin zəmanəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan orta əsrlər təbabətindən və əczaçılığından bəhs edən üç əlyazma Dünyanın Yaddaşı Proqramının reyestrinə daxil etmişdir. Bu proqram, bəşəriyyətin nadir və əvəzolunmaz yazı abidələrini əhatə edir. Qərarı təsdiq edən Sertifikat UNESCO-nun rəhbəri Dr. K. Matsuura tərəfindən Əlyazmalar İnstitutuna təqdim edilmişdir. 

Bu üç əlyazma - İbn Sinanın "Tibb elminin qanunu" əsərinin II cildi, Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "əl-Məqalə əs-Sələsun" əsərinin əlyazmasının XIII əsr nüsxəsidir.

 ⃰⃰⃰⃰⃰⃰⃰   ⃰⃰⃰⃰⃰⃰⃰   ⃰⃰

Qərbdə Avisenna (980-1037) kimi tanınan İbn Sinanın "Tibbin Kanonu" ("Təbabət elminin qanunu", 1030) adlı əsərinin ikinci cildinin ən qədim nüsxəsi (əlyazma) mövcuddur və ərəb dilində yazılmış tibbə və farmakologiyaya aid məşhur risalədir. Bu  əlyazma 1143-cü ildə (Hicrə ilə 537) müəllifin ölümündən 104 il sonra Bağdadda nəsx xətti ilə köçürülüb.

Bu ikinci cild əsasən farmakologiya sahəsinə aiddir. Burada bitkilər, minerallar və heyvan maddələrindən yüzlərlə təbii dərmanların təsvirləri var. Müəllifin ölümündən 106 il sonra yenidən köçürülmüş “Tibbin Kanonu” ("Təbabət elminin qanunu") dünyada ən qədim və unikal əlyazmalardan biri sayıla bilər. Avisennanın əlyazmaları dünyada ən mötəbər hesab edilir. "Tibbin Kanonu"nun ikinci cildi sonradan özbək və rus dillərinə yuxarıda qeyd olunan Bakı əlyazmasından tərcümə olunmuşdur (Daşkənd, 1982).

Buxara (Qədim İran, bu günkü Özbəkistan) yaxınlığında Əfşanə şəhərində anadan olan Avisenna  öz çox saylı tibbi müayinələrini sonradan Qədim İran və Azərbaycanda keçirmişdir. Ərəb dilində olan “Tibbin Kanonu”, həm Şərq, həm də Qərb tibb tarixində (Britannica Ensiklopediyasında göstərildiyi kimi) ən məşhur ensiklopedik kitabdır."

Orta əsrlər dövründə “Tibbin Kanonu”, bütün Müsəlman Dünyasında və Xristian Avropasında tibb elminin inkişafına öz təsirini göstərdi. XII əsrdə “Tibbin Kanonu” Kremonalı alim Jerard (1140-1187) tərəfindən ərəbdən latın dilinə tərcümə edilmiş, və Avropa universitetlərində tibbi dərslik kimi istifadə edilməyə başlamışdı. Kitab elə ehtiramla qarşılandı ki, hətta Mikelancelo bu barədə belə söyləyirdi: "Avisennaya dəstək verib və səhv olmaq, başqalarına dəstək verib düz olmaqdan daha yaxşıdır"

Əlyazma qalın ağ kağız üzərində yazılmışdır. Mətn qara, başlıq qırmızı rəngdədir; format: 18x20 sm, səhifələrin sayı: 186.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.