AZ   |   EN

Rüstəm Curcaninin “Nizamşahın ehtiyatları” əsəri

XIII əsrdə yazılmış bu kitab Zeynəddin Cürcaninin məşhur tibbi kitabını təqlid etmişdir. Rüstəm Cürcaninin əlyazması unikaldır və həmin kitab dünyanın yeganə əlyazmasıdır.

Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” (“Nizamşahın azuqələri”) əsəri orijinal əsər olmaqla bərabər Zeynəddin ibn Əbu İbrahim Cürcani (XII əsr) tərəfindən yazılan "Zəxireyi -Xərəzmşahi" əsərinə bənzəyir. Bu əlyazma unikaldır və dünyanın digər əlyazma əmanətlərində (anbarlarında) tapılmamışdır; ən azı, dünyadakı bilinən digər kataloqlarda bu ada rast gəlinməyib.  Kompilyasiya tarixi məlum olmasa da, əlyazma XVI əsrdə (Hicrə ilə 954) köçürülüb. Kitab tibbi bitkilərin, heyvandan alınan maddələrin, mineralların və mürəkkəb dərmanların əczaçılıq üzrə xüsusiyyətlərinin təsvirini verir. Bu kitab Qədim İran və fars dilli ölkələrdə tibb və farmakologiyanın inkişafına öz təsirini göstərib. Həmin əsər əlyazma şəklində saxlanılır və hələ də tərcümə və çap edilməyib.

Əlyazma Nəstəliq xətti ilə ağ kağızda qara mürəkkəb ilə yazılıb. Başlıqlar qırmızı mürəkkəb ilə yazılıb. Cildlənməsi qara dəridəndir. İlk səhifə ornamentlə naxışlanıb; format: 16x25 sm, səhifələrin sayı: 487.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.