AZ   |   EN

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2022-ci il

 

Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi

SAZİŞİ

Bundan sonra tək halda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti (bundan sonra - Donor) və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (bundan sonra - UNESCO),

UNESCO-nun, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində dünya xalqları üçün irqi, cinsi, dil və ya dini ayrı-seçkilik etmədən təsbit olunan ədalətə, qanunun aliliyinə, insan hüquqlarına və fundamental azadlıqlara tam ehtiramın göstərilməsi niyyətilə təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə millətlər arasında əməkdaşlığı təşviq edərək sülhə və təhlükəsizliyə töhfə vermək məqsədinin Donor tərəfindən dəstəkləndiyini,

Donorun, həm də UNESCO-nun COVID 19-a qarşı Qlobal Təhsil Koalisiyası daxilində təhsil cavabı ilə əlaqədar fəaliyyətlərin həyata keçirilməsi üçün vəsait ayırmaqla UNESCO ilə əməkdaşlığı gücləndirmək istəyini,

UNESCO-nun Baş Direktorunun Maliyyə Qaydalarına uyğun olaraq, UNESCO-nun məqsədi, siyasəti və fəaliyyəti ilə bir araya sığan işlərin görülməsi məqsədilə donorlardan vəsait almağa səlahiyyətli olduğunu nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Ümumi şərtlər

1. Hazırkı Sazişin məqsədi UNESCO-nun COVID 19-a qarşı Qlobal Təhsil Koalisiyası daxilində təhsil cavabı ilə əlaqədar UNESCO-nun fəaliyyətlərinə dəstək verməkdir, bu baxımdan Sazişə Əlavə kimi konsepsiya qeydi əlavə edilmişdir.

2. Donor UNESCO-nun COVID-19-a qarşı Qlobal Təhsil Koalisiyası daxilində təhsil cavabı üçün 1,000,000 ABŞ dolları (Bir milyon Amerika Birləşmiş Ştatları dolları) məbləğində ianə edəcəkdir. Donor tərəfindən köçürülən maliyyə ianələri bu maddənin 4-cü bəndində qeyd edilən layihə hesablarına yatırılmadan əvvəl Ümumi Azərbaycan Fondunda (550AZE9000) toplanacaqdır.

3. Hazırkı Sazişin imzalanmasından sonra və UNESCO ilə Donor arasında sonrakı məsləhətləşmələr əsasında, UNESCO müvafiq təfsilatlı layihə sənədini/sənədlərini, o cümlədən UNESCO-nun COVID-19-a qarşı Qlobal Təhsil Koalisiyası daxilində təhsil cavabı çərçivəsində müəyyən edilmiş layihə üçün büdcə bölgüsünü Donora təqdim edəcəkdir. Təfsilatlı layihə sənədinin/sənədlərinin təsdiqlənməsi, UNESCO ilə Donor arasında, təfsilatlı layihə sənədini və büdcəni ehtiva edən məktubların mübadiləsi vasitəsilə rəsmiləşdirilir.

4. UNESCO müəyyən/və ya hər bir layihə üçün ayrıca bir hesab yaradır və orada layihəyə aid bütün daxilolmaları və xərcləri, habelə layihəyə dəstək xərclərini aşağıdakı qaydada qeydə alır:

UNESCO-nun hesabları ABŞ dolları ilə saxlanıldığından, digər valyutalarla edilən töhfələr əməliyyat tarixində qüvvədə olan Birləşmiş Millətlər Təşkilatının əməli mübadilə məzənnəsinə və ya köçürmə zamanı üstünlük təşkil edən bazar məzənnəsinə uyğun olaraq hesaba qoyulacaqdır.

5. Yuxarıdakı 3-cü bənddə göstərildiyi kimi, təfsilatlı layihə sənədi/sənədləri üzrə təsdiqetmə məktublar mübadiləsi yolu ilə rəsmiləşdirildikdən sonra UNESCO maliyyə vəsaitlərini Ümumi Azərbaycan Fondundan (550AZE9000) layihə hesabına/hesablarına köçürəcəkdir.

Bu məbləğ layihənin birbaşa xərclərinin ödənilməsi və layihənin birbaşa xərclərinin 9% səviyyəsində, UNESCO-nun layihəyə texniki və inzibati nəzarəti üçün məsrəflərinə töhfə vermək üçün nəzərdə tutulmuşdur.

6. Donor tərəfindən ayrılan vəsait UNESCO-nun tənzimləmələrinə və qaydalarına uyğun olaraq istifadə olunur.

7. UNESCO yuxarıda göstərilən birbaşa layihə xərcləri və inzibati dəstək xərcləri üçün yerləşdirilmiş məbləğdən istifadə edə bilər.

8. Yuxandakı 2-ci bənddə göstərilən maliyyə vəsaiti, ayrıca bir ölkədə layihələr üçün alındığı halda UNESCO layihənin həyata keçirilməsi üçün benefisiar Hökumət ilə fəaliyyət planı və ya başqa bir saziş hazırlayır.

Fəaliyyət planı və ya digər bir saziş, təsdiq edilmiş büdcəyə və etimad fondları ianəsi üçün razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq, Donor tərəfindən ayrılan vəsaitə münasibətdə UNESCO-nun öhdəliklərinin şərti olduğunu müəyyən edir.

9. Mümkün olduqda, UNESCO artıq qalmış vəsaitləri qısamüddətli faizli depozitlərə yatıracaqdır. UNESCO-nun qaydalarına və tənzimləmələrinə uyğun olaraq, əldə edilmiş gəlirin 2/3 hissəsi hesaba, 1/3 hissəsi isə inzibati və idarəetmə komisyon haqqı kimi UNESCO-ya köçürüləcəkdir.

10. UNESCO illik maliyyə hesabatlarını Donora təqdim edir və Donor tərəfindən tələb olunduqda, vahid maliyyə hesabatını təmin edir. Layihə üzrə əməliyyatlar başa çatdıqdan sonra mümkün olan ən qısa müddətdə UNESCO Donora yekun maliyyə hesabatını təqdim edir. Donor UNESCO-nun təklifi ilə başqa bir qərar verməzsə, layihə üzrə bütün öhdəliklər yerinə yetirildikdən sonra layihə hesabında qalan hər hansı qalıq vəsait Donora qaytarılır. Maliyyə hesabatları təsdiq edilmiş büdcə formatında təqdim ediləcəkdir.

11. UNESCO layihənin yerinə yetirilməsinin vəziyyəti haqqında illik izahlı hesabatları Donora təqdim edəcəkdir. Layihənin başa çatmasından sonra UNESCO layihənin qiymətləndirilməsini və onun nəticələrini də ehtiva edən yekun hesabat hazırlayır.

12. Qiymətləndirmə üçün şərtlər əlavə olunmuş layihə sənədində və büdcədə ifadə olunmuşdur. UNESCO təsdiqlənmiş layihə sənədinə və müvafiq büdcəyə və UNESCO-nun qiymətləndirmə siyasəti və direktivlərinə uyğun olaraq layihə qiymətləndirmələrinin başlanması, təşkili və davam etdirilməsinə cavabdehdir. UNESCO qiymətləndirmə üçün rəylərin şərtlərini Donorla məsləhətləşəcək və Donoru onun öz hesabına, əgər büdcə layihəsində dəqiq göstərilmirsə, qiymətləndirmədə iştirak etməyə dəvət edəcəkdir. UNESCO həmçinin Donoru qiymətləndirmə hesabatının layihəsi üzrə şərh verməyə dəvət edəcəkdir.

13. Donor tərəfindən ayrılmış vəsaitə UNESCO-nun tənzimləmələri, qaydaları və direktivlərində təsbit olunan müstəsna daxili və xarici audit tətbiq olunur.

Maddə 2

Donorun öhdəlikləri

1. Bununla, Donor bu Sazişin 1-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulduğu kimi, göstərilən məbləğin müəyyən edilmiş şərtlər çərçivəsində UNESCO-nun hesabına köçürülməsini öhdəliyinə götürür.

2. Bu Sazişin 1-ci maddəsində nəzərdə tutulduğu kimi hazırkı layihənin müddəalarının yerinə yetirilməsində UNESCO-ya mümkün yardımı göstərir.

Maddə 3

UNESCO-nun öhdəlikləri

1. Layihənin icrası zamanı və 1.000.000 ABŞ dolları dəyərində qiymətləndirilən büdcə çərçivəsində (9% - layihəyə dəstək xərcləri daxil olmaqla) UNESCO, bu Sazişin 1-ci maddəsində qeyd olunan məqsədlərə uyğun olaraq UNESCO-nun COVID 19-a qarşı Qlobal Təhsil Koalisiyası daxilində təhsil cavabının nailiyyətləri, genişlənməsi və davamlılığının məqsədlərinə dəstək verilməsi öhdəliklərini öz üzərinə götürür.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş UNESCO-nun öhdəliklərinin yerinə yetirilməsi Donor tərəfindən vəsaitin ayrılmasından asılıdır və UNESCO-nun tənzimləmələrinə və qaydalarına uyğun olaraq həyata keçirilir.

Maddə 4

Büdcə düzəlişləri və əlavə vəsait ayrılmadan layihə müddətinin uzadılması

1. Büdcə düzəlişləri

Layihələrin inzibati idarəetməsini asanlaşdırmaq üçün tələb olunan büdcə düzəlişləri UNESCO-nun tənzimləmələrinə və qaydalarına müvafiq olaraq Donorun əvvəlcədən razılığı alınmadan, hər bir iş üçün ayrıca əsasda UNESCO tərəfindən işlənəcəkdir, əgər büdcə düzəlişləri aşağıdakı kriteriyaya cavab verirsə: a) büdcə düzəlişləri təsdiq edilmiş layihə sazişinə əsasən xərclərin münasib kateqoriyalarına aiddir; b) büdcə düzəlişləri müəyyən edilmiş layihənin gözlənilən nəticələrini dəyişmir; c) büdcə düzəlişləri donordan hər hansı əlavə vəsait tələb etmir; d) bu Sazişdə göstərilmiş xərc maddələri üçün müəyyən edilmiş məbləğlər arasında məcmu tənzimləmələr ümumi büdcənin 20%-ni aşmır.

Yuxarıdakı kriteriyaya cavab verməyən büdcə düzəlişləri aşağıdakı 3-cü paraqrafda göstərildiyi kimi təsdiq edilməsi üçün əvvəlcədən Donora təqdim ediləcək.

Hər hansı belə büdcə düzəlişləri növbəti izahat hesabatında, yazılı olaraq Donora məruzə ediləcək.

2. Əlavə vəsait ayrılmadan layihə müddətinin uzadılması

Layihənin/layihələrin icra müddətinin və ya UNESCO-nun maliyyə sistemində layihələrin inzibati idarəçiliyini asanlaşdırmaq üçün tələb olunan Layihənin Büdcə şifrəsinin etibarlılıq müddətinin əlavə vəsait ayrılmadan uzadılması, əgər əlavə vəsait ayrılmadan uzatma 6 ayı və bu Sazişin müddətini aşmırsa, UNESCO-nun tənzimləmələrinə və qaydalarına uyğun olaraq Donorun əvvəlcədən razılığım almadan UNESCO tərəfindən həyata keçiriləcəkdir.

Maddə 5

Mübahisələrin həlli

Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

Maddə 6

Yekun müddəalar

1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan Azərbaycan Respublikasının daxili prosedurlarının yerinə yetirilməsini təsdiq edən yazılı bildirişin diplomatik kanallar vasitəsilə UNESCO tərəfindən alındığı tarixdən qüvvəyə minir.

2. Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və bu maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.

3. Tərəflərdən hər biri bu Sazişi, onu ləğv etmək niyyəti barədə digər Tərəfə ən azı 3 (üç) ay əvvəl diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə, istənilən vaxt ləğv edə bilər.

4. Saziş bu maddənin 3-cü bəndində müəyyən edilmiş prosedura uyğun olaraq ləğv edilmədiyi təqdirdə, 3 il müddətində qüvvədə olacaqdır.

5. Bu Sazişin ləğv edilməsi onun qüvvədə olduğu vaxt razılaşdırılmış, başladılmış və yekunlaşmamış kontrakt və layihələrə təsir etməyəcəkdir.

Hər bir halda, Donor Sazişin ləğv edilməsindən əvvəl yaranan və fərdi və digər kontraktla nəzərdə tutulan xidmətlərin, təchizata, avadanlığa və səfərə aid olan hər hansı cari hüquqi öhdəliyin yerinə yetirilməsi üçün UNESCO-nu səlahiyyətləndirəcəkdir.

Müvafiq Tərəflərin bunun üçün lazımi qaydada səlahiyyətləndirdikləri aşağıda imza edənlər bu Sazişi imzaladılar.

Paris şəhərində dekabr 2021-ci il tarixində, hər biri Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.

 

Azərbaycan Respublikası

Hökuməti adından

Elman ABDULLAYEV,

səfir, 

 

UNESCO yanında daimi

nümayəndə UNESCO

adından

Stefania CİANNİNİ,

Baş Direktorun təhsil üzrə

müavini

 

COVID-19-un təhsil sahəsinə təsiri ilə bağlı UNESCO-nun cavab tədbirləri:

Qlobal Təhsil Koalisiyasının prioritet istiqamətləri üzrə fəaliyyətin başlanılması və əhatə dairəsinin genişləndirilməsi

1. Layihə haqqında məlumat

UNESCO tərəfindən əlaqələndirici Siyasət və Davamlı Təhsil Şöbəsinin direktoru

Coğrafi əhatə dairəsi/ benefisiar ölkə(lər) № Subregional/ölkə Məbləği (ABŞ dolları)

1 Qlobal 1 milyon ABŞ dolları

Müddəti 24 ay

ABŞ dolları ilə tələb olunan ümumi vəsait 1 milyon ABŞ dolları

Donor / maliyyələşmə mənbəyi Azərbaycan Respublikası

2. Qısa məzmunu:

Bu layihə Qlobal Təhsil Koalisiyasının üç prioriteti - müəllimlər, əlaqələndirmə və gender üzrə əldə olunan uğurların, əhatə dairəsinin genişləndirilməsinə və davamlılığının dəstəklənməsinə, o cümlədən əlaqəli missiyalara yönəlmişdir:

1) 1 milyon təlimçi, müəllim və təhsil icması rəhbərlərinin rəqəmsal bacarıqlarının, məsafədən və qarışıq tədris metodikası üzrə potensialının inkişaf etdirilməsi və gücləndirilməsi; 2) 1 milyon gəncin əmək bazarına daxil olması üçün rəqəmsal və iş əldə etmə bacarıqları ilə təmin edilməsi; 3) 1 milyon təhsil alan şəxslərin - xüsusilə qızların və imkansız qrupların “STEAM” təhsili üzrə imkan və vasitələrlə təmin edilməsi.

3. Yaranma səbəbi və məqsədi

2020-ci ilin mart ayında COVID-19 pandemiyası başlayanda, UNESCO beynəlxalq multi-sektorlu tərəfdaşlığı ehtiva edən Qlobal Təhsil Koalisiyasını (QTK) təsis etdi. Koalisiya pandemiya səbəbindən bütün dünyada təhsil sistemlərinin pozulması ilə əlaqədar fasiləsiz təhsili təmin etmək məqsədilə təcili və misli görünməmiş ehtiyacı qarşılamaq üçün yaradıldı. Məktəblərin bağlanması, distant təhsilə keçid, bəzən tədris və təlimin dayandırılması hallarının aradan qaldırılması üçün QTK əsas təhsil sahəsi üzrə iştirakçıları bir araya gətirdi. UNESCO-nun hesablamasına əsasən böhranın pik həddində 1.5 milyarddan çox təhsil alan şəxs - ümumdünya təhsil icmasının 91% zərər çəkmişdir. Bu vəziyyət bir çox cəhətdən təhsil imkanlarına əlçatanlıqla bağlı qeyri-bərabərliyi kəskinləşdirir.

Hal-hazırda Koalisiyada geniş bilik və təcrübəyə malik çoxtərəfli təşkilatlar, özəl sektor, qeyri-kommersiya qurumları və vətəndaş cəmiyyəti, şəbəkələr və assosiasiyalar, media qurumları daxil olmaqla 160-dan çox institusional tərəfdaş [1] təmsil olunur. Hər tərəfdaş təşkilat, özünün üzvlüyü çərçivəsində COVID-19-un təhsil sahəsinə təsirini aradan qaldırmaq üçün vəsait və xidmətlərlə töhfə verir.

Qlobal Təhsil Koalisiyasının seçdiyi üç prioritet istiqamət, xüsusi vəzifə yanaşmaları ilə dəstəklənir: (1) Müəllimlər: müəllimlərin rolunu dəyərləndirmək və onlar üçün peşəkar inkişaf imkanları yaratmaq; (2) Əlaqələndirmə: təhsil üçün universal əlaqələndirmə əldə etmək; (3) Gender: COVID-19-un təhsil böhranının gender aspektlərini həll etmək üçün koalisiya üzvlərini toplamaq. Bu prioritetlər ölkənin ehtiyaclarının təhlili və QTK tərəfdaşları tərəfindən təmin edilə bilən təcrübə və dəstəyə əsaslanır.

Prioritet istiqamət: müəllim

Bu istiqamətin məqsədi müəllimlərin rolunun dəyərləndirilməsi, həmçinin rəqəmsal və pedaqoji biliklərin gücləndirilməsi üçün peşəkar inkişaf imkanları yaratmaqdır. Bu sahədə üç fəaliyyət istiqaməti mövcuddur: məlumat və tədqiqat, təbliğat və kommunikasiya, ölkə və ölkələrarası. Bu prioritet istiqamət yüksəkkeyfiyyətli və genişmiqyaslı təhsil imkanları vasitəsilə, 1 milyon təlim keçmiş müəllim sayma çatmaq, keyfiyyətli və ədalətli təhsilin davam etdirilməsini təmin etmək üçün QTK üzvlərini xüsusi missiya (Qlobal Müəllimlər Şəhərciyi) ətrafında səfərbər etmək niyyətindədir.

Prioritet istiqamət: əlaqələndirmə

Koalisiya, əlaqəni təmin etmək və rəqəmsal boşluğu aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görür. Bu prioritetin məqsədi sosial-iqtisadi cəhətdən imkansız əhalinin, kənd yerlərində yaşayan uşaqların, gənclər, qızlar və qadınlara xüsusi diqqət yetirməklə təhsil üçün universal əlaqəndirməyə nail olmaqdır. Bu məqsəd, həmçinin əlaqələndirmə imkanlarının yaxşılaşdırılmasını və genişləndirilməsini, habelə təhsil alanları iş və gündəlik həyatında istifadə edə biləcək rəqəmsal biliklərlə təmin etməkdən ibarətdir. Bu istiqamətin xüsusi hədəfi (Qlobal Bacarıqlar Akademiyası) yüksəkkeyfiyyətli və genişmiqyaslı təhsil imkanları vasitəsilə 1 milyon gənc sayına çatmaq və onları rəqəmsal və məşğulluq biliklər ilə təmin etməkdir.

Prioritet istiqamət: gender

Bu Prioritet COVID-19 nəticəsində yaranmış məktəb böhranının gender ölçüsünün önə çıxarılması və həll edilməsi üçün koalisiya üzvlərinin səylərini birləşdirməyə xidmət edir, təhsildə fasilənin qarşısını almaqla, təhsil sahəsində gender bərabərliyi ilə əlaqədar əldə edilmiş tərəqqinin qorunub saxlanılması məqsədini güdür. Sübutlara əsaslanan və əlaqələndirilmiş fəaliyyətə dəstək göstərilməsi üçün mütəxəssislərdən ibarət koordinasiya qrupu yaradılmışdır.

Təhsildə ən böyük gender bərabərsizliyi olan 20 ölkəni hədəfə alır. Bu sahədə üç fəaliyyət istiqaməti mövcuddur: məlumat və tədqiqat, təbliğat və kommunikasiya, ölkə səviyyəsində müdaxilə. Bu istiqamətin xüsusi hədəfi (Qlobal Tədris Evi) yüksəkkeyfiyyətli və genişmiqyaslı təhsil imkanları vasitəsilə, qızlara xüsusi diqqət yetirərək təhsildən faydalanan 1 milyon insan sayına çatmaqdan ibarətdir.

4. Nəticələr

Gözlənilən üç nəticə:

1. “Qlobal Müəllimlər Şəhərciyi”nin fəaliyyətə başlaması, əhatə dairəsinin genişləndirilməsi və dayanıqlılığının möhkəmləndirilməsi vasitəsilə müəllimlərin və təhsil icması rəhbərlərinin pedaqoji, distant və hibrid təhsil üzrə bacarıqlarının gücləndirilməsi;

2. Gənclərin “Qlobal Bacarıqlar Akademiyası”nın fəaliyyətə başlaması, əhatə dairəsinin genişləndirilməsi və dayanıqlılığının möhkəmləndirilməsi vasitəsilə rəqəmsal və məşğulluq bilikləri ilə təmin olunması;

3. “Qlobal Tədris Ev”inin fəaliyyətə başlaması, əhatə dairəsinin genişləndirilməsi və dayanıqlılığının möhkəmləndirilməsi vasitəsilə təhsil alanları, xüsusi ilə “STEAM” təhsili daxil olmaqla, imkan və vasitələrlə təmin etmək.

5. Niyə UNESCO?

UNESCO Birləşmiş Millətlər Təşkilatının təhsilin bütün səviyyələrini və aspektlərini əhatə etmək mandatına malik olan yeganə qurumudur. Onun fəaliyyəti məktəbəqədərki təhsildən etibarən ibtidai, orta və yuxarı sinifədək olan təhsili, habelə texniki və peşə təhsili və təlimi, qeyri-ənənəvi və yetkinlik yaşına çatanların təhsili daxil olmaqla təhsilin inkişafını əhatə edir. Üzv dövlətlər, müxtəlif səviyyələrdə təhsilin sülh, ədalət və qanunun aliliyinin təmin olunmasında əsas amil olduğunu bəyan ediblər. [2]

Təhsil 4-cü Dayanıqlı İnkişaf Məqsədinin (DİM 4) mərkəzindədir, inkişafın əsas təkanverici qüvvəsidir və təhsil ilə bağlı hədəflər digər DİM-lərin də tərkibinə daxil edilmişdir. Bundan əlavə, UNESCO COVID-19-un yaratdığı təhsil böhranına qarşı mübarizə aparan və məktəblərin bağlanılmasının qarşısını almaq üçün Qlobal Təhsil Koalisiyasını yaradan aparıcı qurumdur. Buna görə UNESCO imkanları məhdud icmalar üçün təhsildə texnologiyanın təmin edilməsi üzrə uzun müddət aparılan fəaliyyətin davam etdirilməsi və COVID-19 ilə əlaqədar məktəblərin bağlanılmasının nəticələrinin və yaranmış çətinliklərin aradan qaldırılması üçün BMT sistemi çərçivəsində unikal bir platforma təklif edir.

6. Həyata keçirilmə strategiyası

Layihə özəl sektorun da daxil olduğu, geniş spektrli təhsil tərəfdaşları üçün dialoq platforması kimi Qlobal Təhsil Koalisiyasına həm töhfə verəcək, həm də onu gücləndirəcək. Koalisiya üzvləri, xüsusilə üç hədəfə cəlb olunanlar, layihənin həyata keçirilməsinə rəy və təklifləri ilə töhfə verəcək, ən vacibi isə onun tanınmasına və dəstəklənməsinə kömək göstərəcək. UNESCO əldə edilmiş nəticələrin və tövsiyələrin geniş səfərbərliyini və yayılmasını təmin etmək üçün Koalisiyanın təcrübəsindən və əlaqələrindən istifadə edəcəkdir.

Layihə COVID-19 Qlobal Təhsil Koalisiyasının koordinasiyasının gücləndirilməsinə yönəldiləcək və ümumi harmoniyanı təmin edərək, QTK-nın seçilmiş tərəfdaşlarını əlaqələndirəcək. Hədəflərin miqyasının genişləndirilməsi üçün layihə, tərəfdaşları, strategiyaları, proqramları bir araya gətirəcək. Təklif olunan proqramlar ilə bağlı məlumatlardan istifadə etməklə, bu layihə üç hədəf ilə əlaqədar xüsusi təhlillər aparacaq, xülasələr və müvafiq resurslar hazırlayacaqdır.

Prioritet istiqamətlərin böyük sayda ölkələrə və hədəf qruplarına potensial təsir göstərəcəyi gözlənilir. Bu, QTK-ya dünya miqyasında fəaliyyətlər başlatmağa imkan verir, eyni zamanda hərtərəfli dəstək vasitəsilə daha da təsirli ölkələrin nümunələrini təşviq edir və prioritetləşdirir. Xüsusilə müvafiq vaxt çərçivəsində həyata keçiriləcək aşağıdakı 3 missiya təklif olunur:

1-ci Missiya Müəllimlər prioriteti: Dayandırılmış təhsil sisteminə Müəllimlərin uyğunlaşmasına dəstək:

Təhsildə əksər maraqlı tərəflərin ixtisaslı müəllimlərin vacibliyini qəbul etməsinə baxmayaraq, müəllimlərin hazırlığı və inkişafı bir çox sistemlərdə hələ də geridə qalır. Dayandırılmış təhsil sistemlərində, təhsil alanların və təhsil verənlərin ehtiyacları arasında daha çox əlaqələndirmənin yaradılmasından başlayaraq, müəllimlərin inkişafının dəstəklənməsi vacibdir. QTK üzv dövlətlərin resurslarını və proqramlarını səfərbər etməklə, təhsil sisteminə dəymiş zərər və digər təsirlərə uyğunlaşmaq üçün müəllimləri İKT (ICT) sahəsində təhsil bilikləri ilə təmin etmək məqsədilə 1 milyon nəfərin faydalanmasını nəzərdə tutan “Qlobal Müəllimlər Şəhərci”yinə start vermişdir.

2-ci Missiya Əlaqələndirmə prioriteti: Fəaliyyətində fasilələr yaranmış əmək bazarına tələbələrin uyğunlaşmasına yardım:

COVID-19 pandemiyası əmək bazarlarının fəaliyyətində fasilələrə səbəb olmuş və bir çox hallarda iş yerlərinin avtomatlaşdırılmasını sürətləndirmişdir. Kütləvi iş yerlərinin itkisi və işin transformasiyası baş verdikcə, biliklərin inkişaf etdirilməsi prioritet olmuşdur. İnsanların yeni iş şəraitinə və əmək bazarındakı dəyişikliklərə uyğunlaşmasına yardım etmək üçün rəqəmsal və köçürülə bilən biliklərə fokuslanan qısamüddətli bilik inkişaf proqramları COVID-19-a qarşı cavab tədbirlərinin bir hissəsi ola bilər. Bütün ölkələr - inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr, işə bərpa olunmaq üçün ehtiyacı olan hər kəsin, xüsusən də işsizliklə üzləşənlərin bacarıqlarının artırılması və yenilənməsini təmin etmək məcburiyyətindədir. QTK-yə üzv dövlətlərin resurslarını və proqramlarını səfərbər etməklə, iş yerlərində dəyişikliklərə və sürətli rəqəmsallaşmanın digər təsirlərinə uyğunlaşmaq üçün hədəf olaraq 1 milyon nəfərin faydalanmasından başlayaraq çoxlu sayda fərdlərə kömək edəcək “Qlobal Bacarıqlar Akademiyası”na start vermişdir.

3-cü Missiya Gender prioriteti: Alternativ təhsilə əlçatanlığın artırılması üçün texnologiya və təhsil şəbəkələrinin cəlb edilməsi

Məktəblərin bağlanılması ilə təhsil imkanlarına əlçatanlığın kəskin şəkildə fərqlənməsi nəticəsində COVID-19 ölkələrin daxilində və xaricində təhsildə mövcud olan bərabərsizlikliyin dərinləşməsi təhlükəsini yaradır. Tədrisdə itkilər daha çox təhsil imkanları məhdud qruplara təsir edir. Qlobal şəkildə 100-dən çox ölkə məktəblərin yenidən açılması planları çərçivəsində alternativ proqramlar təqdim etmək niyyətində olduqlarını bildirmişdir. Reabilitasiya tədbirləri olaraq, tələbələr məktəblərə qayıtdıqları zaman tədris itkisini azaltmaq və əsas biliklərinin inkişaf etdirilməsi, xüsusilə ən çətin bərpa olunan və nəticədə tələbələrin gələcəkdə daimi təhsil imkanlarına və karyeralarına böyük fayda verə biləcək STEAM biliklərinə yiyələnməsində yardım etmək üçün məqsədyönlü təlimatlara ehtiyac vardır. QKT üzvlərinin resurslarını, proqramlarını və geniş tyutor və müəllim heyətinin şəbəkəsini səfərbər etməklə 1 milyon tələbə üçün keyfiyyətli, pulsuz onlayn və offlayn dərslərin təmin edilməsi təşəbbüsünə yardım edəcək “Qlobal Tədris Evi”nə start verəcək.

Layihə üç missiyanın fəaliyyətə başlaması, əhatə dairəsinin genişləndirilməsi və davamlılığı üçün aşağıdakıları həyata keçirəcəkdir:

Veb-Məkan: Qlobal Təhsil Koalisiyasının veb-saytı inkişaf etdiriləcək və üç missiya üzrə birbaşa iştirak edən maraqlı tərəflərlə bu tapşırıqlara dair ünsiyyətin qurulması, resursların paylaşılması, tərəqqinin izlənilməsi, monitorinq və qiymətləndirmənin apanlması məqsədilə istifadə olunacaq.

İdarəetmə və təşkilat: Üç missiya üzrə fəaliyyət layihə idarəetmə bacarığı, tələb və təklifi uyğunlaşdırmaq üçün alətlər, tədbirlərin təşkili və potensialın artırılması, nəzarət tədbirlərinin həyata keçirilməsi, tərəqqinin izlənilməsi və monitorinqi və qiymətləndirilməsini tələb edir.

Davamlılıq və genişləndirilmə üzrə strategiya: Koalisiya, tapşırıqların uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədilə, təhsil texnologiyaları üzrə rəqiblər kimi, normal şəraitdə tərəfdaş ola bilməyəcək yeni aktorları fəaliyyətə cəlb edir. Uzunmüddətli perspektivdə, prioritet istiqamətlərdə fəaliyyət kontekstində sınaqdan keçmiş və özünü sübut etmiş innovativ yanaşmalar nəzərdən keçiriləcək və 4-cü DİM-də irəliləyişə nail olmaq məqsədilə istifadə ediləcək.

Maraqların müdafiəsi və kommunikasiya üzrə resurslar və tədbirlər: UNESCO, QTK üzvləri ilə tərəfdaşlıqda, ilkin mərhələdə belə, layihənin çıxarışlarını üç prioritet istiqamətə aidiyyəti olan müxtəlif beynəlxalq tədbirlərdə nümayiş etdirməyə çalışacaqdır. Bura daxildir, lakin siyahı qeyd olunanlarla məhdudlaşmır: Qlobal Təhsil Koalisiyasının, Genişzolaqlı Komissiyasının, BMT Baş Assambleyasının iclasları və təhsil sahəsinə aid mühüm konfranslar.

7. Maraqlı olan tərəflər: benefisiarlar və tərəfdaşlar

Maraqlı olan tərəflər: Təhsil nazirlikləri, müəllimlər, məktəb rəhbərləri, valideynlər və tərbiyəçilər, müəllimlər üçün hazırlıq müəssisələri, agentliklər, donorlar, icraedici tərəfdaşlar.

Benefisiarlar: tələbələr, müəllimlər, müəllim üçün hazırlıq müəssisələri, məktəb rəhbərləri, təhsil müəssisələri, siyasət qurucuları, tədqiqatçılar, universitetlər və bütövlükdə cəmiyyət.

Birbaşa faydalananlar/ Hədəf qrupu: müəllimlər, təhsil alan gənclər və uşaqlar.

Tərəfdaşlar: İştirakçı Hökumətlər, QTK üzvləri, UNEVOC Şəbəkəsi, Müəllimlər Kollecləri, Aspnet məktəbləri, UNESCO-nun sədrləri.

8. Nəticələr Çərçivəsi:

Nəticələr Fəaliyyət Göstəricisi (FG): Əsas (o): Hədəf (h);

Nəticə 1: Qlobal Müəllim Şəhərciyinin fəaliyyətə başlaması və əhatə dairəsinin genişləndirilməsi FG 1: 1 milyon müəllim təlimdən keçib ə 1:0 h1: 1 milyon müəllim

Faydalar Fəaliyyət Göstəricisi (FG); Əsas (ə): Hədəf (h):

Fayda 1.1: Maraqların müdafiəsi, təbliğat və kommunikasiya FG1: Qlobal Müəllimlər Şəhərciyi tərəfdaşları proqramları haqqında məlumat üçün xüsusi veb-məkanın yaradılması ə 1:0 hl: veb-məkan

Fayda 1.2: Qlobal Müəllim Şəhərciyinin həyata keçirilməsinin dəstəklənməsi və məlumatlandırma məqsədilə təhlilin, məsləhətləşmələrin aparılması və resursların pay- laşımı FG1: Təhlil və resurslar barədə bir toplunun nəşr edilməsi ə 1:0 h 0: 1 toplu

Fayda 1.3: Qlobal Müəllim Şəhərciyinin təşkili və idarə edilməsi FG1: Faydalananların (benefisiarların) sayı ə 1:0 hl: 1 milyon müəllim

Fayda 1.4: 4-cü DİM-də irəliləyişə nail olmaq məqsədilə Qlobal Müəllim Şəhərciyinin davamlılıq və genişləndirilmə üzrə strategiyasının müəyyən edilməsi FG1: Davamlılıq və genişləndirilmə üzrə strategiya ə 1:0 h 1: 1 strategiya

Nəticə 2: Qlobal Bacarıqlar Akademiyasının fəaliyyətə başlaması və əhatə dairəsinin genişləndirilməsi FG1: l milyon gənc bacarıqlarla təmin edilib ə 1:0 hl: 1 milyon gənc

Faydalar Fəaliyyət Göstəricisi (FG): Əsas (ə): Hədəf (h):

Fayda 2.1: Maraqların müdafiəsi, təbliğat və kommunikasiya FG1: Qlobal Bacarıqlar Akademiyası tərəfdaşları proqramları haqqında məlumat üçün xüsusi veb-məkanın yaradılması ə 1:0 hl: veb-məkan

Fayda 2.2: Qlobal Bacarıqlar Akademiyasının həyata keçirilməsinin dəstəklənməsi və məlumatlandırma məqsədilə təhlilin, məsləhətləşmələrin aparılması və resursların paylaşımı FG1: Təhlil və resurslar barədə bir toplunun nəşr edilməsi ə 1:0 h 0: 1 toplu

Fayda 2.3: Qlobal Bacarıqlar Akademiyasının təşkili və idarə edilməsi FG1: Benefisiarların sayı ə 1:0 hl: 1 milyon gənc

Fayda 2.4: 4-cü DİM-də irəliləyişə nail olmaq məqsədilə Qlobal Bacarıqlar Akademiyasının davamlılıq və genişləndirilmə üzrə strategiyasının müəyyən edilməsi FG1: Davamlılıq və genişləndirilmə üzrə strategiya ə 1:0 hl: 1 strategiya

Nəticə 3: Qlobal Tədris Evinin fəaliyyətə başlaması və əhatə dairəsinin genişləndirilməsi FG1: 1 milyon uşaq, xüsusilə qızlar, STEAM daxil olmaqla, alternativ təhsildən faydalanıb ə 1:0 hl: l milyon uşaq

Faydalar Fəaliyyət Göstəricisi (FG): Əsas (ə); Hədəf (h);

Fayda 3.1: Maraqların müdafiəsi, təbliğat və kommunikasiya FG1: Qlobal Tədris Evinin tərəfdaşları proqramları haqqında məlumat üçün xüsusi veb-məkanın yaradılması ə 1:0 hl: veb-məkan

Fayda 3.2: Qlobal Tədris Evinin həyata keçirilməsinin

dəstəklənməsi və məlumatlandırma məqsədilə təhlilin, məsləhətləşmələrin aparılması və resursların paylaşımı FG1: Təhlil və resurslar barədə bir toplunun nəşr edilməsi ə 1:0 h 0: 1 toplu

Fayda 3.3: Qlobal Tədris Evinin təşkili və idarə edilməsi FG1: Benefisiarların sayı ə 1:0 hl: I milyon uşaq

Fayda 3.4:4-cü DİM-də irəliləyişə nail olmaq məqsədilə Qlobal Tədris Evinin davamlılıq və genişləndirilmə üzrə strategiyasının müəyyən edilməsi FG1: Davamlılıq və genişləndirilmə üzrə strategiya ə 1:0 hl: 1 strategiya

9. Layihənin İdarəedilməsi

UNESCO müvafiq Regional Təhsil İdarələri və Təhsil sektoru üzrə İcraedici Ofis ilə koordinasiya vasitəsilə Siyasət və Daimi Təhsil Sistemi Bölməsinin rəhbərliyi altında bir komanda təşkil edəcəkdir. Komandanın tərkibinə, hər bir tapşırığı (missiyanı) idarə etmək üçün, üç çevik işçi qrupu daxil ediləcəkdir. Hər bir işçi qrup tapşırığın (missiyanın) idarə olunması, həyata keçirilməsi, monitorinqi və qiymətləndirilməsi üzrə həyata keçirilən daxili fəaliyyəti, habelə iştirakçı Hökumətlər, QTK tərəfdaşları və Donor ilə aparılan fəaliyyəti əlaqələndirəcəkdir. Komanda hazırkı layihədə nəzərdə tutulmuş fəaliyyətlərə uyğun olaraq işçi gündəliyi hazırlayacaqdır.

 

________________________________________

[1] QTK-nin vebsaytında üzvlər haqqında məlumat və onların verdiyi töhfələrlə tanış olmaq olar: https://qIobaleducationcoalition.unesco.org

[2] 2 Milli və beynəlxalq səviyyədə qanunun aliliyinin, ictimai təmsilçiliyin təşviq olunması, sosial və iqtisadi problemlərin həlli məqsədilə cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsinin BMT-nin gündəliyinə inteqrasiya edilməsi ilə bağlı Doha Bəyannaməsi (2015)

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.