2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Sazişinin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatını xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2013-cü il
№ 967
Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə
ÇƏRÇİVƏ SAZİŞİ
Bundan sonra tək halda "Tərəf", cəm halda isə "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti (bundan sonra - Hökumət) və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (bundan sonra -YUNESKO),
YUNESKO-nun, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində dünya xalqları üçün irqi, cinsi, dil və ya dini ayrı-seçkilik etmədən təsbit olunan ədalətə, qanunun aliliyinə, insan hüquqlarına və fundamental azadlıqlara tam ehtiramın göstərilməsi niyyətilə təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə millətlər arasında əməkdaşlığı təşviq edərək sülh və təhlükəsizliyə töhfə vermək məqsədinin Hökumət tərəfindən dəstəkləndiyini,
Hökumətin, həm də YUNESKO-nun təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində fəaliyyətini dəstəkləmək üçün vəsait ayırmaqla YUNESKO ilə əməkdaşlığı gücləndirmək istəyini,
Hökumətin YUNESKO-da Azərbaycanın Müxbir Ekspert Proqramına inter alia dəstəyini də əhatə edən iştirakının və təcrübə mümkünlüyünün genişləndirilməsi istəyini,
YUNESKO Baş direktorunun YUNESKO Nizamnaməsinin I maddəsində müəyyən edildiyi kimi, Hökumətlə təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrinin inkişafının təşviq edilməsi vasitəsilə YUNESKO-nun məqsədlərinə nail olmağa kömək edəcək gücləndirilmiş əməkdaşlığını alqışladığını,
YUNESKO Baş direktorunun Maliyyə Qaydalarına uyğun olaraq, YUNESKO-nun məqsədinə, siyasətinə və fəaliyyətinə uyğun olan fəaliyyətləri həyata keçirmək məqsədi ilə donorlardan vəsait almağa səlahiyyətli olduğunu və Azərbaycanda, Bakı şəhərində hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun (ÜMDF) fəaliyyəti kontekstində Tərəflərin qarşılıqlı anlaşma, sülh mədəniyyəti, dözümlülük və mədəniyyətlərarası dialoqun təşviqində uğurla əməkdaşlıq etdiklərini nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə I
Ümumi məqsəd
1. Bu Sazişin şərtlərinə uyğun olaraq Hökumət Tərəflər arasında təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya sahələrində əməkdaşlığı bərabərlik və qarşılıqlı fayda əsasında gücləndirmək, təşviq etmək, inkişaf etdirmək və genişləndirmək məqsədi ilə YUNESKO ilə əməkdaşlıq etməyə razıdır.
2. YUNESKO Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (ÜMDF) kontekstində Hökumətlə tərəfdaşlıq etməyə razıdır. Bu əməkdaşlığın formaları Tərəflərin müvafiq məktub mübadilələri ilə razılaşdırılacaqdır.
3. Tərəflər birgə seçdikləri layihələrin YUNESKO tərəfindən icrasına dəstək üçün Hökumətin maliyyə töhfəsi verdiyi Azərbaycan-YUNESKO Etimad Fondunun (bundan sonra - Fond) yaradılmasına qərar verdilər.
4. Tərəflərin birgə müəyyən etdikləri potensial əməkdaşlıq sahələrinin Siyahısı bu Sazişə 1 nömrəli əlavədə göstərilmişdir.
Maddə II
Təyin edilmiş səlahiyyətli şəxs
1. Bu Sazişin həyata keçirilməsi üçün məsul olan səlahiyyətli şəxs - Hökumət adından Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və YUNESKO adından -YUNESKO-nun Baş direktoru olacaqdır. Şübhənin aradan qaldırılması üçün Strateji Planlaşdırma üzrə Baş direktorun yardımçısının rəhbərliyi altında Büdcədənkənar Maliyyə Mənbələri ilə Əməkdaşlıq üzrə Bölmə bu Sazişin həyata keçirilməsi üçün YUNESKO daxilində əlaqələndirici mərkəz kimi, Azərbaycan Respublikasının YUNESKO yanındakı Daimi Nümayəndəliyi isə Hökumət daxilində bu Sazişin həyata keçirilməsi üzrə əlaqələndirici mərkəz kimi təyin olunur.
2. Təyin edilmiş səlahiyyətli şəxslər:
a) Tərəflər arasında səmərəli əlaqənin və rabitənin yaradılması və bu Sazişdə göstərilən əməkdaşlığın həyata keçirilməsinin asanlaşdırılmasına, monitorinqinə və nəzərdən keçirilməsinə məsul olacaqlar;
b) zəruri olduğu təqdirdə, qarşılıqlı razılaşdırılmış qərarların və birgə tədbirlərin həyata keçirilməsinin təmin edilməsi üçün Tərəflər arasında məsləhətləşmələr təşkil edəcəklər.
Maddə III
Fondun təşkili
1. Hökumət YUNESKO-nun aşağıdakı hesabına bu maddənin 4-cü bəndində göstərilən tranşlarla 5.000.000 (beş milyon) ABŞ dolları məbləğində töhfəni depozit qoyacaqdır:
A/CNo. 949-1-191558
JP Morgan Chase Bank
SWIFT: CHASUS33 - ABA No. 0210-0002-1
International Money Transfer Division
4 Metrotech Center, Brooklyn
New York
NY 11245 U.S.A
Ödəmə üçün istinad - "Azərbaycan-YUNESKO Etimad Fondu" - bank transferində aydın göstərilməlidir.
2. YUNESKO-nun hesablan ABŞ dolları ilə saxlanıldığından, digər valyutalarla edilən töhfələr YUNESKO-nun yuxanda göstərilən dollar hesabına, transfer zamanı üstünlük təşkil edən bazar məzənnəsi ilə qoyulacaqdır.
3. Fond Ümumi Fonddan və Hökumət tərəfindən təsdiqləndiyi zaman Fond çərçivəsində həyata keçirilməli olan fərdi layihə hesablarından ibarətdir. Hökumət həmçinin, çoxdonorlu xüsusi hesablar vasitəsilə maliyyələşdirilən YUNESKO proqramlarına töhfə verə və Müxbir Ekspert vəzifəsini maliyyələşdirə bilər.
4. Hökumət vəsaiti üç tranşda köçürəcəkdir:
- Bu Saziş qüvvəyə mindikdən sonra bir ay ərzində 2,000,000 (iki milyon) ABŞ dolları məbləğində birinci tranş;
- Birinci tranşdan bir il sonra 1,500,000 (bir milyon beş yüz min) ABŞ dolları məbləğində ikinci tranş;
- İkinci tranşdan bir il sonra 1,500,000 (bir milyon beş yüz min) ABŞ dolları məbləğində üçüncü tranş;
5. Vəsaitlərin idarə olunması və layihələrin icrası Hökumətlə məsləhətləşmələr əsasında və YUNESKO-nun tənzimləmələrinə, qaydalarına və prosedurlarına uyğun olaraq həyata keçiriləcəkdir. Layihə Hökumət tərəfindən təsdiq edildikdən sonra YUNESKO layihənin həyata keçirilməsinə, nəzarətdə saxlanılmasına və yoxlanılmasına görə məsuliyyət daşıyacaq, həmçinin YUNESKO qaydalarına və tənzimləmələrinə uyğun olaraq layihənin bütövlükdə və ya bir hissəsinin həyata keçirilməsi üçün podratçıları və icra tərəfdaşlarını təyin edəcəkdir. Hökumət YUNESKO-nun icra tərəfdaşlarının və ya podratçılarının xidmət üçün uyğun gəlmədiyini hesab edərsə, bu barədə YUNESKO-ya məlumat verə bilər və YUNESKO Hökumətin narahatlığı ilə bağlı öz qaydalarına və tənzimləmələrinə uyğun olaraq lazımi tədbirlər həyata keçirəcəkdir.
6. Mümkün olduqda, YUNESKO artıq qalmış vəsaitləri qısamüddətli, faizli depozitlərə yatıracaqdır. YUNESKO-nun qaydalarına və tənzimləmələrinə uyğun olaraq, əldə edilmiş gəlirin 2/3-si hesaba, 1/3-i isə Fondun idarəçiliyi və administrasiyası üçün komisyon haqqı kimi YUNESKO-ya veriləcəkdir.
7. YUNESKO mövcud olan vəsaitin artırılması üçün üzərinə heç bir öhdəlik götürmür.
Maddə IV
Rəhbər Komitə
1. Tərəflər Sazişin effektiv və səmərəli icrasına yardım etmək üçün Azərbaycan-YUNESKO Rəhbər Komitəsini (bundan sonra - Rəhbər Komitə) təsis edirlər. Rəhbər Komitə ildə ən azı bir dəfə və zəruri olduğu hallarda, Tərəflərlə qarşılıqlı razılaşdırılmış qərarların və birgə tədbirlərin təmin edilməsi məqsədi ilə Tərəflərlə görüşəcəkdir. Rəhbər Komitənin görüşlərinin təşkili ilə bağlı bütün xərclər Fond tərəfindən ödəniləcəkdir.
2. Rəhbər Komitə aşağıdakılara cavabdehdir:
a) Fond tərəfindən maliyyələşdirilə bilən və Hökumətə rəsmi təsdiq üçün təqdim ediləcək layihə və proqramların seçilməsi üzrə, həmçinin onların icrasının coğrafi miqyası üzrə məsləhət verir;
b) bu Saziş çərçivəsində həyata keçiriləcək birgə layihələr üzrə İllik İş Planının təsdiqləyir, İllik İş Planı birgə layihələrə maliyyə və nağd şəkildə töhfələr müəyyənləşdirir;
c) birgə layihələrin monitorinqini keçirir;
d) bu Sazişin ümumi icrasını nəzərdən keçirir;
3. Rəhbər Komitənin tərkibi aşağıdakı formada təşkil olunacaqdır:
a) Büdcədənkənar Maliyyə Mənbələri ilə Əməkdaşlıq üzrə Bölmənin (BSP) nümayəndəsi daxil olmaqla, YUNESKO-nun ən azı üç nümayəndəsindən;
b) Azərbaycan Respublikasının YUNESKO yanındakı Daimi Nümayəndəliyinin nümayəndəsi daxil olmaqla, Hökumətin ən azı üç nümayəndəsindən.
4. Rəhbər Komitə birinci iclası zamanı üzvlər tərəfindən qəbul ediləcək daxili prosedur qaydalarını təsis edəcəkdir.
5. Rəhbər Komitəyə bütün təkliflər iclas tarixinə ən azı 1 (bir) ay qalmış təqdim olunmalıdır. Qərarlar Rəhbər Komitə tərəfindən Tərəflər arasında konsensus əsasında qəbul ediləcəkdir.
Maddə V
Fondun maliyyə və inzibati prosedurları
1. YUNESKO Fond tərəfindən maliyyələşdirilə bilən layihə və proqramların seçilməsi, həmçinin onların icrasının coğrafi miqyası üzrə məsləhət vermək üçün təklifləri Rəhbər Komitəyə baxılması təqdim edəcəkdir. Təkliflər Hökumətə rəsmi təsdiq üçün təqdim ediləcəkdir. Təkliflər YUNESKO Tamamlayıcı Əlavə Proqramına (CAP) uyğunlaşdırılacaqdır.
2. Əgər Rəhbər Komitə tərəfindən əvvəlcədən seçilmiş olarsa, Fondun nəzdində həyata keçiriləcək layihələrin Hökumət tərəfindən təsdiqi monitorinq və hesabat daxil olmaqla fəaliyyət üçün büdcə və implementasiya formalarını şərtləndirən müvafiq sazişlə rəsmiləşdiriləcəkdir. Tərəflər razılaşdıqları hallarda, bu Sazişə istinad etməklə, Tərəflərin öhdəlikləri və müvafiq məsuliyyətləri və fəaliyyətlərinin yekun formalarını əks etdirən məktub mübadilələri vasitəsilə həyata keçirilə bilər.
3. Hər bir layihə razılaşması və ya məktub mübadiləsi xüsusilə, aşağıdakıları müəyyən edəcəkdir:
a) məqsədlər, gözlənilən nəticələr və layihənin müddəti;
b) layihəyə cəlb olunan fəaliyyətlər;
c) Tərəflərin xüsusi məsuliyyətləri və öhdəlikləri;
d) layihənin həyata keçirilməsi üçün xüsusi üsullar və şərtlər;
e) hər bir tərəfin töhfələri göstərilməklə Layihənin büdcəsi;
f) tərəflərin bu layihədən irəli gələn əqli mülkiyyət hüquqları və bununla bağlı nəticələrdən istifadə və ya yekun istinad.
4. Hər bir proqram və layihə təsdiq edildikdən sonra YUNESKO fəaliyyət üçün ayn hesab təsis edəcəkdir. Vəsait Ümumi Fonddan ayrılacaqdır. Hər təqvim ilinin sonunda YUNESKO Hökumətə fərdi layihə hesablan, eləcə də Ümumi Fond haqqında maliyyə hesabatı təqdim edəcəkdir. Eyni zamanda, YUNESKO Hökumətə Fond vasitəsilə həyata keçirilən fərdi layihələr üzrə illik yekun inkişaf hesabatı təqdim edəcəkdir.
5. Fond çərçivəsində maliyyələşdirilən layihənin xitam olunması halında, YUNESKO Hökumətə yekun maliyyə hesabatı təqdim edəcəkdir. Hökumət ilə başqa razılıq əldə edilməyibsə, layihənin xitamından sonra artıq qalan vəsait Fonda qaytarılacaqdır. YUNESKO Hökumətə həmçinin, fəaliyyətin icrasının dəyərləndirilməsi və yekunlarını əhatə edən ümumi hesabat təqdim edəcəkdir.
6. İnzibati dəstək xərcləri layihənin fərdi hesabına ödəniləcəkdir. Bu xərclər verilmiş layihə üzrə sazişin sonunda 13% dəyərində hesablanacaqdır. Proqrama dəstək xərcləri ayrı-ayrılıqda, həm layihənin büdcə cədvəlində, həm də yekun hesabatda qeyd olunacaqdır.
7. Azərbaycanın ərazisindən kənarda başqa ölkədə həyata keçiriləcək müəyyən layihə üçün nəzərdə tutulmuş vəsait ilə bağlı Hökumət layihənin həyata keçirilməsi üzrə məsul olan YUNESKO-nu benefisiar ölkə ilə Əməliyyat Planı formasında başqa saziş bağlamaq üçün səlahiyyətləndirir.
8. Çoxdonorlu xüsusi hesablar vasitəsilə maliyyələşdirilən proqramlar və Müxbir Ekspertlər ilə bağlı töhfələr ayrıca sazişlər və ya məktub mübadiləsi formasında rəsmiləşdirilir və proqrama dəstək xərclərinin müvafiq olaraq 10% və 12% olan standart dərəcəsinə uyğunlaşdırılır.
9. Hökumət tərəfindən verilmiş vəsaitə YUNESKO-nun tənzimləmələrində, qaydalarında və direktivlərində, habelə fərdi layihə sazişlərində təsbit olunan müstəsna daxili və xarici audit tətbiq edilir.
10. YUNESKO öz qiymətləndirmə siyasəti və qaydalarına uyğun olaraq, layihə qiymətləndirmələrinin təşəbbüsünə, təşkilinə və izlənilməsinə görə məsuliyyət daşıyır. Hökumət tərəfindən Fonda təqdim olunan ümumi maliyyə töhfəsinin 1%-i fərdi layihələrin qiymətləndirilməsi və bu Sazişin III maddəsinin 3-cü bəndində göstərilmiş Fond ilə ümumi əməkdaşlıq üçün ayrılır. Qiymətləndirilmə üçün ayrılmış vəsaitlər Fond çərçivəsində ayn bir mühasibat hesabında (bundan sonra - Qiymətləndirmə üçün Ümumi Ehtiyat) saxlanılacaqdır. YUNESKO hər il xarici qiymətləndirmə təklif olunan layihələrin siyahısını, hər bir layihənin qiymətləndirilməsi üçün tələb olunan təxmini büdcə və müvafiq zaman kəsiyi daxil olmaqla qiymətləndirmə planını Hökumətə təqdim edəcəkdir. Hökumət tərəfindən təsdiq edildikdən sonra, YUNESKO təsdiq edilmiş qiymətləndirmələrin xərcini ödəmək məqsədi ilə Qiymətləndirmə üçün Ümumi Ehtiyatdan vəsait ayıracaqdır.
Maddə VI
Vəsaitlərin geri qaytarılması
Bu Saziş ləğv edildikdə, YUNESKO-da qalan, istifadə edilməmiş hər hansı vəsait Hökumətə qaytarılacaqdır və YUNESKO-nun vəsait üzərində idarəçiliyi ləğv edilmiş hesab olunacaqdır.
Maddə VII
Yekun müddəalar
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının yazılı bildirişinin YUNESKO tərəfindən diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və bu maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
3. Tərəflərdən hər biri bu Sazişi, onu ləğv etmək niyyəti barədə digər Tərəfə ən azı 3 (üç) ay əvvəlcədən diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə, istənilən vaxt ləğv edə bilər. Bu Sazişin V maddəsinin 10-cu bəndində göstərilən qiymətləndirməyə uyğun olaraq bu Saziş tərəflərin yazılı razılığı ilə növbəti 5 (beş) il müddətinə uzadıla bilər.
4. Tərəflər bu maddənin 3-cü bəndində göstərilən prosedura uyğun olaraq bu Sazişi ləğv etmədikləri təqdirdə, bu Saziş 5 (beş) il müddətində qüvvədə olacaqdır.
5. Bu Sazişin ləğv edilməsi onun qüvvədə olduğu vaxt razılaşdırılmış, həyata keçirilmiş və sona çatmamış layihə və kontraktlara təsir etmir.
Müvafiq Tərəflərin bunun üçün lazımi qaydada səlahiyyətləndirdikləri aşağıda imza edənlər bu Sazişi imzaladılar.
Bu Saziş Paris şəhərində, 2013-cü ilin 18 iyul tarixində, hər biri Azərbaycan və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından YUNESKO adından
Əbülfəs Qarayev, İrina Bokova,
Mədəniyyət və Turizm Naziri Baş Direktor
Bu Çərçivə Sazişinə müvafiq olaraq əməkdaşlığın prioritet sahələrinin
SİYAHISI
1. Qeyri-maddi mədəni irs.
2. Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması.
3. Sosial dəyişikliklər və mədəniyyətlərarası dialoq üçün mərkəz.
4. Dünya irsi.
5. Hamı üçün təhsil.
6. Qızların təhsili.
7. Elm və innovasiya texnologiyaları.
8. Su.
9. Fəlakət riskinə hazırlıq və onun azaldılması.
10. Müxbir Ekspert Proqramı üçün xüsusi təxsisat.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.