Şabran qalası
Dəvəçi rayonunun Şahnəzərli kəndi yaxınlığında Şaberan şəhərinin qalıqlarına rast gəlmək olar. Orta əsrlərdə burada Azərbaycanın həmin dövrdə ən böyük şəhərlərindən biri hesab edilən Şaberan şəhəri mövcud olmuşdur. Şəhər dəfələrlə xarici işğalçıların hucumlarına məruz qaldığından dağıdılmış və nəhayət XVIII əsrdə tamamilə xarabazara çevrilmişdir.
Şəhər yerində külli miqdarda əla növ ağ gildən qablar, qala divarlarının qalıqları, dulusçuluq kürələri və s. aşkara çıxarılmışdır.
Şaberan şəhəri yerində təsadüf edilmiş materiallar sübüt edir ki, burada XI-XIII əsrlərdə son dərəcə inkişaf etmiş dulusçuluq istehsalı mövcud olmuşdur. Şaberandan XIII-XIV əsrlərdə zərb edilmiş sikkə nümunələri də tapılmışdır.
Bu qala divarlarının qalıqıarı da tarixi abidə kimi “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.