AZ   |   EN

YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyası üzrə səlahiyyətli orqanların təyin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr tarixli 134-IIIQ nömrəli Qanununun icrası məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyası öz səlahiyyətləri daxilində YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" 2003-cü il 17 oktyabr tarixli Konvensiyasının 13-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində olan qeyri-maddi mədəni irsin qorunması üzrə səlahiyyətli orqanlar
təyin edilsinlər.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının öz səlahiyyətləri daxilində bu Sərəncamın 1-ci bəndində göstərilən Konvensiyanın 13-cü maddəsinə uyğun olaraq səlahiyyətli orqanlar təyin edilməsi barədə YUNESKO-ya müvafiq bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2007-ci il
№ 2031

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.